Məhkəmə qərarları › İş №e-2(027)-92/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-92/2025

17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-92/2025 17.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl ziynət əşyaları və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, Baxışov Əli və Bakı şəhəri, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən götürülmüş komplekt gül formasında, üzük-9.36 qr 5000 manat, sırğa-16.80 qr 9000 manat, bilərzik-9.66 qr 6500 manat, boyunbağı-9.76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8.6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9.3 qr 583 əyar 1500 manat, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, 2 ədəd palaz Bakı istehsalı 2000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 3 ədəd yastıq Kitay istehsalı 300 manat, 5 ədəd qaz tükübalış 400 manat, 3 ədəd divan mütəkkəsi 300 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, qəhvə servisi açıq qəhvəyi rəng 6 nəfərlik Polşa istehsalı 400 manat, mis qazan, çömçə, həvəngdəstə 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manat, müxtəlif qab-qacaq və məişət avadanlıqları 1000 manat dəyərində əşyalarının və qızıllarının alınıb ona verilməsi, naturada verilməsi mümkün olmadıqda dəyərinin pulla, yəni 75130 manat pulla ödənilməsi barədə qətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2004-cü il tarixindən o, ünvan 1-da yaşayır. Həmin mənzil atasından miras qalmışdır. Borcu olduğu, yəni maddi cəhətdən sıxıntısı olduğu üçün “Rabitəbank”-dan və “Unibank”-dan 10000 manat pul götürmüş, lakin ödəməkdə çətinlik çəkdiyindən yaşadığı, atasından ona miras qalmış Bakı şəhəri, Neftçilər prospekti 19-da yerləşən 10 saylı mənzilini satmaq qərarına gəlmişdir. Bu məqsədlə “Birja” qəzetinə elan vermişdir. Bir neçə gündən sonra makler İlqar Əliyev ona zəng edərək evi bir çox şəxslərin almaq istədiyini bildirmiş, onlardan birinin də Quba rayon sakini Cavabdeh olduğunu demişdir. Ev satılmış, lakin ona pul verilməmişdir. Belə ki, İlqar Əliyev ilə Cavabdeh arasında olan razılaşmaya əsasən pul İlqar Əliyevə verilmiş, o, məhkəmələrə müraciət etmiş, alğı-satqı müqaviləsi ləğv edilməmiş, İlqar Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsilə Cinayət məsuliyyətinə cəlb edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, icraçı ona bildirmişdir ki, “sənin əmlaklarını çölə atacam.” O, isə ona bildirmiş ki, yer tapıb əmlaklarını aparacaq. xx.xx.2023-cü il tarixində Cavabdeh əri ilə birlikdə onun həmin evdə olan əşyalarını evdən çıxarıb hansısa istiqamətə aparmışlar. O, əmlaklarımnı tələb etdikdə onlar bildirmişlər ki, bilmir hardadır, get axtar. Məhkəmənin qətnaməsinə əsasən icraçı onu evdən çıxartmış, əmlakları və qızılları həmin evdə qalmışdır. O, evdən çıxmamışdan əvvəl qızıllarını qazanın içərisində gizlətmişdir. Cavabdeh və icra məmuru Əhmədov Səbuhi ona evdən heç nəyi götürməyə imkan verməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunaraq, iddia ərizəsində göstərilən əşyaların cavabdehdən alınaraq verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək, göstərmişdir ki, evdən çıxarılmış əşyalar saxlanca yerləşdirilmişdir. O, isə hər ay saxlanca pul ödəmişdir. Bu günə qədər əşyaların saxlanılması üçün saxlanca 1350 manat məbləğində pul ödəmişdir. Əşyaların yerini iddiaçıya göstərməməsinin səbəbi rəsmi məlumat və müraciət olunmaması olmuşdur. Saxlancdakı əşyaların götürülməsinə etiraz etmir. Saxlanca saxlanılan əşyalar – mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, çılçıraq 12 şamdanlı, “SONY” markalı televizor, “SONY” markalı video maqnitafon, 4 ədəd xalça 3x2 ölçülərdə, “İndesit” markalı paltaryuyan,“İndesit” markalı soyuducu, 6 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd tozsoran, Pianino, qazan dəsti, madonna yemək dəsti, çamadanda çəngəl-bıçaq dəsti, bagema vaza orta ölçülü, bagema dolça, 4 ədəd vaza, 2 ədəd güldan, 12 ədəd billur Fujer, 12 ədəd billur rumka, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Billur iri külqabı, gümüş qaşıq, bıçaq, çəngəl dəsti, çay servisi, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri, 12 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 2 ədəd hamam xalatından ibarətdir. Həmin əmlakların iddiaçıya verilməsinə etiraz etmir. Lakin, iddia tələbində qeyd olunan digər əşyalar və qızılziynət əşyaları evdə olmamışdır. İddianın qəbul etdiyi hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus 26 adda əşya ünvan 1 ünvanından götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh saxlanca verilən əşyaların saxlanılması üçün hər ay 80 manat məbləğində pul ödəyir. Məhkəmə işdəki sübutlardan müəyyən etmişdir ki, ünvan 1 ünvanında İddiaçı məxsus əmlaklar cavabdeh tərəfindən saxlanca yerləşdirilmişdir. Qeyd olunan əmlaklar hazırda saxlancda saxlanılmaqdadı. İddiaçı komplekt gül formasında, üzük-9.36 qr 5000 manat, sırğa-16.80 qr 9000 manat, bilərzik-9.66 qr 6500 manat, boyunbağı-9.76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8.6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9.3 qr 583 əyar 1500 manat məbləğində olan qızılziynət əşyalarının mətbəx əşyası hesab edilən qazanın içinə qoyduğunu qeyd etsə də, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən iddiaçının iştirakı ilə əmlaklar siyahıya alınan zaman və həmin qızıl-zinət əşyalarının əmlaklar saxlanca verilən zaman bu halı mübahisələndirməmişdir. Həmçinin yuxarıda göstərilən qızıl-zinət əşyalarının iş üzrə iddiaçı tərəfindən icra zamanı götürülməməsi (əgər həmin qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuşdursa) ağılabatan deyildir. Ona görə ki, qızıl-zinət əşyalarının götürülməsi üçün hər hansısa maneə olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, çılçıraq 12 şamdanlı, “SONY” markalı televizor, “SONY” markalı video maqnitafon, 4 ədəd xalça 3x2 ölçülərdə, “İndesit” markalı paltaryuyan,“İndesit” markalı soyuducu, 6 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd tozsoran, Pianino, qazan dəsti, madonna yemək dəsti, çamadanda çəngəl-bıçaq dəsti, bagema vaza orta ölçülü, bagema dolça, 4 ədəd vaza, 2 ədəd güldan, 12 ədəd billur Fujer, 12 ədəd billur rumka, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Billur iri külqabı, gümüş qaşıq, bıçaq, çəngəl dəsti, çay servisi, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri, 12 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 2 ədəd hamam xalatından ibarət iddiaçıya məxsus əşyaların saxlancda saxlanıldığını bildirərək, iddiaçıya təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfin etirafı hissəsində təmin edilməli, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manatdan ibarət əmlaklar saxlancdan götürülərək iddiaçıya təhvil verilməlidir. Belə ki, iddiaçıya məxsus olan və yuxarıda göstərilən əşyaların cavabdeh tərəfindən özündə saxlanılaraq, iddiaçıya qaytarılmaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Həmin müdaxilə də aradan qaldırılmaqla, iddiaçının mülkiyyət hüquqları müdafiə olunmalıdır. Həmçinin, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən tərtib edilmiş aktda qeyd olunan 26 adda əmlakla iddia tələbində adları qeyd olunan əmlaklar arasında zidiyyət yarandığından iddia iddia tələbində adları qeyd olunan əmlaklar əsasında təmin edilməlidir. Bundan başqa, cavabdeh bu günədək iddiaçıya məxsus olan əmlakların saxlancda saxlanılması üçün ümumilikdə 1350 manat məbləğində pul ödədiyini bildirərək, həmin pulun iddiaçıdan alınaraq ona verilməsini tələb etmişdir. Lakin, cavabdeh bununla bağlı mülki iş məhkəmə icraatında olan zaman qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də, cavabdeh tərəfə izah olunmalıdır ki, iddiaçıya qarşı pul tələbi ilə bağlı iddia əsasında məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın verilmə üsullarından biri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Rsepublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyndən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanunun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kqlıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manatdan dəyərində əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manatdan ibarət əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar