Məhkəmə qərarları › İş №e-2(032)-444/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-444/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-444/2025 27.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 429,57 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9,32 manat faiz borcu olmaqla cəmi 438,89 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********6944-563773 saylı kart hesabı açılmışdır. Müştəri kartmane kartına xx.xx.2023-cü il tarixində milliön vasitəsilə 435 manat vəsait mədaxil etmişdir. Lakin, həmin vəsait texniki problem olduğu üçün milliöndən 2 dəfə karta mədaxil olunmuşdur. xx.xx.2023-cü il tarixində müştəri həmin vəsaitdən C2C əməliyyatı edərək istifadə etmişdir. Nəticədə xx.xx.2023-cü tarixində həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 434,61 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5,04 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2025-ci il tarixinə 429,57 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9,32 manat faiz borcu olmaqla, cəmi 438,89 manat borcu vardır. Tərəflərindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci ildə “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə kartmane debet karta dair əsas şərtlər" razılaşma imzalanmışdır. Həmin razılaşmanın 1.6-cı bəndinə əsasən kartdan istifadə müddəti 60 ay müəyyən edilmişdir. Həmin razılaşmanın 2.2-ci bəndinə görə bu razılaşma razılaşmanın 1.6-cı bəndində göstərilən tarixədək qüvvədə qalır. Müddət dedikdə əgər Ümumi şərtlərdə ayrı qayda nəzərdə tutulmayıbsa, müştərinin bu razılaşma üzrə bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalarsa, Kartmane kartının müddətinin bitib-bitməməsindən asılı olmayaraq bu razılaşma müştərinin bütün öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə qalır. Həmin razılaşmanın 3.1.1-ci bəndinə görə müştərinin Kartmane hesabı üzrə faizlər yalnız hesab qalığı minimum 100 AZN/USD olduqda və maksimum 10000 AZN-dək/10000USD-dək olan hissəyə hesablanır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixində təsdiq edilmiş fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtlərində qeyd edilmişdir ki, Overdraft - cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanıdır (1.1.41). Texniki (icazə verilməmiş) Overdraft - Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklərdir (1.1.42). Aparılmış səhv əməliyyatlar nəticəsində Müştərinin Bankda olan istənilən hesabına səhvən hesablanmış, köçürülmüş (verilmiş), Texniki Overdraft nəticəsində Bankın və ya Müştərinin iradəsi xaricində daxil olmuş vəsaiti, habelə Overdraft nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcu Bankın bu Müqaviləyə aid olub-olmamasından asılı olmayaraq Müştərinin Bankda olan kart, depozit və ya bütün digər növ hesablarından onun razılığı olmadan akseptsiz qaydada silmək, habelə Müştərinin Bankda olan istənilən əmlakını qanunvericilikdə nəzərdə tutulmuş qaydada özündə saxlamaqla Müştəriyə verməmək və məhkəmə vasitəsilə borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Overdraft və Texniki Overdraft yarandığı gün müştərinin bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir (4.5). Müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X1 valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Banka ödənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X3 Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün boıc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür (7.21). Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Müştərinin Bankda olan istənilən hesabından (cari, əmanət və s.) akseptsiz qaydada silmək hüququ yaranır (7.22). Kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablanan kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür (7.24). Tərəflər təsdiq edirlər ki, X2rşısında bu Razılaşma əsasında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu. Texniki Overdraft nəticəsində və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən hesabından və vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir) (11.4.2). İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli RB-02/PK-150 nömrəli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində açılan **********6944-563773 saylı kart hesabınız üzrə overdraft borcu yaranmışdır. Kartmane kartınıza xx.xx.2023-cü il tarixində milliön vasitəsilə 435 manat vəsait daxil etmisiniz. Lakin həmin vəsait texniki problem olduğu üçün miilöndən 2 dəfə karta mədaxil olunmuşdur. xx.xx.2023-cü il tarixində həmin vəsaitdən C2C əməliyyatı edərək istifadə etmisiniz. Nəticədə xx.xx.2023-cü il tarixində həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 434.61 manat oderdraft borcunuz yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə hesabınıza edilmiş mədaxillər (cəmi 5.04 manat) overdraft borcunuzdan silinmişdir. Hal-hazırda sizin xx.xx.2025-ci il tarixinə 429.57 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9.32 borcu olmaqla, cəmi 438.39 borcunuz vardır. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli RB-A18/062 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 429.57 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9.32 borcu olmaqla, cəmi 438.39 borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh **********6944-563773 saylı hesabına 435 manat pul mədaxil edilmiş, 429.57 manat overdraft borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəməyə təqdim edilmiş olan sübutların tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci ildə “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə kartmane debet karta dair əsas şərtlər” razılaşma imzalanmışdır. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Baş ofisi ilə (bundan sonra bank) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********6944-563773 saylı kart hesabı açılmış və ona kart verilmişdir. Cavabdeh xx.xx.2023-cü tarixində terminal vasitəsi ilə kart hesabına 435 manat vəsait mədaxil etmişdir. Texniki səhv nəticəsində həmin vəsait ikiqat mədaxil olunmuşdur. xx.xx.2023-cü tarixində səhv mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2023-cü il tarixində xərcləmişdir. Nəticədə xx.xx.2023-cü tarixində həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 434.61 overdraft borcu yaranmışdır. Overdraft yaranandan sonra müştərinin hesabına mədaxillər olunub (cəmi 5.04 manat) və həmin vəsait overdraft borcunu azaldaraq 429.57 manat təşkil etmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2025-ci il tarixinə 429.57 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9.32 manat faiz borcu olmaqla, cəmi 438.89 manat borcu vardır. Məhkəmə qeyd edir ki, müştəriyə overdraft təqdim edilməsinin mahiyyəti odur ki, kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bu, yalnız o halda mümkündür ki, overdraft xidməti aktiv edilsin, müştəriyə overdraft təqdim edilsin. Lakin iş üzrə tərəflər arasında bağlanmış müqavilədən belə məlum olur ki, müştəriyə overdraft təqdim edilməmişdir. İşin faktiki hallarından isə görünən odur ki, hazırkı mülki iş üzrə cavabdehin hesabına artıq pul köçürülmüşdür. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 429,57 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 9,32 manat faiz borcu olmaqla, cəmi 438.89 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 468,89 (dörd yüz altmış səkkiz manat 89 qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar