Məhkəmə qərarları › İş №e-2(030)-390/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-390/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-390/2024 07.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC ) cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb "xxxx" ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 26 aprel 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində Daşkəsən dəmir filizi mədənində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Arocs” markalı, 77JB 439 dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmış “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinərək, AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində xx.xx.2022-ci il tarixli elektron qərar tərtib edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 7607.05 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli, ********* saylı sığorta şəhadətnaməsinə əsasən, “X4” MMC-yə məxsus “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. xx.xx.2022-ci il tarixli,PBA ********** saylı icbari sığorta müqaviləsinə əsasən “Mercedes Arocs” markalı, 77JB 439 dövlət qeydiyyat nişanlı yük avtomobili icbari sığorta qaydasında sığortalanmışdır. "xxxx" MMC-nin qüsur aktından və xx.xx.2022-ci il tarixli, 1350/22 saylı sığorta aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə 8607.05 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Mercedes Arocs” markalı, 77JB 439 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasistəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən icbari sığorta qaydasında sığortalandığından dəymiş zərərin 5000 manatdan artıq hissəsini, 2607.05 manat məbləğində pulu ASC cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Həmin məbləğin 1607 manat məbləğində olan hissəsi ilə bağlı tərəflər arasında mübahisə olmadığı üçün ASC qalıq qalan 1000 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malikdir. Odur ki, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci tarixli TP-5089449 nömrəli yol-hərəkət qaydaları, yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə, barəsində 40 manat məbləğində cərimə tərtib edilmişdir. İşə əlavə edilmiş 30 iyun 2022-ci il tarixli Qüsur aktından görünür ki, “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8607.05 manat təşkil edir. İşə əlavə edilmiş 24 aprel 2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank ximət haqqı ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Mercedes Arocs” markalı, 77JB 439 dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASCdə əmlak sığortası qaydasında sığortalanmış “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinərək, AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində xx.xx.2022-ci il tarixli elektron qərar tərtib edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 7607.05 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. "xxxx" MMC-nin qüsur aktından və xx.xx.2022-ci il tarixli, 1350/22 saylı sığorta aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “MAN TGS41.400” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə 8607.05 manat məbləğində zərər dəymişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən “Mercedes Arocs” markalı, 77JB 439 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasistəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən icbari sığorta qaydasında sığortalandığından dəymiş zərərin 5000 manatdan artıq hissəsini, 2607.05 manat məbləğində pulu ASC cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Həmin məbləğin 1607 manat məbləğində olan hissəsi ilə bağlı tərəflər arasında mübahisə olmadığı üçün ASC qalıq qalan 1000 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malikdir. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 1000 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat sığorta ödənişinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar