Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-45/2025 05.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ünvan 1ində yerləşən 0,12 ha sahəsi olan torpaq sahəsində mövcud olan 82,1 kv. metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı məxsus ½ hissəsi və Cavabdeh məxsus ½ hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mütəxəssis rəyinə əsasən qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı payına düşən ½ hissədə naturada bölünməsi mümkün olmadığını müəyyən edilmişdir.Tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün olmadığından,hazırda MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbi predmetinin dəyişdirilməsinə zərurət yaranmışdır. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə,iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də,hazırkı mübahisə ilə bağlı yeni tələbi meydana gəlir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149-150-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsini və torpaq sahəsində mövcud olan 82.1 kv.metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı məxsus ½ hissəsi və Cavabdeh məxsus ½ hissəsinin naturada bölünməsi,tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün olmadıqda,paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi,ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satışdan əldə edilən pul vəsaitinin tərəflərin paylarına mütənasib surətdə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 0,12 ha sahəsi olan torpaq sahəsində mövcud olan 82,1 kv\metr sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyətdə olmaqla ona və Cavabdeh məxsusdur. Bu barədə ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mülki Məcəllənin 213.2, 220.3-cü maddələrinə əsasən, ünvan 1ində yerləşən 0,12 ha sahəsi olan torpaq sahəsində mövcud olan 82,1 kv. metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı məxsus ½ hissəsi və Cavabdeh məxsus ½ hissəsinin naturada bölünməsi məhkəmə qaydasında zəruridir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və evin və torpaq sahəsinin hərraca çıxarılmasına razı olduğunu, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, iddiaçının etibaramə üzrə nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Məhkəmə iclasında iştirakları olmadan işə baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********13-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 82.1 kv.metrdən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ ilə hər birinin payı ümumi birgə olmaqla İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli 3-21-3-34/2-17151/2024 saylı mütəxəssis rəyinən görünür ki, Araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə, daşınmaz əmlaka verilmiş **********13-10301 reyestr nömrəli texniki pasporta əsasən kameral şəraitdə dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi naturada faktiki 0.1323 hektar ölçüdə təşkil edir. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh birgə mülkiyyətlərində olan, Qusar ravonu Yasab kəndində verləsən vasavıs məntəqələri təyinatlı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı payına düşən ½ hissədə naturada bölünməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10 iyun 2025-ci il tarixli 10/1699 saylı ekspert rəyindən görünür ki, Birinci sual üzrə: Sual ilə bağlı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatətə göndərilmişdir. Lakin, vəsatətin göndərilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssis rəyi təqdim edilməmişdir. Bu səbəbdən də birinci sual üzrə tədqiqat aparılmamışdır. İkinci sual üzrə: Qusar rayonu, Yasab kəndində yerləşən fərdi yaşayış evinin tikililərinin planlı yerləşməsini, yaşayış otaqlarının yalnız ikinci mərtəbə yerləşdiyini, ikinci mərtəbəyə də sadəcə bir tərəfdən giriş-çıxış olduğunu, eləcə də tərəflərin 14 payına uyğun yaşayış otağı olmadığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin tərəflərin paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən də torpaq sahəsinin bölünməsinə dair tədqiqat aparılmamışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli 10/1699saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1i ünvanıda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 82.1 kv.metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə hər birinin payı ümumi birgə olmaqla İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətindədir. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə həmin torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2025-ci il tarixli 10/1699 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
213. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki,... nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qərаrın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Məhkəmə hesab edir ki,mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin keçilməsinə riayət olunduğundan əsaslıdır. Mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətdədir. Əmlakın naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Tərəflər paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər. İşdən göründüyü kimi, mənzil tərəflərin pаylı mülkiyyətindədir, hər birinin payı ümumi birgə pay təşkil edir. Mənzilin bölünməsi ilə bаğlı tərəflər аrаsındа rаzılаşmа оlmаdığınа görə iddiaçı pаyının nаturаdа аyrılmаsı bаrədə iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmiş, lаkin mənzilin pаylаrа uyğun bölünməsinin texniki cəhətdən mümkün оlmаmаsı müəyyən edilmişdir. Bu baxımdan cаvаbdehin mübahisə predmetinə aid olan mənzildən istifadə edilməsində оnlаrın mühüm mənafeyinin оlmаsı, mənzilin satılmasının cavabdehin mənafeyi baxımından məqsədə uyğun оlmаsı bаrədə cavabdehin məhkəmə iclasında iddianı qəbul etməsi barədə izahatına qiymət verən məhkəmə hesab edir ki, sözü gedən əmlаk аçıq hərrаcdа sаtılmаlı və satışdan əldə edilən pul vəsaiti tərəflərin paylarına mütənasib surətdə aralarında bölünməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********13-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Çıxarışın əsasında xüsusi mülkiyyət hüququ ilə hər birinin payı ümumi birgə olmaqla İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər şəkildə bölüşdürülsün. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV