Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1322/2024 19.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, Cavabdeh2 oğlundan və Cavabdeh1 oğlundan “VAZ 21074” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 720 manat (yeddi yüz iyirmi manat) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə X12 oğlunun mülkiyyətində olan və Cavabdeh2 oğlu tərəfindən idarə olunan “VAZ 2108” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “QAZ 2410” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh2 oğlunun idarə etdiyi “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta şirkətində sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “QAZ 2410” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 720 manat (yeddi yüz iyirmi manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkətinə dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 6763 nömrəli ödəniş tapşırığına əsasən 720 manat (yeddi yüz iyirmi manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 oğlu və Cavabdeh1 oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, X12 oğlunun mülkiyyətində olan “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı etibarnamə ilə X16 oğlunun sahibliyində olmuş, həmin hadisədən qabaq X16 oğlu “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir üçün Cavabdeh1 oğluna vermişdir. Cavabdeh1 oğlu isə ona təmir üçün verilmiş “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan Cavabdeh2 oğluna sürməyə vermişdir. Mövcud hadisə ilə bağlı Şirvan Dövlət Yol Polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2019-cu il tarixli inzibati protokol tərtib edilmiş, xx.xx.2019-cu il tarixdə hadisəyə Şirvan şəhər Məhkəməsində işə baxılaraq Cavabdeh2 oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyət tədbiri müəyyən edilərək 3(032)-352/2019 saylı qərar qəbul edilmişdir. Həmin qərarda da “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 oğlunun Cavabdeh1 oğlundan aldığı göstərilmişdir. Bundan əlavə tərəflər verdiyi izahatlarda da qərarda göstərilənləri təsdiqləmişlər. İddiaçı tərəf İddiaçı Sığorta Şirkəti ASC hesab edir ki, “VAZ 2108” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X16 oğlu nəqliyyat vasitəsini sadəcə təmir üçün Cavabdeh1 oğluna verdiyi üçün hadisə ilə əlaqəli deyil və mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesab edilməlidir. Bu səbəbdən hesab edirlər ki, 720 manat (yeddi yüz iyirmi manat) pul Cavabdeh2 oğlundan və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, “VAZ 2108” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün X11 (xx.xx.2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixinədək) etibarnamə verilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin TB-i tərəfindən xx.xx.2019-cu il tarixdə saat 02:11 dəqiqədə Şirvan şəhəri, H.Əliyev prospektində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. “VAZ-2108” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin mülkiyyətçisinin X5 olduğu, hadisə baş verdiyi anda sürücüsünün Cavabdeh2 olduğu müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “QAZ-2410” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 068801 saylı sığorta aktından görünür ki, sığortalanmış “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 2410” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta məbləği 720 manat olduğundan X4 ödəniləcək məbləğ 720 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyaların surətindən görünür ki, onlara 720 manat məbləğində pulun 10 iş gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixdə 720 manat X3 hesabına köçürülmüşdür. İş materiallarında olan Texniki ekspertizalar şöbəsinin rəisi tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, “QAZ- 2410” markalı, **-BD-*** nömrə nişanlı avtomobilə 720 manat zərər dəymişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)- 352/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilməsi, Cavabdeh2 dəymiş ziyan əvəzi alınaraq zərərçəkmiş X8 xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, X14 özünə məxsus “VAZ-2108” markalı, **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobili təmir işləri aparmaq üçün tanıdığı usta X6 vermiş, sonuncu xx.xx.2019-cu il tarixdə spirtli içki qəbul etdiyindən həmin avtomobili idarə etmək üçün Cavabdeh2 vermişdir. Cavabdeh2 Şirvan şəhəri, H.Əliyev prospekti “Azpetrol” YDP istiqamətində hərəkətdə olan zaman X1 idarə etdiyi “QAZ-2410” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobilə ziyan yetirmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “VAZ 21074” markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 720 manat (yeddi yüz iyirmi) manat pulun subroqasiya qaydasında tutulmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə subroqasiya qaydasında pulun Cavabdeh2 və Cavabdeh1 tutulmasına hüquqi qiymət verilməlidir. Məhkəmə ilkin olaraq hazırkı tələblə iddiaçının müraciətinə münasibətdə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 23.1-23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə qeyd edi ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin faktiki hallarından da göründüyü kimi sığorta şirkəti baş vermiş hadisə nəticəsində sığorta ödənişi ödəmiş və hazırda subroqasiya hüququndan istifadə edərək, ödənilmiş olan vəsaitin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı tələblə İddiaçı Sığorta şirkətinin məhkəməyə müraciət etməyə hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh X2 hadisə törədilən zaman “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmamış, bununla da, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh2 hadisə törədilən zaman “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmasa da, avtomobilin mülkiyyətçisi X5 tərəfindən xx.xx.2019-cu il tarixdə X11 xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Hadisədən qabaq X16 oğlu “VAZ 2108” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təmir üçün Cavabdeh1 oğluna vermişdir. Cavabdeh1 oğlu isə ona təmir üçün verilmiş “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan Cavabdeh2 oğluna sürməyə vermişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 oğlu tərəfindən idarə olunan “VAZ 2108” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “QAZ 2410” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Şirvan Dövlət Yol Polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2019-cu il tarixli inzibati protokol tərtib edilmişdir. Eyni zamanda Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-352/2024 saylı qərarında bu hal öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş zərərə görə 720 məbləğ reqres qaydada ödənilən məbləğ həcmində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 720 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1322/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1322/2024
19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver