Məhkəmə qərarları › İş №e-2(028)-481/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-481/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-481/2023 12.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc və 131 (bir yüz otuz bir) manat dövlət rüsumun tutulub ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ərizəsi əsasında Cavabdeh tərəfindən 8000 (səkkiz min) ABŞ dolları məbləğində aldadılaraq dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı material Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı polis kapitanı Məmməd Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarına əsasən cavabdehin iddiaçıya 8000 (səkkiz min) ABŞ dolları məbləğində borcun olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı polis kapitanı Məmməd Cəfərov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, araşdırma zamanı İddiaçı izahat verərək bildirmişdir ki, 2007-ci ildə torpaq sahəsi alıb fərdi yaşayış evi tikmək qərarına gəldiyi üçün soraqlaşma aparan zaman Müşfiq yolunda “Makaron” zavodunun yaxınlığında Etibar adlı şəxsin 0,04 ha torpaq sahəsi satdığını öyrənmişdir. Etibar ilə tanış olduqdan sonra şıfahi olaraq razılaşmışlar ki, Etibar həmin torpaq sahəsini 8000 (səkkiz min) ABŞ dollarına ona sataraq, torpağın bütün sənədlərini ona təqdim edəcək. Aralarında olan razışmadan təxminən 10 gün sonra yaşadığı evdə 8000 (səkkiz min) ABŞ dolları pulu Etibara vermiş, Etibar isə həmin pulu alması ilə bağlı və torpaq sahəsini ona satması ilə bağlı kağızda qeyd yazaraq imza etmişdir. Lakin dəfələrlə həmin torpaq sahəsinin sənədlərini tələb etsədə Etibar torpağın sənədlərini müxtəlif bəhanələrlə ona verməmişdir. Sonradan Etibardan pulunu geri tələb etsədə Etibar onun pulunu hissəhissə qaytaracağını dəsədə qaytarmamış, sonradan isə torpaq sahəsinin Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə əlaqədar olaraq plana düşdüyünü bilmiş və Etibar ilə əlaqəsi kəsilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, ”Mexkalon-23” yaşayış massivində “Makaron” zavodunun yaxınlığında yerləşən mebel fabrikinin qarşısında olan torpaq sahəsi 1994-cü ildə o, bəzi məcburi köçkünlər tərəfindən qurudulmuş, orada fərdi yaşayış evi inşa etmiş, həmdə kənd təsərüfatı ilə məşğul olmuşlar. Metal lövhələrlə hasarladığı 0,04 ha torpaq sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlib, orada 1 metr hündürlükdə mişar daşından ev tikməyə başlamış, lakin sonradan maddi imkansızlıq ucbatından tikintini saxlamışdır. 2006-cı ildə xəstə olduğu üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmiş və torpaq sahəsini satması ilə bağlı elan vurmuşdur. Bir neçə gün sonra isə İddiaçı torpaq sahəsinə gələrək onunla görüşmüş və onun torpaq sahəsini 8000 (səkkiz min) ABŞ dollarına alacağı ilə bağlı razılığa gəlmişlər. Bundan sonra İddiaçı Xırdalan şəhərində yerləşən evində əvvəlcə ona 6000 (altı min) ABŞ dolları, sonra 2000 (iki min) ABŞ dolları pul vermişdir. Torpaq sahəsinə dair heç bir sənəd olmadığı üçün İddiaçı torpağın sənədlərini özünün düzəltdirəcəyini desədə, bunu edə bilməmişdir. Sonradan torpaq sahəsinin Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə əlaqədar olaraq plana düşdüyünü, "xxxx" ASC-dən bununla bağlı ona heç bir kompensasiya verilmədiyini bildirmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməli, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması bildirilməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı polis kapitanı Məmməd Cəfərov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2016-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Xırdalan şəhərində yerləşən evində əvvəlcə ona 6000 (altı min) ABŞ dolları, sonra 2000 (iki min) ABŞ dolların pul vermişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı 8000 (səkkiz min) ABŞ dolları pul almasını etiraf etmiş, lakin həmin pul məbələğini İddiaçı qaytarılması barədə mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim olunmmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc və 131 (bir yüz otuz bir) manat dövlət rüsumun tutulub Sabir Əlibəy oğluna verilsin. Ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar