Məhkəmə qərarları › İş №e-2(027)-170/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-170/2024

25.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-170/2024 25.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Quba şəhərində ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli çıxarışa əsasən 0.04 ha yaşayış məntəqələri torpaq sahəsi və xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəli, **********31-05301-093076 reyst nömrəli çıxarışa əsasən Quba şəhəri, H.Əliyev prospekti, ev 562,564,566,568,570, 58 saylı mənzilin aralarında bölünməsinə, mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə o xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Quba Rayon Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində aralarında olan nikahın pozulması barədə müraciət etmişlər. xx.xx.2020-ci ildə birgə yaşadıqları dövrdə o Quba şəhərində ********** qeydiyyat nömrəli, **********48 reystr nömrəli çıxarışa əsasən 0.04 ha yaşayış məntəqələri torpaq sahəsi və xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəli, **********31-05301-093076 reyst nömrəli çıxarışa əsasən Quba şəhəri, H.Əliyev prospekti, ev 562,564,566,568,570, 58 saylı mənzili əldə etmişlər. Həmin mənzil 2 otaqdan ibarətdir. Həmin evin əşyalarınıtelevizor, televizor altı, xalça, soyuducu, mətbəx mebeli, yataq mebeli, stol, stullar və digər əşyalar da birgə yaşadığları dövrdə o almışdır. Lakin aldığı torpaqı və evi cavabdehin adına rəsmiləşdimişdir. Azərbaycan Respublikası (bundan sonra - AR) Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. AR Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Habelə AR Ailə Məcələsinin 36.4-cü maddəsinə əsasən Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ərarvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Onun birgə nikah dövründə əldə etdiklərindən başqa yaşayış yeri yoxdur. Buna görə də həmin evin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 279557 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2018-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018ci ilin 09 ayının 02 günündə 0507 № ilə qeyd edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 449837 №-li şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi tam Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 305 nömrəli reyestr kitabınn 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********31-05301-093076 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri Heydər Əliyev prospekti ev 562,564,566,568,570, mənzil 58 tam Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabınn 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Cavabdeh adına Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 562,564,566,568,570, giriş 564 mansard mərtəbəsi № 58 mənzilə dair pasport tərtib edilmişdir. Məhkəmə aşağıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, iddia predmetini təşkil edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********31-05301-093076 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhəri Heydər Əliyev prospekti ev 562,564,566,568,570, mənzil 58 iddiaçı və cavabdehin birgə nikahı dövründə alındığı, həmin torpaq sahəsi və mənzilə iddiaçı və cavabdehin sahiblik və istifadə hüquqları yarandığı üçün onların ümumi birgə mülkiyyətini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 17-ci maddəsində, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqüqu kimi müəyyənləşdirmişdir. İddia predmetini təşkil edən Quba şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi və Quba şəhəri Heydər Əliyev prospekti ev 562,564,566,568,570, mənzil 58-in alqı-satqısı iddiaçı və cavabdehin birgə nikahı dövründə baş vermişdir. Ona görə də cavabdehlə bərabər iddiaçının da həmin torpaq sahəsinə və mənzilə sahiblik və istifadə hüquqları yaranmışdır. İşin bu hallarına yuxarıda istinad olunan qanun normalarına əsasən hüquqi qiymət verən məhkəmə hesab edir ki, həmin torpaq sahəsi və mənzil iddiaçı və cavabdehin birgə nikahı dövründə əldə edildiyi üçün, onların ümumi birgə mülkiyyətindədir və tərəflərin həmin torpaq sahəsinə və nəqliyyat vasitəsinə payları bərabər sayılır. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********31- 05301-093076 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhəri Heydər Əliyev prospekti ev 562,564,566,568,570, 58 saylı mənzil iddiaçı ilə cavabdeh arasında bərabər bölünməli, həmin torpaq sahəsinin və mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhərində yerləşən 0,04 ha yaşayış məntəqələri torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********31-05301-093076 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Cavabdeh adına dövlət qeydiyyatına alınmış Quba şəhəri Heydər Əliyev prospekti ev 562,564,566,568,570, 58 saylı mənzil iddiaçı ilə cavabdeh arasında bərabər bölünməli, həmin torpaq sahəsinin və mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar