Məhkəmə qərarları › İş №e-2(027)-187/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-187/2025

03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-187/2025 03.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, 0.04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 242.20 kv.m. ibarət olan yaşayış sahəsi (ev) Cavabdeh və qeyriləri tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 7100 manat məbləğində dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclası zamanı müəyyən edilmişdi ki, 2(027)-187/2025 saylı mülki işlə əlaqəli olan iddiaçı Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-339/2025 saylı mülki iş icraatdadır. Məhkəmə hesab edir ki, 2(027)-339/2025 saylı mülki iş üzrə icraat 2(027)-187/2025 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 169.3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və müqavilə öhdəliklərinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-187/2025 saylı mülki iş, Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(027)-339/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar