Məhkəmə qərarları › İş №e-2(027)-176/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-176/2024

29.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-176/2024 29.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 180 (yüz səksən) baş qoyunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 il əvvəl Cavabdeh heyvandarlıq təsərrüfatına baxmağa razılıq vermiş, çoban kimi işə başlamış, amma bir müddət sonra aldadıldığını hiss edib, əməyi qarşılığında edilən vədlər söz olaraq ortada qalmışdır. Onların razılaşmasına görə cavabdeh ödəniş əvəzi olaraq hər il ona 30 qoyun verməyi öhdəsinə götürmüş, o, isə ona çobanlıq edib, onun qoyun sürüsünü otarmaq və baxmağı öhdəsinə götürmüşdür. O, 6 ilinin haqqını cavabdehdən güc bəla ilə alsa da, qalan 6 ilin haqqını ala bilməmişdir. O, cavabdehin təsərrüfatı üçün özünü fəda etmiş, evində də düz-əməlli yaşaya bilməmiş, illərini çöllərdə keçirmiş, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olmuş, min bir zəhmətə qatlaşmışdır. O, sadəcə öz zəhmət haqqını istəyir. Cavabdeh ona borcu olan 180 heyvan verməli olduğu halda vermədiyindən ondan borcunu istəmiş, cavabdeh isə bildirmişdir ki, bir yerdə pulunu yığıb verəcək, "səninçün Qubadan yer alaram, ev alaram”, belə yalan vədlərlə onu aldatmışdır. Yol gedib, ailəsi və uşağı ilə qarovul dayanıb onun heyvanına baxmış, əziyyət çəkmişdir. Heç vaxt Mübarizdən borc pul almamışdır. O, ondan zəhməti olan haqqı istəyəndə o, heç bir əsas gətirmədən ona olan borcunu ödəməmiş, ona verməli olan 180 qoyunu verməmişdir. O, Mübarizin barəsində işlədiyi Dövlət Gömrük Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Mübariz onu 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban kimi işlətmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən ona verilmiş cavaba əsasən Mübarizə töhmət elan olunmuşdur. Bundan başqa Əmək Müfəttişliyi tərəfindən Mübariz 3000 manat cərimə tətbiq olunmuşdur. X11 və X1 da şahiddirlər ki, Mübarizin onun zəhmət haqqını kəsməsi ilə bağlı aralarında narazılıqlar olmuş, Laçınla birlikdə Mübariz heyvanları ondan alıb qaynı Dəmirə vermişdir. Beləliklə də Mübariz onun haqqını verməmək üçün bu addımı atmışdır. Haqqı olaraq verilməli olan 180 baş qoyunun cavabdehdən alınıb ona verilməsi təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində vəkili X2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı guya onun Cavabdeh tərəfindən işlədilərək, zəhmət haqqının ödənilməməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun yeganə əsaslandığı şahid ifadələridir. Şahid ifadələri ilə əmək münasibətləri tənzimlənə bilməz. Şahidlər iddiaçının yaxın qohumlarıdırlar və təbii ki, onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Şahidlər ifadələrində bildiriblər ki, onlar göstərdiklərini İddiaçı və ya başqa şəxslərdən eşidiblər, yəni kimlərdənsə danışıq əsasında eşidilmiş sözlər də məhkəmədə sübut əhəmiyyəti daşıya bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. Mübariz Şahinə 180 baş hevyan verməli idi. O da, Şahinin yanında 200 manat maaşa çoban kimi işləmişdir. İldə 30 baş heyvan verməli idi. 6 ildir ki, Mübariz Şahinə heyvan vermir. Mübarizin indi də qoyun sürüsü vardır. Ona qaynı Dəmir baxır. Bir dəfə Mübariz Şahinə 30 baş heyvan verib. X13 aldadırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X3, X4 şahid X11 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 177/2023 saylı 23 iyun 2023-cü il tarixli hökmündən göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfmə tutulmaqla 06 (əlli) ay müddətə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1578/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, Məhkum olunmuş İddiaçı tərəfindən verilmiş apeilyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004 )-177/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü ləğv edilmiş və ldarov Şahin Şahbaba oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı barəsində şikayət etdiyiniz Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımqara” gömrük postunun inspektoru, gomruk xidmət' leytenantı Cavabdeh gomruk orqanlarına xidmətə qəbul olunduqdan sonra əvvəlcədən əldə etdiyi vergi uçotunu ləğv etdirmədiyi müəyyən edilmiş, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 avqust 2022-cı il lanxlı 1000/546Ş nomrəiı əmri ilə Mübariz Həsənova töhmət elan edilmiş və vergi uçotunu dərhal ləğv edilməsi təmin etməsi oarədə ona gostənş verilmiş və verilmiş göstəriş icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba regional ərazi Şöbəsinin 05 sentaybr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciət ilə bağlı aparılar araşdırma zamanı H.Eldarova DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə verdiyi 19 10 2022-ci ıl tarixli izahatında 2010-cı il tarixdən 05 05.2022-ci il tarixədək Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu qeyd etmişdir. Lakin, Cavabdeh etibarnamə ilə nümayəndəsi olduğu Vəkil3 xx.xx.2022-cı ıl tarixli izahatında isə H.Eldarova ilə Cavabdeh yalnız qohumluq əlaqəsinin olduğunu və H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyini qeyd etmişdir. Aparılan araşdırma zamanı iddiaçının həyat yoldaşı H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sənəd tərəfinizdən təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələ araşdırma zamanı oz əksini tapmamışdır. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba regional ərazi Şöbəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2022-ci il tarixli **********4 nömrəli müraciətləri əsasında araşdırılma aparılmış və əmək qanunvericiliyinin pozulması ilə bağlı Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş və bu protokola əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-866/2022 nömrəli Qərarı ilə Cavabdeh barəsində tətbiq edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə göndərilməsi Qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilən Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə məhkəmə araşdırılması zamanı zahiri ifadəyə və başqa hallara görə tərəflərin iradəsinin məzmunu dəqiq müəyyənləşdirilə bilinmədiyindən, digər qaydada danışıqlar və yazışmalara dair sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar