Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-146/2024 18.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21099” markalı, 48-BE 877 dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə dəymiş zərərə görə 1188 manat və “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3762 manat məbləğində sığorta ödənişi məbləğinin və ödənilmiş 69,90 manat dövlət Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21099“ markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Mercedes Benz 200 D” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “VAZ 21099“ markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1238 manat məbləğində sığorta ödənişi və “Mercedes Benz 200 D” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3762 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş olaraq nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Suraxanı rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında Cavabdeh təqsirli olması öz əksini tapmışdır. Ödənilmiş 5000 manat məbləğində sığorta ödənişindən Cavabdeh tərəfindən 50 (əlli) manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmiş, qalan məbləğ, yəni 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti hal-hazırda ödənilməmiş qalmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Sığorta Şirkəti ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə yazaraq iddianı müdafiə edib, məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, sığorta növü Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ( Vöen ; **********), sığorta vasitəçisi "xxxx" MMC-i, sığortalı X5, avtonəqliyyat vasitəsi “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil. PAT********** saylı şəhadətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minir, xx.xx.2023-cü il tarixdə qüvvədən düşür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində, Zığ yolunda “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. X6 məxsus “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman X8 tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində, Zığ yolunda “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz 200 D” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermişdir. X1 məxsus “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman X7 tərəfindən idarə olunduğu müəyyən olunmuşdur. “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən X4 xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində vermiş olduğu izahatından görünür ki, o təxminən ki, 2 ildir ki, özünə məxsus “Vaz 21099" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi avtomobil 113 Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətində Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətinə yolun eninin ikinci hərəkət zolağı ilə saatda təxminən 105 km sürətlə hərəkət etdiyi zaman anidən bir “Opel” markalı avtomobil ilkin olaraq dayanmış vəziyyətdə “Mersedes Benz” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbə təsirindən isə “Mersedes Benz” və “Opel” markalı avtomobil idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almamış, sadəcə həyəcanlı olduğu üçün Azərbaycan Respublikisi DİN-nin 102 zəng mərkəzi xidmətinə xəsarət alması barədə yanlış məlumat vermişdir. Avtomobili idarə etmək üçün bütün lazimi sənədlər qaydasındadır, avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verdiyi zaman yol asfalt örtüklü olmuşdur və hava tutqun olmuşdur. Hadisə baş verdiyi zaman spirtli içki təsiri altında olmamışdır. “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində vermiş olduğu izahatından görünür ki, təxminən ki, 2 aydır ki, "Mersedes Ben 200:D" markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, xx.xx.2022-ci tarixdə saat təxminən 22 radələrində idarə etdiyi avtomobil Suraxanı rayonu, Zığ qəsəbəsində hərəkət etdiyi zaman avtomobildə nasazlıq hiss etdiyi üçün yolun eninin soldan üçüncü hərəkət zolağda saxlamış və usta axtarmağa getmişdir. Bir neçə saatdan sonra o, Qaraçuxur qəsəbəsində olduğu müddət ərzində ona polis əməkdaşı zəng etmiş və avtomobilinin yol-nəqliyyat hadisəsi nəticəsində qəzalı vəziyyətdə olduğunu söyləmişdir. Sonradan hadisənin təfərrüatları ona məlum olmuşdur. Dayanmış vəziyyətdə olduğu avtomobilin arxasına “Opel Astra” markalı avtomobil toqquşmuş, toqquşma təsirindən idarə etdiyi avtomobil “Vaz 21099" markalı avfomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almamış, avtomobili idarə etmək üçün bütün lazımı sənədlər qaydasındadır, avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verdiyi zaman yol asfalt örtüklü olmuşdur və hava tutqun olmuşdur. Hadisə baş verdiyi zaman spirtli içki təsiri altında olmamışdır. “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində vermiş olduğu izahatından görünür ki, təxminən ki, 1 aydır ki, “Opel Astra" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobil Suraxanı rayonu, Zığ qəsəbəsindən Suraxanı rayon Binə qəsəbəsi istiqamətinə orta hərəkət zolağı ilə saatda 130 km sürətlə hərəkət etdiyi zaman avtomobilin sağ ön təkəri partlamış və o, idarə etməni itirmiş və idarə etdiyi avtomobil dayanmış vəziyyətdə “Mersedes Benz" markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin zərbə təsirindən “Vaz 21099” markalı avtomobil idarə etdiyi avtomobili sürtmüşdür. Toqquşma nəticəsində xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımı, sənədlər qaydasındadır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verdiyi zaman yol asfalt örtüklü olmuş, hava tutqun olmuşdur. Hadisə baş verdiyi zaman spirtli içki təsiri altında olmuşdur. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 114554 saylı xx.xx.2022-ci tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobilin “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 1500 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, “Opel Astra” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PAT********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olması görünür. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1500 manat həcmində olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, PRP**********116 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1238 manat pul vəsati ödənilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 116812 saylı xx.xx.2023-cü tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobilin “Mercedes Benz 200 D” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 4560 manat məbləğində zərər dəymişdir. Eyni zamanda sığorta aktına əsasən, “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PAT********** saylı sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari qaydada sığortalı olması görünür. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş “Mercedes Benz 200 D” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 4560 manat həcmində olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 7967 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3762 manat pul vəsati ödənilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə barəsində 400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, ona, “VAZ 21099” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1238 manat sığorta ödənişi və “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3762 manat sığorta ödənişi məbləğini 10 iş gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 69,90 manat məbləğində dövlət rüsumu və bank xidməti xərci olaraq 0,40 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1188 manat və 3762 manat məbləğində sığorta ödənişinin əvəzi, 69,90 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, Cavabdeh idarə etdiyi “Opel Astra ” **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Mercedes Benz 200 D” markalı , **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, 69,90 manat dövlət rüsumu xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1188 (bir min yüz səksən səkkiz) manat və “Mercedes Benz 200 D” markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3762 (üç min yeddi yüz altmış iki) manat sığorta ödənişi və ödənilmiş 69,90 (altmış doqquz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-146/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-146/2024
18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver