Məhkəmə qərarları › İş №e-2(028)-142/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-142/2025

18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-142/2025 18.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə edilən və qanunsuz saxlanılan 28000 manat pul vəsaitinin Cavabdeh alınaraq, eyni zamanda qanunsuz saxlanılan 28000 manat pul vəsaiti üzrə hesablanan faiz məbləği olan 8627 manat pul vəsaitinin, cavabdehin qanunsuz əməlləri üzrə ona dəyən mənəvi zərərə görə 3000 manat pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş 209 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdehə verilən etibarnamədən sui-istifadə və qanunsuz istifadə edilərək, İddiaçı həyat yoldaşı X2 notarial qaydada icazəsi olmadan Cavabdeh ünvan 1i ünvanında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilən, sahəsi 4 ha olan torpaq sahəsini xx.xx.2020-ci il tarixli AN- İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında X1. Həmin alqı-satqı müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan imperativ normalara zidd olaraq bağlanılmışdır. Belə ki, sözügedən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatında və digər qanunvericlik aktlarında qeyd edilən imperativ normalara zidd olaraq bağlanılmışdır və bunun nəticəsində onun və X2 mülkiyyət hüquqları pozulmuş və maddi ziyan (delikt) dəymişdir. "xxxx" MMC-nin 178/E saylı 19 mart 2023-cü il tarixli qiymətləndirmə mütəxəssis rəyində İddiaçı adına olan ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyərinin 56000 (əlli altı min) manat təşkil etdiyi qeyd edilmişdir. Sözügüdən müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmiş, lakin yekun məhkəmə aktına əsasən sonuncu alıcı vicdanlı alıcı hesab edilmişdir. Bundan sonra onun həyat yoldaşı Aypara Əlimərdanova məhkəməyə müraciət edərək dəymiş ziyan məbləğini cavabdehdən tələb etmiş, məhkəmə torpağın real bazar dəyərinin yarısını təşkil edən məbləğ hissəsində, 28000 (56000 manatın yarısı – birgə mülkiyyət olduğu üçün) iddia tələbini təmin etmişdir. İş üzrə yekun məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mülki hüquq pozuntusu (delikt) törədilmişdir və sözügedən torpaq sahəsinin real bazar dəyərinin yarısını təşkil edən məbləği (birgə mülkiyyət olduğundan), 28000 pul vəsaitini həmin pul vəsatini qanunsuz saxlamağa görə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş illik uçot dərəcəsi üzrə hesablanan faiz məbləği olan 8627 manat pul vəsaitini və 3000 manat pul vəsaitini mənəvi zərər qismində ondan tələb edir. Qeyd olunur ki, Mərkəzi Bankın 2024-cü ilin dekabr ayı üçün müəyyənləşdirdiyi illik faiz uçot dərəcəsi 7,25 faiz təşkil edir. Cavabdeh iddiaçının pul vəsaitini qanunsuz olaraq xx.xx.2020-ci il tarixdən (alqı-satqı müqaviləsinin bağlandığı gündən) istifadə edir, qanunsuz saxlayır. 4 il 3 ay müddət ərzində qanunsuz saxlanılan pul vəsaiti üzrə 8627 manat faiz hesablanmalıdır. İddiaçı dörd ildən artıq bir müddət ərzində stress keçirmiş və buna görə cavabdehdən 3000 manat mənəvi kompensasiya tələb edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-151/2023 nömrəli qətnaməsinin qismən - 56000 manat pulun Cavabdeh və Elmira Yaqubovadan müştərək qaydada tutularaq Aypara Əlimərdanovaya ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək 28000 (iyirmi səkkiz min) manat pulun Cavabdeh alınaraq iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli qətnaməsinin torpağın bazar dəyərinin 56000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9793/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsaslanılaraq göstərilmişdir ki, İddiaçıla Elmira Yaqubova arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qərarın bir hissəsi kimi qeyd etmişdir ki, iş üzrə etibarsızlığı iddia edilən İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib-verilməməsinin müəyyən olunmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsiz sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə kollegiyası qətnamədə qeyd etmişdir ki, Cavabdeh bildirdiyi kimi İddiaçıla aralarında iş görülməsi ilə bağlı borc münasibətlərinin yaranması halında borcun tələb edilməsi ilə bağlı üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə hər biri digərinə qarşı müvafiq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin “həmin torpaq sahəsinin satılması ilə bağlı iddiaçının etibarnamə və razılıq ərizəsi verdiyi, eləcə də İddiaçı adından etibarnamə əsasında qeyd edilən torpağı satması” dəlili ilə bağlı qeyd edir ki, iddiaçı A.Əlimərdanovanın İddiaçı verdiyi xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi mübahisə edilən torpaq sahəsi ilə bağlı olmamış, həmin ərizə və etibarnamə xx.xx.2018-ci il tarixdə verilmiş, mübahisəli torpaq isə 1 il 5 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə onların mülkiyyətinə daxil olmuşdur. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9793/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təstiqini tapmışdır. Yəni Cavabdeh A.Əlimərdanovanın iradəsinə zidd müqavilə bağlamaqla sonuncu torpaq sahəsi üzərində olan ½ pay mülkiyyət hüququndan məhrum olmuşdur. 131/80 saylı xx.xx.2024-cü il tarixli pretenziya məktubuna görə İddiaçı nümayəndəsi və vəkili tərəfindən Cavabdeh (pretenziyanı aldığı andan etibarən 7 gün ərzində) ünvan 1i ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilən, sahəsi 4 ha olan torpaq sahəsini xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında qeyri-qanuni olaraq özgəninkiləşdirdiyi üçün İddiaçı dəymiş 28000 manat pul vəsaitini maddi ziyan qismində və dəymiş mənəvi ziyan qismində 3000 manat pul vəsaitinin sonuncuya ödənilməsi xahiş edilmişdir. Əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Hökumət ödəniş portalının qəbzinə əsasən İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 210 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1454/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9793/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə edilən 56000 manat pulun yarısı (28000 manat) Cavabdeh alınaraq X3 verilməsi qət edildiyindən, alqı-satqı müqaviləsindən əldə edilmiş torpaq sahəsinin dəyərinin qalan 28000 manat məbləği Aypara Əlimərdanovanın əri - İddiaçı verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. İddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində stress (mənəvi sarsıntı) keçirdiyini bildirsə də, həmin mənəvi ziyanın real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh pul vəsaitini qanunsuz saxlamamış, tərəflər arasında əmlak mübahisənin məhkəmələrdə araşdırılması ilə bağlı müəyyən vaxt keçmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 28000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 209 manat dövlət rüsumunun 174 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 35 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə edilən 28000 manat pul vəsaiti və 174 ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə edilən 28000 manat pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar