Məhkəmə qərarları › İş №e-2(027)-1071/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1071/2023

21.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1071/2023 21.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Abramov Binisionun Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abramov Binision iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 20 (iyirmi) ədəd rəsmdən ibarət kolleksiyanın Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abramov Binision iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı (iddiaçı) 20 (iyirmi) ədəd rəsm kolleksiyasının (Əmlak) mülkiyyətçisidir. Əmlak 2016-cı ildə babası – X3 tərəfindən hədiyyə edilmiş və bu hal 21 noyabr 2016-cı il tarixli bağışlama müqaviləsi ilə təsdiq olunur. 17 oktyabr 2017-ci ildə iddiaçının babası vəfat etmişdir. Əmlak isə 2021-ci ildən İddiaçının nənəsi olan Cavabdeh (Cavabdeh) evindədir. 2022-ci ilin may ayında İddiaçı babasının yadigarı olan Əmlakı götürmək istəyib, amma imtina ilə qarşılaşıb. Məhkəmə iclasında iddiaçı Abramov Binisionun səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, baxış iclasının iştirakları olamadan keçirilməsini, iddia ərizəsində yazılanları izahatları və çıxışı kimi qəbul edərək iddia tələbinin təmin olunaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21 noyabr 2016-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan və yüklü edilməmiş rəsm kolleksiyasını X4 hədiyyə edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 859018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarında olan digər sübutlardan müəyyən etmişdir ki, iddiaçı Binision Abramova mərhum babası X2 tərəfindən 21 noyabr 2016-cı il tarixdə 20 (iyirmi) ədəd rəsm kolleksiyası hədiyyə edilmişdir. X2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Hədiyyə edilmiş əmlak isə cavabdehə məxsus evdə qalmış və cavabdeh həmin əşyaları iddiaçıya verməmişdir. Həmin əşyalar Binision Abramovun mülkiyyətində olmasına baxmayaraq, bu əşyalar cavabdeh tərəfindən saxlanılmaqla, iddiaçıya qaytarılmamışdır. Odur ki, iddia təmin edilərək, iddia ərizəsində qeyd olunan 20 ədəd rəsm kolleksiyası cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlma öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, iddia ərizəsində qeyd olunan əşyalar Abramov Binisiona hədiyyə şəklində verildiyindən və həmin əşayalar iddiaçı tərəfindən qəbul edildiyindən, həmin əşyalar Abramov Binisionun xüsusi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın verilmə üsullarından biri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Məhkəmə qeyd olunanlara istinad edərək, hesab edir ki, iddiaçıya məxsus olan və yuxarıda göstərilən əşyaların cavabdeh tərəfindən özündə saxlanılaraq, iddiaçıya qaytarılmaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Həmin müdaxilə də aradan qalldırılmaqla, iddiaçının mülkiyyət hüquqları müdafiə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Rsepublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyndən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, bu maddə üzrə iddiaçının öz əmlakını cavabdehin qeyri-qanuni sahibliyindən tələb etməsi üçün vacib olan 3 dispozitiv şərtin 3-ü də mövcuddur. Belə ki, həmin əşyalar üzərində iddiaçının mülkiyət hüqüqları vardır, həmin əşyalar cavabdehin sahibliyindədir və cavabdehin bu əşyalara sahibliyi qeyri-qanunidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanunun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 20 (iyirmi) ədəd rəsmdən ibarət kolleksiya Cavabdeh alınaraq, iddiaçı Abramov Binisiona verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxar bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 20 (iyirmi) ədəd rəsmdən ibarət kolleksiya Cavabdeh alınaraq, iddiaçı Abramov Binisiona verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar