Məhkəmə qərarları › İş №e-2(026)-455/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-455/2024

06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-455/2024 06.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı1, onun və digər İddiaçı4 nümayəndəsi Nümayəndə, Cavabdeh və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların – İddiaçı1, X1, X4, İddiaçı4, İddiaçı2, İddiaçı3 Traktor Belarus MTZ-22, özügedən, markası, modeli Belarus MT2-82, buraxılış ili 1985, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi 7Ş-05577, Traktor yedəyi 2 PTS 4-793, adı Traktor yedəyi, növü yedək, markası, modeli 2 PTS 4-793, buraxılış ili 1978, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379082, Taxıl səpən SZU 36, 2, adı Taxıl səpən, növü asma-qoşma, markası, modeli SZU 36, buraxılış ili 1990, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379083, Otpresləyən PS 1.6, Otpresləyən növü asma-qoşma, markası, modeli PS 1.6, buraxılış ili 1993, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379084, nəqliyyat vasitələrinə paylı mülkiyyət hüquqlarının tanınması, bu əmlakda payların müəyyən olunması, Cavabdeh adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, bu əmlakların Cavabdeh qanunsuz sahibliyindən geri götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların əmlak payları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan rayon Dövlət Arxivinin verdiyi arxiv arayışına əsasən Xilmilli kənd kolxozunun islahat sənədlərinə əsasən aşağıdakı qaydada qeyd edilmişdir. Qobustan rayon Xilmilli kəndi X23 komissiyasının tərtib etdiyi akta əsasən təsdiq olunmuşdur: X5 - əmsal - 14.17, texnikadan əmlak payı: 2343, X9 - 14.17, texnikadan əmlak payı: 2343, İddiaçı4 - 10.7, texnikadan əmlak payı: 1769, İddiaçı2 - 2.9, texnikadan əmlak payı: 479, İddiaçı3 - 14.2, texnikadan əmlak payı: 2348, İddiaçı1 - 14.17, texnikadan əmlak payı: 2343 müəyyən olunmuşdur. Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçotunun aparılması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimata 7 nömrəli əlavə, nəqliyyat vasitəsinin 12 avqust 2024-cü il tarixli müayinə aktı: X2 iştirakı ilə nəqliyyat vasitəsinin müayinəsi keçirilmişdir. Traktor Belarus MTZ-22, adı Traktor, növü Özügedən, markası, modeli: Belarus MT2-82, buraxılış ili 1985, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi 7Ş-05577, nəqliyyat vasitəsinə baxış keçirilmişdir: saz. Nəqliyyat vasitəsinin 12 avqust 2024-cü il tarixli müayinə aktı X2 iştirakı ilə nəqliyyat vasitəsinin müayinəsi keçirilmişdir. Traktor yedəyi 2 PTS 4-793, adı: traktor yedəyi, növü yedək, markası, modeli: 2 PTS 4-793, buraxılış ili 1978, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379082, nəqliyyat vasitəsinə baxış keçirilmişdir: saz. Nəqliyyat vasitəsinin 12 avqust 2024-cü il tarixli müayinə aktı X2 iştirakı ilə nəqliyyat vasitəsinin müayinəsi keçirilmişdir. Taxıl səpən SZU 36, 2, adı: Taxıl səpən, növü: Asma-qoşma, markası, modeli: SZU 36, buraxılış ili 1990, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379083, nəqliyyat vasitəsinə baxış keçirilmişdir: saz. Nəqliyyat vasitəsinin 12 avqust 2024-cü il tarixli müayinə aktı X2 iştirakı ilə nəqliyyat vasitəsinin müayinəsi keçirilmişdir. Otpresləyən PS 1.6, adı: Otpresləyən, növü: Asma-qoşma, markası, modeli: PS 1.6, buraxılış ili 1993, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379084, nəqliyyat vasitəsinə baxış keçirilmişdir: saz. Buna baxmayaraq cavabdeh onların paylı mülkiyyətində olan bu əmlakları onların xəbəri olmadan sənədləşdirmişdir. Hansı ki, bu əmlaklar razılaşma əsasında onların sahibliyində olmuşudur. Cavabdeh həyat yoldaşı X2 vərəsəsi olsa da, bütün əmlaklara dair qanunsuz vərəsəlik almışdır. Hansı ki, onun bu əmlaka hər hansı mülkiyyət hüququ yoxdur. Belə ki, son günlər polis əməkdaşı həyətlərinə gəlmiş və bu əmlaklara həbs qoyulması səbəbi ilə əmlakları onlardan götürərək cavabdehə təslim etmişdir. Bu barədə qanunsuz şəhadətnamə almış və əmlakların üzərinə həbs qoydurmaqla onların paylı mülkiyyətlərində olan traktor və qoşquları sahibliklərindən götürmüşdür. Bu səbəbdən onların əmlaka mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də paylı mülkiyyət hüquqları olan əmlak ona və digər iddiaçıların sahibliyinə qaytarılmalıdır. Traktor Belarus MTZ-22, özügedən, markası, modeli: Belarus MT2-82, buraxılış ili 1985, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi 7Ş-05577, Traktor Yedəyi 2 PTS 4-793, adı: Traktor yedəyi, növü yedək, markası, modeli: 2 PTS 4- 793, buraxılış ili 1978, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379082, Taxıl səpən SZU 36, 2, adı taxıl səpən, növü: asma-qoşma, markası, modeli: SZU 36, buraxılış ili 1990, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379083, Otpresləyən PS 1.6, Otpresləyən, növü: asma-qoşma, markası, modeli: PS 1.6, buraxılış ili 1993, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi QT-379084, nəqliyyat vasitəsinə pay hüquqları müəyyən olunmalı, bu əmlak cavabdehin qanunsuz sahibliyindən götürülməli və iddiaçılara qaytarılmalıdır. Qobustan Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2(026)-455/2024 saylı qərardadı ilə X11 mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddiasını müdafiə edərək bildirdi ki, hazırda mübahisə predmeti olan texnikalarda onların da əmlak payı olmuş, lakin mərhum atası Hüseyinbaba Qədirov həmin texnikaları sənədləşdirəndə mərhum qardaşları Ramil Qədirovun adına rəsmiləşdirmişdir. X17 vəfat etdiyinə görə hazırda hesab edir ki, onların da həmin texnikalardakı payı müəyyən olunmalıdır. O, verilmiş suala cavab olaraq bildirdi ki, iddia tələbində cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi dedikdə, cavabdehin adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri nəzərdə tutmuşlar. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıların tələb etdikləri texnikalar onun mərhum əri X2 mülkiyyətində olmuş və həmişə onun tərəfindən istifadə olunmuşdur. X24 29 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Həmin texnikalar onun ərindən miras qalmışdır. Arvadı kimi o və 3 uşağı Ramil Qədirovun qanun üzrə vərəsəsi kimi tanınmış, mübahisəli əmlaklara dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Böyük qızı Ramilə Qədirova hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş olsa da, digər 2 uşağı hələ yetkinlik yaşına çatmamışdır. Hazırda iddiaçılar qardaşları Ramil Qədirov vəfat etdikdən sonra həmin texnikalarla bağlı mübahisə qaldırmışlar, halbuki, onların həmin texnikalara dair hər hansı hüquqları yoxdur. Mərhum əri xəstəlikdən əziyyət çəkmiş, o özü 6 il ona qulluq etmişdir. Lakin həmin vaxt iddiaçılar onunla ümumiyyətlə maraqlanmamışlar. İddiaçılar məhz qardaşları vəfat etdiyinə görə hazırda onunla texnikaların mübahisəsini edirlər. O, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 Cavabdeh izahatı ilə razılaşdığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan TŞ 05577 nömrəli, 24 mart 2001-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, 1985-ci il buraxılışlı “MTZ-82” markalı, göy rəngli traktorun mülkiyyətçisi X3r. Dövlət qeydiyyat nişanı: AZ 37 T-184. İşdə surəti olan “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 82 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1978-ci il buraxılışlı, yaşıl rəngli traktor yedəyi 2PTS 4M adlı texnikanın mülkiyyətçisi X3r. Dövlət qeydiyyat nişanı: 37 Q-038. İşdə surəti olan “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 83 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1990-cı il buraxılışlı, qırmızı rəngli toxum səpən SZU-36 adlı texnikanın mülkiyyətçisi X3r. İşdə surəti olan “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş asma və qoşqulu kənd təsərrüfatı maşınları və digər texnikalar üçün 84 nömrəli, 12 dekabr 2005-ci il tarixli qeydiyyat talonundan görünür ki, 1993-cü il buraxılışlı, qırmızı rəngli ot bağlayan PLF-1.6 adlı texnikanın mülkiyyətçisi X3r. İşdə surəti olan 006441 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X12 05 may 2005-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İşdə surəti olan AZ-İİ 375483 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29 dekabr 2023-cü ildə ölmüşdür. İşdə surəti olan 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-140 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X11, X14 və X8 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 24 mart 2001-ci il tarixli, TŞ 05577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 170524, mühərrikin nömrəsi 266164 və buraxılış ili 1985-ci il olan “Traktor Belarus MTZ-82” markalı, 37T184 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə surəti olan 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-141 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X11, X14 və X8 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT-379182 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1978-ci il olan “Traktor yedəyi 2-PTS 4-793” markalı, 37Q038 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə surəti olan 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-142 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X11, X14 və X8 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT-379084 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 84682, buraxılış ili 1993-cü il olan “Otpresləyən PS 1.6” markalı nəqliyyat vasitəsindən ibarətdir. İşdə surəti olan 15 iyul 2024-cü il tarixli, reyestrdə 2V-143 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 29 dekabr 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh, X11, X14 və X8 hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaşdövtexnəzarət” müfəttişliyi tərəfindən verilmiş 12 dekabr 2005-ci il tarixli, QT-379083 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 2800, buraxılış ili 1990-cı il olan “Taxılsəpən SZU 3.6” markalı nəqliyyat vasitəsindən ibarətdir. İddiaçılar iddia ərizəsinə 1999-cu ilin yanvar ayında Qobustan rayonunun Xilmilli kəndində X23 Komissiyasının üzvləri tərəfindən tərtib olunmuş X20 İslahat Komissiyasının 04 yanvar 1999-cu il tarixli qərarı ilə “Qozluçay” təsərrüfatının əmlakın bölüşdürülməsi ilə əlaqədar adları göstərilən texnikaların həmin qurumun rəhbəri Nadir Mirzəyevə təhvil verilməsi barədə aktı əlavə etmişlər. İşdəki Qobustan rayon Dövlət arxivinin 08 avqust 2024-cü il tarixli arayışından görünür ki, Xilmilli kənd Qozluçay kolxozunun islahat sənədlərinə əsasən əmlak payı aşağıdakı qaydada qeyd edilmişdir: 1) X5 - əmsal 14.17, texnikadan əmlak payı: 2343; 2) X9 - əmsal 14.17, texnikadan əmlak payı – 2343; 3) İddiaçı4 - əmsal 10.7, texnikadan əmlak payı – 1769; 4) İddiaçı2 Hüseynbaba oğlu - əmsal 2.9, texnikadan əmlak payı – 479; 5) İddiaçı3 - əmsal 14.2, texnikadan əmlak payı – 2348; 6) İddiaçı1 Hüseyinbaba oğlu - əmsal 14.17, texnikadan əmlak payı – 2343. İşdə surəti olan AZ-İ 641892 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 15 noyabr 2014-cü ildə ölmüşdür. İşdə surəti olan AZ-İİ 005313 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 29 iyul 2019-cu ildə ölmüşdür. İddiaçıların ilk tələbi ondan ibarətdir ki, mübahisəli dörd nəqliyyat vasitəsinə dair onların paylı mülkiyyət hüquqları tanınsın və həmin vasitələr üzərində payları müəyyən edilsin. İddiaçılar sözügedən nəqliyyat vasitələri üzərində islahat zamanı əmlak paylarının müəyyən olunduğunu bildirmiş, bunun üçün bir sıra sənədləri iddia ərizəsinə əlavə etmişlər. İlkin olaraq o qeyd olunmalıdır ki, 1999-cu ilin yanvar ayında tərtib olunmuş aktda bir sıra əmlakların “Qozluçay” qurumunun rəhbəri Nadir Mirzəyevə təhvil verilməsi barədə aktda göstərilən əmlakların hazırda tələb olunan əmlaklarla üst-üstə düşməsini müəyyən etmək olmur. İddiaçıların təqdim etdiyi Qobustan rayon Dövlət arxivinin arayışında isə onların Xilmilli kənd Qozluçay kolxozunun islahat sənədlərinə əsasən texnikada əmlak payının olduğu göstərilmiş olsa da, iddiaçıların üzərində əmlak payının müəyyən edildiyi texnikaların məhz hazırda tələb olunan texnikalar olduğunu müəyyən etmək mümkün deyil. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən, dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins malqara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Hazırda müəyyən olunur ki, mübahisə predmeti olan texnikalar mərhum X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, mübahisə predmeti olan texnikalar X2 adına qeydiyyata alınmış, mülkiyyətçi kimi onun adına qeydiyyat şəhadətnaməsi və qeydiyyat talonları verilmişdir. İddiaçılar isə məhz sözügedən texnikalar üzərində özlərinin əmlak paylarının mövcud olmasını sübuta yetirə bilməmiş, eləcə də, texnikaların mərhum X2 adına qeydə alınması halını mübahisələndirməmişlər. Bu səbəbdən də hazırkı halda mübahisə predmeti olan texnikalar üzərində iddiaçıların əmlak paylarının mövcudluğu müəyyən edilmir və həmin əmlakların X21un mülkiyyətində olmuş olması, onun ölümündən sonra isə qanun üzrə vərəsəlik qaydasında birinci növbə vərəsələrinə keçməsi müəyyən olunur. Ona görə də iddia tələbinin həmin hissəsi əsaslı hesab oluna bilməz. İddiaçılar tələblərinin növbəti hissəsi kimi cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsini tələb etmişlər. Məhkəmə iclasında İddiaçı1 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, iddia tələbində onlar cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsini nəzərdə tutmuşlar. Məhkəmə bildirir ki, cavabdehin və onun mərhum X24la nikahından doğulmuş üç uşağının adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 15 iyul 2024-cü il tarixli dörd şəhadətnamənin hazırda ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, sözügedən şəhadətnamələr MM-in 1159.1.1-ci maddəsinə uyğun olaraq X21un birinci növbə vərəsəsi olan şəxslər üçün verilmişdir. Belə ki, MM-in 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. X21 vəfat edərkən artıq onun valideynlərinin vəfat etmiş olması işin mübahisəsiz halıdır. Miras qoyan Ramil Qədirovun arvadı kimi Cavabdeh və onun uşaqları kimi Ramilə Qədirova, Kamil Qədirov və Kamilə Qədirova mərhumun qanun üzrə birinci növbə vərəsəsi olmuş, bu səbəblə də yalnız onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar iddia ərizəsində cavabdehin qanunsuz vərəsəlik aldığını bildirsələr də, həmin qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bundan başqa, MM-in 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Lakin hazırkı halda iddiaçılar X21un miras əmlakına özlərinin hüququ olmasına dair vəsiyyətnamə də təqdim etməmişlər. Qardaş kimi onlar yalnız X21un ikinci növbə vərəsəsi ola bilsələr də, MM-in 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu səbəbdən də X21un birinci növbə vərəsələrinin sağ olması səbəbindən iddiaçıların qardaş kimi ondan miras qalmış əmlakdan pay almaq hüququ da istisna olunmuşdur. Ona görə də məhkəmə həmin hissədə də iddianı əsaslı hesab etmir. İddiaçıların sonuncu tələbi isə əmlakların Cavabdeh qanunsuz sahibliyindən geri götürülməsinə yönəlmişdir. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.2-ci maddəsini nəzərə alan məhkəmə bildirir ki, iddiaçıların mübahisəli əmlaklar üzərində mülkiyyət hüququnun mövcud olmasının öz təsdiqini tapmaması ilə yanaşı, cavabdehin həmin əmlaklar üzərində sahibliyinin də qanuni olduğu, yəni cavabdehin həmin əmlaklar üzərində uşaqları ilə birlikdə payının mövcud olduğu müəyyən edilir. Bu səbəbdən də iddia tələbi sonuncu hissədə də təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyət hüquqlarının tanınması, əmlakda payların müəyyən olunması, cavabdehin adına verilmiş şəhadətnamələrin ləğv edilməsi, əmlakın qanunsuz sahiblikdən götürülməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar