Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1043/2025 08.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toy zamanı hədiyyə kimi verilmiş 585 əyarlı, 12.1 qram çəkidə, qiyməti 1257.19 (bir min iki yüz əlli yeddi manat on doqquz qəpik) manat olan bir cüt sırga dəsti və klonlu sep, 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 (dörd yüz on beş manat altımış qəpik) manat olan 01 ədəd üzük və 585 əyarlı, 4.5 qram çəkidə, qiyməti 467.55 (dörd yüz altımış yeddi manat əlli beş qəpik) manat olan 01 ədəd nişan üzüyü adda qızıl-zinət əşyalarının ona qaytarılması, qızıl-zinət əşyalarının özünün qaytarılmasının mümkün olmayacağı təqdirdə, onların dəyəri kimi 2140.34 (iki min yüz qırx manat otuz dörd qəpik) manat pulun, 60 (altımış) manat məbləgində mediasiya xərcinin, 41 (qırx bir) manat 50 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun və eləcə də, vəkil haqqı kimi ödənilmiş 330 (üç yüz otuz) manat pulun cavabdeh X1 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi iş üzrə İddiaçı X12 oglu ilə xx.xx.2016-cı il tarixdə el adəti ilə toy edərək, ailə həyatı qurmuşdur. Nikahları rəsmi olaraq xx.xx.2016-cı ildə 497 nömrə ilə Şirvan şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahlarından uşaqları olmamışdır. İddiaçı cavabdeh X12 ogluna qarşı “toy zamanı hədiyyə kimi verilmiş qızılzinət əşyalarının ona qaytarılması, qızıl-zinət əşyalarının özünün qaytarılmasının mümkün olmayacağı təqdirdə, onların dəyəri kimi 2140.34 (iki min yüz qırx manat otuz dörd qəpik) manat pulun cavabdeh X12 oglundan alınıb İddiaçı verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1288/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(106)-584/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan şəhər məhkəməsinin qeyd olunan qətnaməsi ləgv edilimş və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir. Qətnamə ona görə ləğv olunmuşdur ki, apellyasiya məhkəməsinin mövqeyinə görə, iş üzrə cavabdeh düzgün seçilməmiş, iş üzrə cavabdeh X6 izahatında iddia tələbində qeyd edilən üzük, klon sep və sırğa dəstinin mövcud olduğunu, hal-hazırda anasının sahibliyində qaldığını etiraf etdiyini və həmin qızılzinət əşyalarının anası tərəfindən iddiaçı Məryəmə bağışlandığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, qızıl-zinət əşyaları nişan və toy mərasimində onun tərəfindən iddiaçıya hədiyyə edilmiş, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından kredit götürən zaman qohumlarına və iddiaçıya məxsus qızıl-zinət əşyalarını banka girov qoymuş və kredit götürmüşdür. Bu barədə bank tərəfindən xx.xx.2022-ci il tarixli, 00279378 nömrəli “Daşınar əmlakın qiymətləndirmə Aktı” tərtib edilmişdir. Həmin aktın 4cü, 5-ci və 8-ci sıradakı qızıllar iddiaçıya hədiyyə edilmiş qızıllardır. Hal-hazırda iddiaçıya məxsus qızıl-zinət əşyaları onun özündədir. Göründüyü kimi iddiaçının iddia ərizəsindən, cavabdehin və üçüncü şəxsin izahatından aydın olur ki, qızıl-zinət əşyaları cavabdehdə deyil, cavabdehin anasındadır. Qeyd edir ki, toy zamanı hüquqlarını müdafiə etdiyi iş üzrə İddiaçı aşağıdakı sayda və adda qızıl-zinət əşyaları hədiyyə olunmuşdur: 1) 585 əyarlı, 12.1 qram çəkidə, qiyməti-1257.19 (bir min iki yüz əlli yeddi manat on doqquz qəpik) manat olan bir cüt sırğa dəsti və klonlu sep, 2) 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 (dörd yüz on beş manat altımış qəpik) manat olan 01 ədəd üzük və 3) 585 əyarlı, 4.5 qram çəkidə, qiyməti 467.55 (dörd yüz altımış yeddi manat əlli beş qəpik) manat olan 01 ədəd nişan üzüyü. Hal-hazırki iddia tələbi ilə baglı ilk öncə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Mediasiya Şurasına müraciət etmiş və 60 (altımış) manat mediasiya xərcini mediasiya təşkilatının hesabına ödəmişdir. ”Qızılzinət tələbi” ilə baglı müraciət mediator Taryel İsgəndərov tərəfindən icraata götürüldü və “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞS/MT-045/2025-00179 nömrəli arayış verilmişdir. Mediasiya sessiyasına cavabdeh gəlməmiş və onda olan qızılları qaytarmaq istəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbində qeyd edilən qızılzinət əşyaları nişan və toy mərasimində onun tərəfindən iddiaçıya hədiyyə edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından kredit götürən zaman qohumlarına və iddiaçıya məxsus qızıl-zinət əşyalarını banka girov qoymuş və kredit götürmüşdür. İddiaçıya hədiyə edilmiş qızılı o, nisyə aldığı üçün toydan sonra alverçi qızılın pulunu tələb etmiş, o da qızılın pulunu verə bilmədiyindən, həmin qızıldan olan bir cüt sırğa və üzük dəstini aparıb qaytarmışdır. Təqribi 6-7 ay sonra həmin vaxt cücə sexində işlədiyi üçün, ayı 50 manat olmaqla 600 manat dəyərində gəlinə sırğa almışdır. Hal-hazırda nişan üzüyü, klonlu sep onun özündədir. İddiaçı tərəfin təqdim etmiş olduğu xx.xx.2022-ci il tarixli, 00279378 nömrəli “Daşınar əmlakın qiymətləndirmə Aktı”nda qeyd edilmiş olan tək üzük isə onun qardaşının yoldaşınındır. Kredit götürən zaman onun üzüyünü də banka girova qoymuşdur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən tək üzüyün çəkisi və dəyir ilə bağlı hər hansı bir əlavəsi yoxdur. O, qızılları öz əziyyəti ilə almış, Məryəm oğluna xəyanət etdiyi üçün qızılları ona vermək istəmir. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahatında iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin iddia tələbinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarının tələbləri baxımından rədd edilməli olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 00279378 nömrəli “Daşınar əmlakın qiymətləndirmə Aktı”ndan görünür ki, X3 11235,63 manat dəyərində qiymətləndirilmiş 9 sayda 95,9 qram qızılı banka girov qoymuşdur. Həmin siyahının 4-cü qrafasında 1 ədəd nişan üzüyü əyyarı 585, çəkisi 4 qram, dəyəri 467,55 manat, 5-ci qrafasında 1 ədəd üzük əyyarı 585, çəkisi 4 qram, dəyəri 415,60 manat, 8-ci qrafasında klon sep, sırğa dəsti, əyyarı 585, çəkisi 12,1 qram, dəyəri 1257,19 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə hesab edir ki, göstərilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə şəklində verildiyindən, həmin əşyalar iddiaçının əmlakıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, hədiyyə verilmiş əşya hədiyyənin qəbul edildiyi andan hədiyyə alanın şəriksiz mülkiyyətidir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Həmin maddədən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X6 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, toy-nişan ərəfəsində iddiaçıya qızıl-zinət əşyaları hədiyə edilmişdir. Sonradan, yəni xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış olan nikah Sabirabad rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 1 ədəd 585 əyarlı, 12.1 qram çəkidə, qiyməti 1257.19 (bir min iki yüz əlli yeddi manat on doqquz qəpik) manat olan bir cüt sırga dəsti və klonlu sep, 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 (dörd yüz on beş manat altımış qəpik) manat olan 01 ədəd üzük və 585 əyarlı, 4.5 qram çəkidə, qiyməti 467.55 (dörd yüz altımış yeddi manat əlli beş qəpik) manat olan 01 ədəd nişan üzüyü hədiyyə edilmişdir. Mübahisə predmeti olan qızıl-zinət əşyalarına münasibətdə cavabdeh iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının mövcudluğunu etiraf etmiş, həmin qızıl-zinət əşyalarından klon sep və nişan üzüyünün hazırda onda olmasını, digər qızıl-zinət əşyası olan üzük və bir cüt sırğa dəstini isə toy ərəfəsində nisyə aldığından və pulunu ödəyə bilmədiyindən satıcıya geri qaytardığını məhkəmə iclasında etiraf etmişdir. Həmçinin satılmış olan qızılın 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 (dörd yüz on beş manat altımış qəpik) manat olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Qanunvericliyin tələblərindən göründüyü kimi işdə iştiak edən şəxslərin izahatı sübut olaraq qəbul edilmişdir. İşin faktiki halarından göründüyü kimi məhkəmə iclasında izahat verimiş olan cavabdeh iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının hədiyə olaraq iddiaçı Məryam Qədimaliyevaya verilmiş olduğunu etiraf etmiş, həmçinin həmin qızıl-zinət əşyalarından bir ədəd klon sep və nişan üzüyünün hazırda özündə (Şəhla Qədiməliyeva) olması, digər qızıl-zinət əşyası olan üzük və bir cüt sırğa dəstinin isə toy ərəfəsində nisyə aldığı və pulunun ödənilə bilməməsi səbəbindən satıcıya geri qaytarılmış olduğu etiraf edilmişdir. Həmçinin verilmiş olan qızılzinət əşyalarının dəyəri və çəkisi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak həmin şəxsin mülkiyyəti hesab edilir. Mübahisə predmeti olan qızıl-zinət əşyaları hazırkı mülki iş üzrə iddiaçıya hədiyyə olaraq verilmiş olduğundan həmin əşyalar üzərində iddiaçının mülkiyyət hüququ yaranmış olur. Mülkiyyət hüququnun müdafiə vasitələrindən bir də, məhz mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən əşyanın geri tələb edilməsidir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Həmin maddədən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən dispozisiya şərtlərinə əsasən qızıl-zinət əşyalarının mövcud olması və iddiaçının həmin əşyaların mülkiyyətçisi olması, həmin qızıl-zinət əşyaları hazırda cavabdehin sahibliyində olması və mülkiyyətçi olaraq iddiaçının iradəsinə ziddi olaraq cavabdehin istifadəsində olması sübuta yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının özünün, olmayacağı təqdirdə isə dəyərinin cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh tərəfin məhkəməyə təqdim edilmiş olan etirazına münasibətdə qeyd edir ki, etirazın məzmunundan göründüyü kimi cavabdeh qızıl-zinət əşyalarının bağışlanmış olduğunu və iddiaçı tərəfin xəyanət etməsinin nəticəsi olaraq bağışlanma şərtləri pozulmuş olduğundan mübahisə predmet olan qızıl-zinət əşyaları iddiaçıya qaytarılmamalıdır. Cavabdeh etirazının əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlanmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında sərgilədiyi müvqeyə əsasən “... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Müraciətdə qaldırılan digər məsələ Mülki Məcəllənin 673.3-cü maddəsi ilə nəzərdə tutulan müddətin iddia və ya kəsici müddət olması və bu müddətin axımının hansı andan başlaması ilə əlaqədardır. Həmin maddəyə uyğun olaraq, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.” Məhkəmə qeyd edir ki, cavabdeh qızıl-zinət əşyalarını iddiaçıya qaytarmama əsası olaraq iddiaçının xəyanət etməsi ilə əlaqələndirsə də, hazırkı tələbə münasibətdə tərəflər arasında bağışlanma müqaviləsinin olması, bağışlanmış olan əşyaların müqabilində iddiaçının üzərinə vəzifələrin qoyulmuş olması və bu vəzifələrin iddiaçı tərəfindən pozulmuş olması halı ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İşin fatiki hallarından göründüyü kimi, cavabdeh öz iradəsi ilə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını İddiaçı bağışlamış və bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. Eyni zamanda hesab etsək ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya bağışlanmışdır və iddiaçı tərəfindən bağışlanma müqaviləsinin şərtləri pozulmuşdur. Bu halda iddiaçıya imtina ilə bağlı bildirişin ünvanlanmış olmalı olduğu halda imtinanın ünvanlanmış olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddia tələbinin 60 (altımış) manat məbləgində mediasiya xərcinin, 41,50 (qırx bir manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun və vəkil haqqı kimi ödənilmiş 330 (üç yüz otuz) manat pulun cavabdeh X1 alınaraq İddiaçı verilməsi hissəsinə münasibətdə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 41.50 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EM-700VK-17466/25 saylı müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Şirvan Regional Vəkil bürosunun vəkili Nümayəndə hüquqi xidmətlərin göstərilməsi barədə razılığa gəlmişdirlər. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 330 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş olan xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməli, Cavabdeh 1 cüt sırğa dəsti və klonlu sep 585 əyarlı, 12.1 qram çəkidə, qiyməti 1257.19 manat, 1 ədəd üzük 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 manat, 1 ədəd nişan üzüyü 585 əyarlı, 4.5 qram çəkidə, qiyməti 467.55 manat olan qızıl-zinət əşyalarını, olmadıqda onların pul ilə dəyəri kimi 2140.34 (iki min yüz qırx manat otuz dörd qəpik) manat, həmçinin 60 (altmış) manat mediasiya xərci, 41.50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 330 (üç yüz otuz) manat alınaraq iddiaçı X5 verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1 cüt sırğa dəsti və klonlu sep 585 əyarlı, 12.1 qram çəkidə, qiyməti 1257.19 manat, 1 ədəd üzük 585 əyarlı, 4 qram çəkidə, qiyməti 415.6 manat, 1 ədəd nişan üzüyü 585 əyarlı, 4.5 qram çəkidə, qiyməti 467.55 manat olan qızıl-zinət əşyalarının özləri, olmadıqda onların pul ilə dəyəri kimi 2140.34 (iki min yüz qırx manat otuz dörd qəpik) manat, həmçinin 60 (altmış) manat mediasiya xərci, 41.50 (qırx bir manat əlli qəpik) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 330 (üç yüz otuz) manat pul alınaraq iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1043/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1043/2025
08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver