Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1843/2024 27.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 3415,57 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********0944-820315 saylı kart hesabıaçılmışdır. Müştəri xx.xx.2024-cü il tarixində kart hesab balansını artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geriçəkilməsini gözləmədən kart hesabından ona məxsus olmayan pulu xx.xx.2024-cü il tarixində istifadə etmişdir. Nəticədə həmin pul geriçəkildiyi zaman hesabda 12640,22 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 9240,80 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 3399,42 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 16,15 manat faiz borcu olmaqla cəmi 3415,57 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-5567 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddi zərər vurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü ildə “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə kartmane debet karta dair əsas şərtlər" razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1.6-cı bəndinə əsasən kartdan istifadə müddəti 60 ay müəyyən edilmişdir. Həmin razılaşmanın 2.2-ci bəndinə görə bu razılaşma razılaşmanın 1.6-cı bəndində göstərilən tarixədək qüvvədə qalır. Müddət dedikdə əgər Ümumi şərtlərdə ayrı qayda nəzərdə tutulmayıbsa, müştərinin bu razılaşma üzrə bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalarsa, Kartmane kartının müddətinin bitib-bitməməsindən asılı olmayaraq bu razılaşma müştərinin bütün öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə qalır; Həmin razılaşmanın 3.1.1-ci bəndinə görə müştərinin Kartmane hesabı üzrə faizlər yalnız hesab qalığı minimum 100 AZN/USD olduqda və maksimum 10000 AZN-dək/10000USD-dək olan hissəyə hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixində təsdiq edilmiş fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtlərində qeyd edilmişdir ki, Overdraft - Cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanıdır (1.1.41). Texniki (icazə verilməmiş) Overdraft - Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklərdir (1.1.42). Aparılmış səhv əməliyyatlar nəticəsində Müştərinin Bankda olan istənilən hesabına səhvən hesablanmış, köçürülmüş (verilmiş), Texniki Overdraft nəticəsində Bankın və ya Müştərinin iradəsi xaricində daxil olmuş vəsaiti, habelə Overdraft nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcu Bankın bu Müqaviləyə aid olub-olmamasından asılı olmayaraq Müştərinin Bankda olan kart, depozit və ya bütün digər növ hesablarından onun razılığı olmadan akseptsiz qaydada silmək, habelə Müştərinin Bankda olan istənilən əmlakını qanunvericilikdə nəzərdə tutulmuş qaydada özündə saxlamaqla Müştəriyə verməmək və məhkəmə vasitəsilə borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Overdraft və Texniki Overdraft yarandığı gün müştərinin bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir (4.5). Müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X1 valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Banka ödənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X3 Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün boıc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür (7.21). Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Müştərinin Bankda olan istənilən hesabından (cari, əmanət və s.) akseptsiz qaydada silmək hüququ yaranır (7.22). Kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablanan kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür (7.24). Tərəflər təsdiq edirlər ki, X2rşısında bu Razılaşma əsasında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu. Texniki Overdraft nəticəsində və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən hesabından və vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir) (11.4.2). İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli 14302/PK-5567 nömrəli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində açılan **********0944-820315 saylı kart hesabınız üzrə overdraft borcu yaranmışdır. xx.xx.2024cü il tarixində kart hesab balansınızı artırdığınız zaman texniki nazadlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Texniki nasazlığın düzəldilərək hesabınıza artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabından sizə məxsus olmayan pulu xx.xx.2024-cü il tarixində istifadə etmisiniz. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabınızda 12640.22 manat oderdraft borcunuz yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə tərəfinizdən hesabınıza edilmiş mədaxillər (cəmi 9240.80 manat) oderdraft borcunuzdan silinmimşdir. Hal-hazırda sizin xx.xx.2024-cü il tarixinə 33399.42 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 16.15 borcu olmaqla, cəmi 3415.57 borcunuz vardır. İş materiallarında olan Cavabdeh məxsus bank hesabından çıxarışdan görünür ki, **********0944-820315 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 12640,22 manat və həmin tarixdə təkrarən 12616 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəməyə təqdim edilmiş olan sübutların tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü ildə “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə kartmane debet karta dair əsas şərtlər" razılaşma imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh məxsus **********0944-820315 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 12640,22 manat və həmin tarixdə təkrarən 12616 manat pul vəsaiti köçürülmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində kart hesab balansınızı artırdığı zaman texniki nazadlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Sonuncu tərəfindən texniki nasazlığın düzəldilərək hesaba artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabına köçürülmüş pulu xx.xx.2024-cü il tarixində istifadə etmiş və nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 12640.22 manat oderdraft borcu yaranmışdır. Bank tərəfindən müxtəlif tarixlərdə müştərinin hesabına edilmiş mədaxillərdən cəmi 9240.80 manat oderdraft borcunuza silinmimşdir. Hazırda müştərinin 3399.42 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 16.15 borcu olmaqla, cəmi 3415.57 borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, müştəriyə overdraft təqdim edilməsinin mahiyyəti odur ki, kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin, müştəriyə overdraft təqdim edilsin. Lakin iş üzrə tərəflər arasında bağlanmış müqavilədən belə məlum olur ki, müştəriyə overdraft təqdim edilməmişdir. İşin faktiki hallarından isə görünən odur ki, hazırkı mülki iş üzrə cavabdehin hesabına artıq pul köçürülmüşdür. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3415.57 manat pul və ödənilmiş dövlət rüsumuna görə 55 manat olmaqla, cəmi 3470.57 (üç min dörd yüz yetmiş manat əlli yedi qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-1843/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1843/2024
27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver