Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-769/2024 06.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı törətdiyi avtoqəza nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi inzibati xəta nəticəsində ona məxsus BMW-428 markalı, **-EF-*** dövlət nömrə nişanlıavtomaşına vurulmuş 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyanın, vəkil xidməti üçün ödənilmiş 2000 (iki min) manat vəsaitin, məhkəməyə iddianın verilməsi üçün 139 (yüz otuz doqquz) manat dövlət rüsumunun, cəmi 15 889 (on beş səkkiz yüz səksən doqquz) manatın birdəfəlik olaraq Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, xx.xx.2024-cü il tarixində onun idarə etdiyi “BMW-428” markalı, **- EF-*** dövlət nömrə nişanlı avtomaşın Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində hərəkət edərkən iş üzrə Cavabdeh idarə etdiyi “KİA OPTİMA” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə iş üzrə cavabdeh olan Cavabdeh ona məxsus idarə etdiyi “KİA OPTİMA” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomaşının sərxoş vəziyyətdə hərəkət edərək, spirtli içkinin təsiri altında idarə edilərək işıqforun “qırmızı” qadaganediçi işığında hərəkətin davam etdirilməsi səbəbindən olmuşdur. Hadisə nəticəsində iş üzrə Cavabdeh barəsində X1 Protokol tərtib edilmiş və törətdiyi inzibati xəta barədə aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdiyi kimi hadisə nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ona məxsus “BMW-428” markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomaşına ciddi zərər görmüş və nəticədə avtomaşının düzəldilməsi üçün 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyan vurulmuşdur. Bundan başqa Cavabdeh tərəfindən işin sülh yolu ilə həll edilmədiyi üçün tərəfindən “Kiçikbəyov və Partnyorları” vəkil burosuna müraciət edilmiş və vəkil xidməti üçün 2000 (iki min) manat pul ödənilmişdir. Tərəfindən iş üzrə Cavabdeh vurulmuş ziyanlığın ödənilməsi barədə təkliflər edilsə də heç bir nəticə əldə edə bilməmiş və hətta cavabdehdən bu işlə bağlı hədələr almışdır. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir. İddiaçının nümayəndəsi qismində vəkili Vəkil məhkəmə iclasında izhatında bildirmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymiş və avtomobil qüsur ktı verilən şirkətə təmir olunmuşdur. Sonra elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəkləri və onların iştirakı olmadan işə baxaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, içkili olduğu üçün qəza olmuş və avtomobilərə zərər dəymişdir.6700 zərər deylmiş və zərərdən 350 manat ödəmişdir.Sonradan məbləğ şişirdildiyi üçün ödəniş etməmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi təqdim edilməsinə və göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan AP ******* nömrəli xx.xx.2024-cü il tarixli X1 protokoldan görünür ki, Cavabdeh idarə idarə etdiyi “KİA OPTİMA” markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomaşının sərxoş vəziyyətdə hərəkət edərək, spirtli içkinin təsiri altında idarə edilərək işıqforun “qırmızı” qadaganediçi işığında hərəkətin davam etdirərək, yaşıl işığda keçən BMW-428 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə turulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş “Qüsur Aktı”ndan görünür ki, ehtiyyat hissələrinin dəyişdirilməsi ilə bağlı İddiaçı məxsus BMW-428 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomaşına 11510 manat ziyan, 2250 manat təmir xərcləri olmaqla, cəmi 13750 manat vəsait hesablanmışdır. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC-nin diirektoru Sahib Qəhrəmanovun məlumatına əsasən, İddiaçı məxsus BMW-428 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomaşın direktoru olduğu MMC tərəfindən təmir edilmiş, ehtiyyat hissələri dəyişdirilmiş, zəhmət haqqı alınmış, bununla bağlı qüsur aktı tərtib edilmiş, əmlakın qiymətləndirilməsi barədə hesabat tərtib edilmiş İddiaçı təqdim edilmişdir. Həmin aktda göstərilən məlumatların dəqiqliyini təsdiq edirlər. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardıma görə 2000 (iki min) manat vəsait, məhkəməyə iddianın verilməsi üçün 139 (yüz otuz doqquz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi əmlaka cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində 13750 məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona pul ödənilmədiyin kimi hallara istinad etmişdir. Cavabdeh isə iddia tələbinə etirazı əmlaka vurulmuş ziyanın məbləğinin 6700 manat məbləğdə olduğunu, zərər məbləğinin həcminin artırıldığı ilə əsaslandırmışdır. İddaçı avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində qüsur aktına istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 6700 manat olması və həmin pul vəsaitindn 350 manat ödənilməsilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh məhz 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyanın tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı həmçinin hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat vəsaitin, iddianın verilməsi üçün ödənilmiş 139 (yüz otuz doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13750 (on üç min yeddi yüz əlli) manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 139 (yüz otuz doqquz) manat olmaqla, cəmi 15889 (on beş min səkkiz yüz səksən doqquz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-769/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-769/2024
06.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver