Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-304/2025 07.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Ərizəçi İddiaçı oğlunun iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Səyyaf oğlu ilə nikahları Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə 521 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahlarından 07 avqust 2013-cü ildə anadan olmuş X8 və 30 iyun 2018ci il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. X2 və X7 onun himayəsində qalır. Cavabdehlə ailə qurduqdan sonra onun ona qarşı münasibəti tamamilə pozulmuşdur. Cavabdeh Səyyaf oğlu həmişə onu döyüb incidmişdir. Əvvəllər iki uşaqlarının xatirinə dözüb onunla yaşamış, artıq onunla yaşamaq qeyri- mümkündür. Özü heç bir yerdə işləmir, atasının evində qalır. Cavabdeh Səyyaf oğlu uşaqlarına maddi cəhətdən heç bir köməklik etmir ona görə qərara gəlmişdir ki, məlikəmə vasitəsi ilə Cavabdeh Səyyaf oğlundan hər ay 07 avqust 2013-cü ildə anadan olmuş X8 və 30 iyun 2018-ci il təvəllüdlü X1 üçün hər uşağa 50 (əlli) manat, ümumilikdə 100 (yüz) manat aliment sabit pul məbləğində alınaraq ona verilməsi qət edilmişdir. Qanunvericiliyə uyğun olaraq Sabirabad 1 saylı X4 şəhərin yerləşən Mediasiya Təşkilatına müraciət etmiş və dövlət rüsumunu ödəmişdir. Cavabdeh Səyyaf oğlu nikahın pozulmasına və alimentin 2 uşağın saxlanmasından ötəri alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 50 manat olmaqla 2 uşağa 100 manat ödənilməsi barədə razılaşıb və bununla bağlı mediasıya sazişin razılaşma barəsində imzalamışdır. Cavabdeh Səyyaf oğlu ilə aliment tələbi üzrə mediasiya prosesində MŞS/MT-023/2024-01248 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi tərtib edilmişdir. Lakin barışıq sazişi üzrə öhdəlik icra edilməli tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qanun üzrə müəyyən edilmiş vaxt keçməsinə baxmayaraq Cavabdeh Səyyaf oğlu tərəfindən könüllü surətdə icra edilməmişdir. Hazırda barışıq sazişinin icra müddəti ərzində cavabdeh tərəf icra etmədiyindən məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə və X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh Səyyaf oğlu arasında Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 oktyabr 2010-cu il tarixdə 521 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə MŞS/MT-023/2024-01248 nömrəli barışıq sazişindən görünür ki, İsayeva X6 Kənan Səyyaf oğlu ilə mediasiya sessiyasında nikahın pozulması, xx.xx.2024-cü il tarixdən etibarən birgə nikahdan olan xx.xx.2013-cü ildə anadan olmuş X8 və 30 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 manat, iki uşağa 100 manat sabit pul məbləğində alimentin Cavabdeh Səyyaf oğlu tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2013-cü ildə anadan olmuş X8 və 30 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşları çatana kimi saxlanılması üçün hər ay, hər birinə 50 manat olmaqla ümumilikdə 100 manat sabit pul məbləğində alimenti İddiaçı ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 12 iyun 2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024cü il tarixdə MŞS/MT-023/2024-01248 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ərizəçi İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-304/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-304/2025
07.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver