Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1317/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-i Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “QAZ 31105 120” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1656 (bir min altı yüz əlli altı manat) manat və “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3344 (üç min üç yüz qırx dörd manat) manat və ödənilmiş 70 manat 40 qəpik (yetmiş manat, qırx qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21144” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “QAZ 31105 120” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “VAZ 21144” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1656 (bir min altı yüz əlli altı manat) manat, “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 3344 (üç min üç yüz qırx dörd manat) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Cavabdeh təqsirli olması Şirvan şəhər Məhkəməsinin 3(032)-1120/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. 5000 (beş min manat) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Albina Fərhadova məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və subroqasiya borcunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddianın qəbul etdiyini, “VAZ 21144” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1656 (bir min altı yüz əlli altı manat) manat, “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 3344 (üç min üç yüz qırx dörd manat) manat sığorta ödənişinə dair iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 3(032)-1120/2022 saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmiş, Cavabdeh 7960 manat məbləğində pul alınaraq zərərşəkmiş şəxs X7 verilməsi qərara alınmışdır. İş materiallarında olan icbasi sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasının elektron sənəd formasında çap formasından görünür ki, Sığota müqaviləsinin predmeti Vaz 21144 minik markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobildir və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. İş materiallarında olan Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsində 04 iyun 2022-ci il tarixdə Cavabdeh verdiyi izahatından görünür ki, təxminən bir ay bundan öncə Orxan adi şəxsdən 9000 manata VAZ 421014 markalı ** TS *** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmasa da almışdır. O həmin avtomobili öz adına rəsmiləşdirmək istəsə də etməmişdir. O həmin avtomobili sürücülük və etibarnamə olmadan idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 12.25 radələrində o idarə etdiyi VAZ 21014 markalı avtomobil ilə Şirvan şəhərində H.Əliyev prospektində Şirvan dayanacağı kimi tanınan yerin yaxınlığında yerləşən “Şirvan” marketin qarşısında saxlayıb mağazaya getmiş, bir qədər sonra o avtomobilinə əyləşib və həmin yerdən dönərək arxaya AZPETROL yanacaq doldurma məntəqəsi istiqamətinə hərəkət etmək istəmişdir. O avtomobili yolu tez dönmək üçün sürətlə hərəkət etmişdir. O avtomobili əks istiqamətdə döndərsə də idarəetməni itirmiş, sükanı saxlaya bilməmiş və nətcədə avtomobili yenidən mağazanın yerləşdiyi tərəfə yolun ortasına dönmüşdür. Bu zaman onun avtomobili sonradan adını bildiyi X8 idarə etdiyi **-NE-*** dövlət nömrə nişanlı Chevrolet markalı avtomoblin hərəkət zolağına çıxmışdır. Nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi Vüsal Əliyevin idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra o tibbi yardım almaq üçün xəstəxanava müraciət etmişdir. Onun avtomobili ilə Vüsal Əliyevin avtomobili toqquşandan sonra Vüsal Əliyevin idarə etdiyi avtomobil yolun kənarda davanmış QAZ 31105 markalı **-BF-*** dövlət nömrə nışanlı avtomobilə dəymişdir. Hadisə zamanı o avtomobildə tək olmuşdur. İş materiallarında olan Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsində 04 iyun 2022-ci il tarixdə X1 verdiyi izahatından görünür ki, o özünə məxsus 54-BF -188 dövlət nömrə nişanlı QAZ 31105 markalı avtomobili vardır, xx.xx.2022-ci il tarixdə saat 12:34 radələnndə o idarə etdiyi avtomobili ilə Şirvan şəhərində H.Əliyev prospektində Şirvan dayanacağı kimi tanınan yerin yaxınlığında yerləşən “Şirvan” marketin qarşısında saxlayıb düşmüşdür. O avtomobildən düşüb mağazaya daxil olmaq istəyən zaman mağazadan bir qədər kənarda adını sonradan bildiyi Cavabdeh idarə etdiyi VAZ 21014 markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili ilə yolun ortasında dönmə əməliyyatı aparan zaman H.Əliyev prospekti ilə Hacıqabul rayon istiqamətində hərəkət edən adını sonradan bildiyi X4 idarə etdiyi Chevrolet markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobilini vurmuşdur. Toqquşmadan sonra Vüsal Əliyevin idarə etdiyi avtomobil onun yolun kənarında dayanmış avtomobilinə dəymişdir. Toqquşmadan sonra Cavabdeh və Vüsal Əliyevin avtomobilində ön oturacaqda əyləşmiş sərnişin X9 xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyar hadisəsi zaman Vüsal əliyevin idarə etdiyi avtomobil onun yolun kənarında dayanmış avromobilimə dəymişdir. Hadisə zamanı onun avtomobilində heç kim olmamış, özü də mağazaya getmək üçün avtomobildən düşmüşdür. İş materiallarında olan Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsində 04 iyun 2022-ci il tarixdə X4 verdiyi izahatından görünür ki, o etibarnamə ilə idarə etdiyi **-NE-*** dövlət nömrə nişanlı Chevrolet markalı avtomobli vardır. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi Chevrolet markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobil ilə Şirvan şəhərində H.Əliyev prospektində AZPETROL yanacaq doldurma məntəqəsi istiqamətindən Hacıqabul rayon istiqamətinə saatda 45-50 KM/S hərəkət etmişdir. H.Əliyev prospektində hərəkətdə olarkən orada yerləşən “Şirvan” "marketin yaxınlığında yolu sağdan sola dönmə əməliyyatı aparan VAZ 21014 markalı avtomobili görmüş, o bunu görən zaman həmin avtomobil ilə onun avtomobili arasında 15-20 met məsafə olmuşdur. O həmin avtomobilin dönüb AZPETROL yanacaq doldurma məntəqəsi istiqamətinə gedəcəyini düşünmüş və avtomobilin sürətini azaltmağa başlamışdır. Lakin həmin avtomobilin surücüsu adını sonradan bildiyi Cavabdeh idarə etdiyi VAZ 21014 markalı 90- 15-922 dövlət nömrə nişanlı avtomobili ilə yolun sağdan soluna əks istiqamətə dönmə əməliyyatı aparıb sonra təkrar yolun solundan sağına onun hərəkət zolağına dönmə əməliyyatı aparmışdır. Vüsal Cavidin ikinci dəfə dönmə əməliyyat aparacağını düşünməmiş və bu anidən baş verdiyi üçün görə bilməmiş və nəticədə Cavid idarə etdiyi avtomobil ilə onun hərəkət zolağına çıxmışdır. O toqquşmanın qarşısını almaq üçün əyləcdən istifadə etsə də onun idarə etdiyi avtomobilin ön hissəsi Cavid Əsgərlinin idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşdu. Toqquşmadan sonra o idarə etməni itirmiş və nəticədə onun idarə etdiyi avtomobil yolun kənarında dayanmış QAZ31105 markalı **-BF- *** dövlət nömrə nışanlı avtomobilə dəymişdir. Toqquşmadan sonra onun avtomobilində ön oturacaqda əyləşmiş sərnişin X9 və VAZ 21014 markalı avtomobilin sürücüsü Cavabdeh xəsarət aldıqları üçün xəstəxanaya aparıldılar. Hadisə zamanı onun avtomobilində yalnız o və Fərhad Hüseynov olub başqa heç kim olmamışdır. İş materiallarında olan Şirvan şəhər PŞ-nin Təhqiqat bölməsində 06 iyun 2022-ci il tarixdə X2 verdiyi izahatından görünür ki, O etibarnamə ilə idarə etdiyi **-NE-*** dövlət nömrə nişanlı Chevrolet markalı avtomobli vardır. xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi Chevrolet markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobil ilə Şirvan şəhərində H.Əliyev prospektində AZPETROL yanacaq doldurma məntəqəsi istiqamətindən Hacıqabul rayon istiqamətinə saatda 45-50 KM/S hərəkət edirmiş. H.Əliyev prospektində hərəkətdə olarkən orada yerləşən “Şirvan” "marketin yaxınlığında yolu sağdan sola dönmə əməliyyau aparan VAZ 21014 markalı avtomobili görmüşdür. O bunu görən zaman həmin avtomobil ilə onun avtomobili arasında 15-20 met məsafə vardır. O həmin avtomobilin dönüb AZPETROL yanacaq doldurma məntəqəsi istiqamətinə gedəcəyini düşünmüş və avtomobilin sürətini azaltmağa başlamışdır. Lakin həmin avtomobilin surücüsü adını sonradan bildiyim Cavabdeh idarə etdiyi VAZ 21014 markalı 90-15-922 dövlət nömrə nişanlı avtomobili ilə yolun sağdan soluna əks istiqamətə dönmə əməliyyatı aparıb sonra təkrar yolun solundan sağına onun hərəkət zolağına dönmə əməliyyatı aparmışdır. o Cavidin ikinci dəfə dönmə əməliyyat aparacağını düşünməmiş və bu anidən baş verdiyi üçün görə bilməmiş və nəticədə Cavid idarə etdiyi avtomobil ilə onun hərəkət zolağına çıxmışdır. O toqquşmanın qarşısını almaq üçün əyləcdən istifadə etsə də idarə etdiyi avtomobilin ön hissəsi Cavabdeh idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşdu. Toqquşmadan sonra o idarə etməni itirmiş və nəticədə onun idarə etdiyi avtomobil yolun kənarında dayanmış QAZ31105 markalı **-BF-*** dövlət nömrə nışanlı avtomobilə dəymişdir. Toqquşmadan sonra onun avtomobilində ön oturacaqda əyləşmiş sərnişin X9 və VAZ 21014 markalı avtomobilin sürücüsü X12 xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Hadisə zamanı onun avtomobilində yalnız o və Fərhad Hüseynov olub başqa heç kim olmayıb. İş materiallarında olan 114159 saylı Sığorta Aktından görünür ki, sığortalı Haxiəliyeva Qonça ilkin, sığorta predmeti Vaz 21144 minik markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobil, sığorta müddəti isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Avtomobilə zərər xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində sığortalı avtomobil YNH-si zaman Qaz 31105 minik markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş sığorta hadisəsində 2 zərərvuran olduğundan Sığorta ödənişinə mütənasib qaydada 50% 1656 manat X5 ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli № 7596 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 hesabına 1656 manat köçürülmüşdür. İş materiallarında olan 115720 saylı Sığorta Aktından görünür ki, sığortalı Haxiəliyeva Qonça ilkin, sığorta predmeti Vaz 21144 minik markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobil, sığorta müddəti isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur. Avtomobilə zərər xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində sığortalı avtomobil YNH-si zaman Chevrolet Cruze markalı ** NE *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş sığorta hadisəsində 2 zərərvuran olduğundan Sığorta ödənişinə mütənasib qaydada 50% 3344 manat X10 ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli № 12094 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 hesabına 3344 manat köçürülmüşdür. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli Rəy Aktından görünür ki, Chevrolet Cruze markalı ** NE *** dövlət nömrə nişanlı avtomobilə 7960 manat ümumi ziyan dəymişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh zərər məbləğini 10 iş günündə İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanına müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21144” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “QAZ 31105 120” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı Sığorta ASC-i dəymiş zərəri aradan qaldıraraq, “VAZ 21144” markalı, **- TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1656 (bir min altı yüz əlli altı manat) manat, “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 3344 (üç min üç yüz qırx dörd manat) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh təqsirli olması Şirvan şəhər Məhkəməsinin 3(032)-1120/2022 saylı 20 sentyabr 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Beləliklə də İddiaçı Sığorta ASC-nin xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, “VAZ 21144” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1656 (bir min altı yüz əlli altı manat) manat, “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 3344 (üç min üç yüz qırx dörd manat) manat sığorta ödənişi vermiş iddiaçının, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən zərərvurmuş Cavabdeh qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığorta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “QAZ 31105 120” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1656 (bir min altı yüz əlli altı manat) manat və “Chevrolet Cruze” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3344 (üç min üç yüz qırx dörd manat) manat olmaqla cəmi 5000 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 manat 40 qəpik dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-1317/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1317/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver