Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-263/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mersedes Benz 2120” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 manat, “Renault Logan” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 320 manat və X2 az ağır dərəcəli xəsarətə görə 1500 manat məbləğində sığorta ödənişi və 48 manat 20 qəpik dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, , xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Mercedes Benz 2120” markalı, **-DM-*** və “Renault Logan” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə, eyni zamanda X2 az ağır dərəcəli xəsarət dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz 2120” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 (bir min) manat, “Renault Logan” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 320 (üç yüz iyirmi) manat və X2 az ağır dərəcəli xəsarət görə 1500 ( bir min beş yüz) manat məbləğində sığorta ödənişləri həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaramışdır. Cavabdeh təqsirli olması Şirvan Şəhər Məhkəməsinin 1(032)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündə öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, təmin olunmalıdır. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz 2120” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh məxsus “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman Cavabdeh tərəfindən idarə olunmuş, lakin idarə etmə zamanı sürücünün sürücülük hüququ olmamışdır. xx.xx.2024-cü il tarixli Şirvan Şəhər Məhkəməsinin 1(032)-69/2024 saylı hökmün surətinə əsasən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İcbari Sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasıdan görünür ki, yolnəqliyyat hadisəsi tarixində Cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "xxxx" Şirkəti ASCdə sığortalanmışdır. xx.xx.2024-cü il tarixli birbank ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli 130691 saylı sığorta aktına əsasən X1 hesabına 1500 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli birbank ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli 131857 saylı sığorta aktına əsasən X3 hesabına 1000 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli birbank ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli 131926 saylı sığorta aktına əsasən X4 hesabına 320 manat pul köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh “Mersedes Benz 2120” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 manat, “Renault Logan” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 320 manat və X2 az ağır dərəcəli xəsarətə görə 1500 manat manat sığorta ödənişi məbləğini 10 iş gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Mədaxil qəbzinin (№9********) surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 53 manat 87 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 (əlli üç) manat 87 (səksən yeddi) qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mersedes Benz 2120” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 (min) manat, “Renault Logan” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 320 (üç yüz iyirmi) manat və X2 az ağır dərəcəli xəsarətə görə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişlərinin və 48 (qırx səkkiz) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniləlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Mersedes Benz 2120” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 (min) manat, “Renault Logan” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 320 (üç yüz iyirmi) manat və X2 az ağır dərəcəli xəsarətə görə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişlərinin və 48 (qırx səkkiz) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-263/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-263/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver