Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-485/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələblərə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019 il tarixli, QUFS-4916 saylı kredit müqaviləsi üzrə 3532,65 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 918,8 manat məbləğində faiz borcu və 32,73 manat məbləğində dəbbə borcu, cəmi 4266,24 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 62.67 manat məbləğində, cəmi 102,67 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019 il tarixli, QUFS-4916 saylı kredit müqaviləsi üzrə cəmi 4266,24 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 102,67 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi; ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh1 çıxarılması və evin boşaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 kredit müqaviləsi üzrə 0 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 0 manat məbləğində faiz borcu, cərimə borcuna görə 723,65 manat olmaqla, cəmi 723,65 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.rn olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019 il tarixli, KRFS-12054 saylı kredit müqaviləsi üzrə cəmi 723,65 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini, ipoteka prcdmcti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evinə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evidən Cavabdeh1 və Cavabdeh1 çıxarılsın və ev boşaldılmasını, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019 il tarixli, KRTS-12054 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin“Quba» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019 il tarixli, QUFS 4916 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% dərəcəsi olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019 il tarixli, QUFS-4916 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evi xx.xx.2019 il tarixli, QUFS-4916 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Hazırda Cavabdeh2 xx.xx.2019 il tarixli, QUFS-4916 saylı kredit müqaviləsi üzrə cəmi cəmi 723,65 manat cərimə borcu qalmışdır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərər alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstəmişdir ki, banka olan əsas borc və faizlər üzrə borcunu ödəmişdir. Dəbbə pulun yüksək məbləğdə hesablandığı üçün onun azaldılmasını və iddianın qalan hissədə rədd olunmasını xahiş edir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, QUFS-4916 №-li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən 36 ay müddətinə illik 24% ödəmək şərti ilə Cavabdeh2 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş «Borc alan» Cavabdeh2 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş Cavabdeh2 ilə İddiaçı ASC-nin Quba filialı arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 40000 (qırx min) manat dəyərində qiymətləndirilmiş, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ********** №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanda mülkiyyətində olan 327.3 kv.m ümumi sahədən ibarət yaşayış evinin ipotekaya qoyulması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №li, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327,3 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2018 tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,04 ha torpaq sahəsi və üzərində yerləşən, fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə olan əsas və faiz borcları tam olaraq ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış cərimə borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc və faiz borcu tam şəkildə ödənildiyindən dəbbə pulu tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə borcu 16 manata qədər azaldılmalıdır. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2019 il tarixli, QUFS-4916 saylı müqaviləyə əsasən 16 manat məbləğində dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019 il tarixli, QUFS-4916 saylı müqaviləyə əsasən 16 manat məbləğində dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-485/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-485/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver