Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-412/2023 04.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı avtomobilin qanunsuz sahiblikdən qeri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “Hyundai” markalı “Avante” modeli, 2007-ci il istehsal tarixi, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilini (mühərik nömrəsi D4FB7U116739, Ban nömrəsi KMHDU41TP7U156210) Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçıya məxsus olan “Hyundai” markalı “Avante” modeli, 2007-ci il istehsal tarixi, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilini (mühərik nömrəsi D4FB7U116739, Ban nömrəsi KMHDU41TP7U156210) Abşeron rayon Saray qəsəbəsi general Məhəmməd Əsədov küçəsində yerləşən “056” avtosalonu işlədən Cavabdeh qanunsuz olaraq saxlamış və qaytarmaqdan imtina edir.Cavabdehin qanunsuz hərəkətləri barədə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Polis idarəsində izahat verərək cavabdeh həmin avtomaşını Fərid adlı şəxsdən heç bir sənəd tərtib olunmadan almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Hyundai” markalı “Avante” modeli, 2007-ci il istehsal tarixi, **-FV-*** dövlət qeydiyyat nişanlı (mühərik nömrəsi D4FB7U116739, Ban nömrəsi KMHDU41TP7U156210) avtomobilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarında olan və Cavabdeh tərəfindən Abşeron rayon polis idarəsində verilmiş izahatında göstərmişdir ki, İddiaçı Fərid adlı maşın alverçisinin vasitəsi ilə tanımışdır.2023-cü ilin mart ayının sonunda Fərid onun salonuna “Hyundai elantra” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş və bildirmişdir ki, həmin maşını etibarnamə əsasında idarə edir, ona məxsusdur.Həmin avtomobili Fərid onun salonunda almış, bir müddət sonra İddiaçı adına keçirmişdir. İddiaçı adına olan maşına etibarnamə vermədi, dedi ki, yazdırıb gətirəcəkdir. Fərid bir neçə şəxsə qarşı dələduzluq cinayət törətmişdir.23 aprel 2023-cü ildə İddiaçı bir nəfər qazi və bir nəfər vəkillə birlikdə onun salonuna gəldilər və bildirdilər ki, “Hyundai elantra” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Vəfaya məxsusdur və maşını aparmaq istəyirlər.Lakin o, bildirmişdir ki, maşını Fərid gətirib və maşını onlara verməmişdir.X2 verdiyi etibarnaməni ləğv etmişdir. Hazırda “Hyundai elantra” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun işlədiyi salonda yoxdur.İşçilərdən hansısa yağ dəyişmək üçün aparıb, qaytarmayıb. Araşdırıb məlumat verəcək. Məhkəmədə müəyyən olunub ki, “Hyundai” markalı “Avante” modeli, 2007-ci il istehsal tarixi, **-FV-*** dövlət qeydiyyat nişanlı (mühərik nömrəsi D4FB7U116739,Ban nömrəsi KMHDU41TP7U156210) avtomobilinin mülkiyyətçisi İddiaçıdır. Eyni zamanda İddiaçı tərəfindən qeyd olunan maşını digər şəxsin adına özgəninkiləşdirilməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübütlar məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan “Hyundai” markalı “Avante” modeli, 2007-ci il istehsal tarixi, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil (mühərik nömrəsi D4FB7U116739, Ban nömrəsi KMHDU41TP7U156210) Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-412/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-412/2023
04.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver