Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-625/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4796 manat sığorta ödənişi və ödənilmiş 68,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 18 avqust 2022ci il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə 4796 manat sığorta ödənişi həyata keçirmişdir. 18 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsinik idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Odur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 4796 manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hadisə 1 il bundan əvvəl baş vermişdir. İdarə etdiyi “VAZ 21070” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə 18 avqust 2022-ci il tarixdə Daşkəsən-Quşçu yolunda dönmə əməliyyatı edərkən yoldan çıxaraq qarşı tərəfdən gələn “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Sığorta tərəfindən tərtib edilmiş akta imza etmişdir. Ötən müddət ərzində ASC tərəfindən maşına dəymiş ziyana görə ödənilmiş məbləğlə bağlı heç bir məlumat verilməmişdir. Tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. İşə əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli hesab-fakturanın surətindən görünür ki, “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 4796 manat məbləğində hesablanmışdır. İşə əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüratları barədə arayışın surətindən görünür ki, 18 avqust 2022-ci il tarixdə saat 17:45 radələrində Daşkəsən rayonu Quşçju kəndində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdeh, avtomaşının sahibi X1 məxsus “VAZ 21070” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuşdur. İşə əlavə edilmiş Daşkəsə Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 3(030)- 202/2022 saylı qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi hesab olnan AR İXM-nin 332.4-cü maddəsinin sanksiyası həddindən tənbeh edilərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 11 noyabr 2022-ci il tarixli 114247 sığorta aktının surətindən görünür ki, sığortalanmış avtomobil - “VAZ 21070” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 18 avqust 2022-ci il tarixdə Daşkəsən rayonu ərazisində sığortalanmış avtomobil “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. 28 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4796 manat hesablanmışdır. İşə əlavə edilmiş 02 noyabr 2022-ci il tarixli Bankdaxil #001İNT********** nömrəli məxaric qəbzinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 114247 saylı sığorta aktına əsasən TOYOTA Ganca Centre LLC-nin hesabına 4796 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşə əlavə edilmiş 18 sentyarb 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 68 manat məbləğində dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə 18 avqust 2022-ci il tarixdə Daşkəsən-Quşçu yolunda dönmə əməliyyatı edərkən yoldan çıxaraq qarşı tərəfdən gələn “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Toyota Hilux” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Daşkəsən Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 3(030)-202/2022 saylı inzibati xəta haqqında qərarında öz əksini tapmışdır. 11 oktyabr 2022-ci il tarixli hesab-fakturaya əsasən 4796 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən PAT ********** saylı “Sığorta müqaviləsi”nin 114247 saylı sığorta aktına əsasən 4796 manat məbləğində ödəniş həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4796 məbləğində sığorta ödənişinin əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4796 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş 68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 4864.40 (dörd min səkkiz yüz altmış dörd manat qırx qəpik) manat məbləği tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-625/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-625/2023
08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver