Məhkəmə qərarları › İş №e-2(032)-265/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-265/2025

23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-265/2025 23.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş 12010 (on iki min on) manat məbləğində maddi zərərin və hüquqi xidmətə görə vəkilə ödənilmiş 650 (altı yüz əlli) manat pulun alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan “X6” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2023-cü il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1970-ci il təvəllüdlü Cabbarov X2 istifadəsinə vermişdir və o, avtomobillə yük daşıyırdı. Arada bir onun yüklərini də daşıyırdı. Cabbarov X1 rayonuna yük apararıb qayıdarkəən, xx.xx.2023-cü il tarixində, saat 16:20 radələrində avtomobili Bakı Qazax Gürcüsatn yolu 33 km ərazisində idarə edərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, yolun əks tərəfinə çıxaraq qarşıdan gələn “Kamaz- markalı avtomobil ilə toqquşmuş, nəticədə mənə “X6” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli miqdarda ziyan dəymişdir və avtomobil yararsız hala düşmüşdür. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Vİ X5 Xidmətinin inspektoru polis serjantı Rahil Ələkbərli tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli İXP ******* saylı X3 protokol tərtib edilmişdir. Daha sonra isə X4 İş üzrə TP ******* saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh cəzası tətbiq edilmişdir. Cavabdeh təqsirli əməli nəticəsində ona məxsus “X6” markalı 90-HO840 dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşmüşdür. "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, “X6” markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 12010.00 (on iki min on) manat təşkil edir. Cavabeh Cavabdeh həm avtomobilə dəymiş zərəri ödəyəcəyini bildirsə də o, bundan yayınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verərək mülkiyyətində olan 1999-cu il buraxılışlı “Ford Tansit yük” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız hala saldığına görə 12010 manat məbləğində maddi zərərin əvəzinin, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 650 manat hüquqi yardım xərcinin və nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki iş iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, “X6” markalı avtomobil iddiaçıya məxsusdur. O, xx.xx.2023-cü il tarixli etibarnamə əsasında Şirvan şəhərində qeydiyyatda olan Cavabdeh vermişdir. Cavabdeh Hacıqabul rayonuna yük aparıb qayıdarkən qanunun tələbini pozaraq hadisə törətmişdir. Cavabdehin təqsiri nəticəsində təmsil etdiyi şəxsə məxsus olan “X6” markalı avtomobil yararsız hala düşmüşdür. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilin təmiri üçün tələb olunan məbləğ 12010 manat təşkil edir. İddiaçı avtomobili etibarnamə əsasında istifadə etmək üçün cavabdehə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, "X6" markalı **- HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) "xxxx" MMC tərəfindən yuvarlaq qiymətləndirilərək,10200.00 (on min iki yüz) manat müəyyən edilməsini, lakin işdə olan "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən, “X6” markalı avtomobilin təmiri üçün tələb olunan məbləğin 12010.00 (on iki min on) manat təşkil etməsini, MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyinin məhkəmə üçün məcburi olmamasını, bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilməsini, iddia tələbinin xx.xx.2026-cı il tarixində məhkəməyə təqdim etdikləri dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, o iddiaçını tanımır, onu görməmişdir. Etibarnaməni iddiaçının əri Qalibdən almışdır. Qəza olan günü Qalib onu etibarnamə olmadan şəxsi sürücüsü kimi işə götürmüş, qəza olduğu zaman ona etibarnamə vermişdir. Onun tərəfindən Qalibə ayrı-ayrı vaxtlarda üç dəfə pul ödənilmişdir, lakin buna dair sübutu məhkəməyə təqdim edə bilmir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 16:20-də xətanın yeri olan Bakı Qazax Gürcüstan yolu 33 km-də “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transityük ” markalı ** HO *** dövlət nömrə nişanlı avtomobil İddiaçıdır. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir. Etibarnamə 7 ay 9 gün müddətinə verilib və xx.xx.2023cü il tarixədək qüvvədədir. "xxxx" Ekspertiza MMC xx.xx.2025-ci il tarixli 0297 nömrəli ekspert rəyindən görünür ki, “Ford Transit-yük ” markalı ** HO *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 10200 (on min iki yüz) manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş ziyan : 1 ədəd kabina 3000 manat, 1 ədəd asqı 600 manat, 1 ədəd şit 250 manat, 1 ədəd alın şüşə 200 manat, 1 dəst şitin naqili dəst 80 manat, 1 dəst mühərrik naqili 35 manat, 1 ədəd rul airbag 50 manat, 1 ədəd sükan mexanizmi 500 manat, 1 ədəd hidrogücləndirici 150 manat, 2 ədəd təkər 200 manat, 2 ədəd dsiki 100 manat, 1 ədəd ön bufer 50 manat, 2 ədəd faralar 100 manat, 1 ədəd su radiatoru 200 manat,1 ədəd ön tor 25 manat, 1 ədəd akkumlyator 100 manat,1 ədəd rıçaq başlığı 20 manat,1 ədəd qazın trosu 20 manat, 1 ədəd hava tənzimliyəcisinin tayaqası 20 manat, 1 ədəd dinamo kəməri 20 manat, 1 ədəd radiator qoruyucu 50 manat,2 ədəd maqnit pər 200 manat, 1 dəst peçin şlanqları 20 manat, 1 ədəd su baçoku 30 manat, 1 dəst su baçokonun şlanqları 20 manat, 1 ədəd muftanın matoru 20 manat, 1 ədəd hava süzgəcinin korpusu 60 manat, 1 ədəd peçin radiatoru 60 manat, 1 ədəd su nasosu 50 manat, 1 ədəd arxa podpres 80 manat, 1 ədəd qapının şüşəsi 50 manat, 1 ədəd qapının güzgüsü 50 manat, 1 ədəd sürət qutusu 250 manat, 1 ədəd kardan dəst 150 manat, 2 ədəd podvesnoy 100 manat, 2 ədəd kristavin 100 manat, 1 dəst polun, qapının rezinləri 200 manat, 1 ədəd dinamo 250 manat, 1 ədəd starter 150 Manat, 1 ədəd yük yeri 800 manat, dəmirçi işi 1200 manat, rəngsaz işi 1200 manat, mühərrik işi 300 manat, çilingər işi 500 manat, elektrik 500 manat, cəmi 12010,0 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında idarə etmək üçün Cavabdeh verilmiş, xx.xx.2023-cü il tarixdə saat 16:20-də xətanın yeri olan Bakı Qazax Gürcüstan yolu 33 km-də Cavabdeh tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması nəticəsində baş vermiş qəzada “Ford Transit-yük” markalı ** HO *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda İddiaçı 12010 (on iki min on) manat pulun Cavabdeh tutulmalı olduğunu iddia edir. Məhkəmə yuxarda göstərilənlərə əsasən qeyd edir ki, hazırki iş üzrə zərərçəkən “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı və Cavabdeh arasında zərərvurmadan (deliktdən) irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, “Ford Transit-yük” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə vurduğu zərərin əvəzini mülki hüquq pozuntusunu törətmiş Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyini müqayisəli şəkildə təhlil edərək daha mötəbər sübut qismində qiymətləndirməni qəbul edir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, “Ford Transit-yük ” markalı ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş zərər 10200 (on min iki yüz) manat məbləğində müəyyən olunmalı, dəymiş zərərin əvəzi olaraq 10200 (on min iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən müdafiəçiyə 650 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan məlumatdan görünür ki, "xxxx" MMC tərəfindən qiymətləndiricinin xidmət haqqı 350 (üç yüz əlli) manat təşkil edir, xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, qiymətləndirmənin 350 (üç yüz əlli) manat məbləğində dəyəri və hüquqi xidmətə görə 650 ( altı yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh 120 (bir yüz iyirmi) manat 60 (altmış) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 10200 (on min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qiymətləndirmənin 350 (üç yüz əlli) manat məbləğində dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh hüquqi xidmətə görə 650 ( altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 120 (bir yüz iyirmi) manat 60 (altmış) qəpik məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar