Məhkəmə qərarları › İş №e-2(032)-1035/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1035/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1035/2023 06.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2000 (iki min) manat və X1 vurulan zərərə görə 750 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 47,90 (qırx yeddi manat doxsan qəpik) manat dövlət rüsumu, cəmi 2797,90 (iki min yeddi yüz doxsan yeddi manat doxsan qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Peugeot 407” markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmiş, eyni zamanda X4 yüngül dərəcəli xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 21063” markalı ** BB *** qeydiyyat nişanlı avtomobilə 2000 (iki min) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 107552 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 (iki min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində X4 yüngül xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Qanununa əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müqavilələrinin 107552 və 107554 saylı sığorta аktlarına əsasən İddiaçı Sığorta Şirkəti ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən ödənilmiş 2750 (iki min yeddi yüz əlli) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli CÇM-də cəza cəkdiyindən, məhkəmənin müvafiq sorğusuna əsasən həmin CÇM-nə iddia ərizəsinin surəti göndərilmiş, lakin Cavabdeh müsəssisədə cəza çəkmədiyinə görə məktub aidiyyatı üzrə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 332.4, 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 107552 saylı sığorta aktından görünür ki, “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2000 manat X5 ödənilmişdir. İş materiallarında olan 107554 saylı sığorta aktından görünür ki, X3 PAT********** saylı sığorta müqaviləsinə əsasən sağlamlığa dəymiş zərər görə sığorta məbləğinin 15%-i, yəni 750 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 6664 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən X5 2000 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ona pulun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Peugeot 407” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması və eyni zamanda X2 yüngül dərəcəli xəsarət alması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2000 (iki min) manat və X1 vurulan zərərə görə 750 manat sığorta ödənişi məbləği tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 47.90 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2000 (iki min) manat və X1 vurulan zərərə görə 750 manat sığorta ödənişi məbləği, 47,90 (qırx yeddi manat doxsan qəpik) manat dövlət rüsumu, cəmi 2797,90 (iki min yeddi yüz doxsan yeddi manat doxsan qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar