Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-320/2023 19.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X34 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli, 2V-749 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli, 2V-749 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, X11 oğludur. X10 onun babası, X8nun atasıdır. Atası X1 Əli Abdurahman oğlunun qanun üzrə vərəsəsi olduğundan Əli Abdurəhmanovun mülkiyyət hüququqlarının təmin edilməsi ilə bağlı Cavabdeh qarşı iddia qaldiraraq məhkəmələrdə mübahisələndirmişdir. X8 xx.xx.2023-cü ildə ölmüşdür. Onun, X2na məxsus miras əmlakdan irsi transmissiya qaydasında pay almaq hüququ olduğundan əmlakla bağlı mübahisələr onun subyektiv hüquqlarına toxunur və buna görə də bu iddia ilə məhkəməyə müraciət edir. 17 oktyabr 1933-cü il tarixdə Hil (indiki Qusar) rayonunun hakiminin təsdiq etdiyi akta əsasən X2, onun anası Xocayeva Xasultan və sonuncunun ikinci əri Əmirtağı İbrahimov tərəfindən Qusar şəhəri Lenin küçəsi 27 nömrəli yaşayış evini 4000 rubl pula satın alaraq həmin evdə yaşamağa başlamışlar. Atası 20 iyul 1949-cu ildə həmin evdə anadan olmuşdur. Atasının nənəsi Xasultan Xocayeva 1958-ci ildə, onun əri Əmirtağı İbrahimov isə 1955-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra mübahisəli evdə X2 və X21 birlikdə yaşamışlar. 1966-cı ildə X5 şəhəri Müqtədir küçəsi ev 59 ünvanda öz adına yaşayış evi tikdirmiş və həmin ildə də ailəsi ilə birlikdə mübahisəli evdən bu evə köçmüşdür. Mübahisəli evdə isə babası Əli Abdurahmanovun ailəsi qalıb yaşamışdır. Evin bütün təmir işləri babası Əli tərəfindən öz vəsaiti hesabına həyata keçirilmişdir. Bundan sonra babası ögey qardaşı olan Paşa İbrahimovla öz aralarında evlə bağlı razılığa gəlmiş və Qusar kommunal təsərrüfat şöbəsinin 1973-cü ildə 93 nömrəli arayışı və 24 dekabr 1973-cü il tarixli 401 nömrəli torpaq qeydinə əsasən mübahisəli ev atasından irs qalmış əmlak kimi X12 adına qeyd edilməklə Qusar rayon Notariat Kontorunda 29 dekabr 1973-cü il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Paşa İbrahimov tərəfindən babası Əli Abdurahmanova bağışlanmışdır. Bundan sonra mübahisəli evlə bağlı Paşa İbrahimovla babası Əli Abdurahmanov arasında heç bir mübahisə qalmamışdır. X2 07 mart 1982-ci ildə Qusar şəhərində vəfat etmişdir. Babasının ölümündən sonra mübahisəli evdə nənəsi X9, X8 və digər bacı-qardaşları qalıb yaşamışdır. X17 07 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mübahisəli ev əmisi X13 istifadəsində olmuşdur. Cavabdeh babası Əlinin ögey qardaşı olan X12 oğludur. Həmin şəxs atasından miras qalmış ünvan 1 ünvanda yerləşən evdə yaşayır. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh babası Əli Abdurahmanovdan miras qalmış Qusar şəhəri F.Musayev (əvvəlki Lenin) küçəsi 35 nömrəli yaşayış evini qanunsuz yollarla öz adına keçirmişdir. Belə ki, həmin şəxs əvvəlcə həmin evi öz atası Paşa İbrahimovun adına rəsmiləşdirməklə həmin şəxsin adına Çıxarış əldə etmiş, daha sonra isə vərəsəlik yolu ilə öz adına Çıxarış almışdır. Halbuki, yuxarıda qeyd etdiyi kimi həmin yaşayış evi həmin dövrdə Notariat funksiyalarını yerinə yetirən Hil rayon məhkəməsinin hakiminin təsdiq etdiyi 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktına əsasən Əmirtaği İbrahimov, babası Əli Abdurahmanov və atasının nənəsi Xasultan Xocayeva tərəfindən şərikli qaydada satın alınmışdır. Yəni, həmin mülk adları göstərilən 3 nəfərin birgə mülkiyyəti olmuşdur. Lakin, sonradan həmin yaşayış evi tək Əmirtağı İbrahimovdan irs qalmış əmlak kimi X33 X23 əsasında X14 verilmişdir. 29 dekabr 1973-cü il tarixdə isə Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş ev bağışlamaq haqqında müqavilənaməyə əsasən ünvan 2 ünvanda 424 kv. metr torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaqlı yaşayış evi X21 tərəfindən babam X6 bağışlanmışdır. Yəni, həmin müqavilədən sonra mübahisəli evə dair X12 hüquqlarına xitam verilmişdir. Belə olan halda mübahisəli evə sonradan X12 adına Çıxarışın və Texniki Pasportun hazırlanması tamamilə əsassızdır. Bu səbəbdən də, atası X3 Aydın Paşa oğluna və qeyrilərinə qarşı X33 şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik X23; Qusar şəhəri F.Musayev küçəsi 35 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilmişdir. Cavabdeh tərəfindən Qusar rayon məhkəməsinin həmin qətnaməsindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(105)-1469/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsi qismən Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli X33 X23nin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmamışdır. Qalan hissədə, yəni Qusar şəhəri F.Musayev küçəsi 35 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(105)- 1469/2021 saylı qətnaməsindən atam X20 və Cavabdeh tərəfindən kassasiya şikayətləri verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 6274/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Qusar şəhəri F.Musayev küçəsi 35 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Hal-hazırda o, Qusar şəhəri F.Musayev küçəsi 35 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair mərhum babasının mülkiyyət hüququnu bərpa etdirmək, daha sonra isə vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Lakin, məlum olmuşdur ki, həmin ev xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Paşa İbrahimovun adından vərəsəlik yolu ilə oğlu Cavabdeh adına rəsmiləşdirilməklə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hesab edir ki, Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış etibasız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş Paşa İbrahimovun adına olan xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı Çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə təsdiq olunmuşdur ki, X32 şəhəri F.Musayev küçəsi 35 ünvandakı 0.0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair mülkiyyət hüququna xitam verilmişdir. Bununla da, həmin evin Paşa İbrahimovun miras kütləsinə daxil edilməsi, həmin evə dair Paşa İbrahumovun vərəsəliyinin müəyyən olunması qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də, Cavabdeh adına verilmiş 19 dekabr 2018-ci il tarixli reyestrdə 2V-749 nömrəli X33 X23 öz hüquqi qüvvəsini və legitimliyini itirmişdir. Göründüyü kimi, Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 şəhadətnaməsi mülki qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuz və əsassızdır, həmçinin onun qanunla qorunan mənafeyi pozulmaqla verilmişdir. Bu səbəbdən də, hesab edir ki, həmin şəhadətnamə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat verən onun vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisəli evə dair mərhum atasının adına ilkin sənədlər olmuş, mülkiyyət sənədi isə olmamışdır. O, sənədləri düzəltmək üçün arxivə müraciət etmiş, orada atasının həmin evi Əli Abdurahmanova bağışlaması barədə heç bir müqavilə olmamışdır. İddiaçı tərəfin təqdim etdiyi bağışlama müqaviləsi qanunsuz və saxtadır, mərhum atası həmin müqaviləni imzalamamışdır. O, həmin müqavilənin ləğv edilməsi barədə Qusar rayon məhkəməsinə müraciət etmiş, lakin müddət keçməsini əsas gətirib onun iddiası təmin olunmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 X23nin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə vəfat etmiş X12 ünvan 3 ünvanda yerləşən 0.0424 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasından 1/1 hissədə pay almışdır. Həmin əmlaklar xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən miras qoyanın mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0424 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(029)-94/2021 saylı qətnaməsinin surətindən görünür ki, X11 Cavabdeh və qeyrilərinə qarşı X33 şəhadətnaməsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli 17/6303 reyestr nömrəli qanun üzrə vərəslik X23; Qusar şəhəri F.Musayev küçəsi 35 ünvanda 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasport etibarsız hesab edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(105)- 1469/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-94/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi qismən-Qusar rayon Notariat Kontoru tərəfindən X12 adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli X33 X23nin və reyestr nömrəsi **********60-10301 olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək həmin hissələrdə iddia təmin olunmamış, qalan hissədə, yəni ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6274/2021 saylı Qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(105)-1469/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-547/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Qusar rayon Notariat Kontoruna və X15 qarşı ünvan 5 ünvanda yerləşən sahəsi 424 kv.metr olan bir mərtəbəli, 3 otaqlı evin X21 tərəfindən X7 bağışlamasına dair Qusar rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.1973-ci il tarixli 17\6387 reyestr nömrəli “Ev bağışlamaq haqqında” müqavilənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 2360/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-547/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AZ-İİ 302594 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan Vİİ-JQ 461864 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1981-ci ildə anadan olmuş, X8dur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə,bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir.Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, işin mübahisə edilməyən faktiki halları ondan ibarətdir ki, ünvan 6 ünvanda yerləşən 0.0424 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh atası X12 adına verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunmuşdur ki, Paşa İbrahimov həmin evi Əli Abdurahmanova bağışlamaqla onun həmin evə dair mülkiyyət hüququna xitam verilmiş, bu səbəbdən də, həmin ev və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə həmin şəxsin adına qeydiyyata alına bilməzdi. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, Paşa İbrahimov vəfat etdiyi anda qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi həmin şəxsin miras kütləsinə daxil edilə və onun mirası kimi vərəsəsi olan Cavabdeh mülkiyyətinə keçə bilməzdi. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mülki qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuz və əsassızdır, həmçinin iddiaçının qanunla qorunan mənafeyi pozulmaqla verilmişdir. Belə ki, həmin əmlaklar iddiaçının babası Əli Abdurəhmanova məxsus olmuş, həmin əmlaklar məhz həmin şəxsin miras kütləsinə daxil edilməklə onun vərəsələrinə verilməlidir. İddiaçı isə həmin əmlakları vərəsəlik yolu ilə mülkiyyətinə keçirmək hüququ olan şəxslərin siyahısına daxildir, çünki onun mirası qəbul edəcək atası Nizami Abdurəhmanov vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Bu baxımdan Cavabdeh məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, yuxarıda qeyd olunanlardan müəyyən edilən hallar ondan ibarətdir ki, tərəflər arasında bundan əvvəl məhkəmə mübahisəsi olmuş, həmin məhkəmə mübahisəsi zamanı o cümlədən cavabdehin qeyd etdiyi bağışlama müqaviləsinin qanuniliyinin yoxlanılması təşkil etmiş və həmin qətnamələr hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh dəlilləri əsassızdılar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli 2V-749 reyestr nömrəli X33 şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №e-2(029)-320/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-320/2023
19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver