Məhkəmə qərarları › İş №e-2(032)-577/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-577/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-577/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 ölümünə görə ödənilmiş 5000 manat (beş min manat) pulun və ödənilmiş 70 manat dövlət rüsumunun müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölmünə səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 122974 nömrəli aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh1 idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Həmin müqavilədən görünür ki, etibarnamə əsasında nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh2 isə sığorta müqaviləsi üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan idarə etmiş və “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndininin tələblərini pozaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. “İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Əlavə olunmuş xx.xx.2023-cü il tarixli PRP**********160 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş X2 ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Həmin etibarnamə də iş materiallarında mövcuddur. xx.xx.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 yuxarıda qeyd etdikləri kimi Sabirabad rayon Məhkəməsinin hökmünə əsasən sürücülük hüququ və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona və qardaşı, yəni Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. DİN-nin BDYPİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarilxi 2-123972/2023 saylı məktubdan görünür ki, hadisə vaxtı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə təsviri hissəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh1 04 noyabr 2012-ci il tarixdə, saat 11:30 radələrində Sabirabad-Həşimxanlı-Qaragünə avtomobil yolunun 23-cü kilometrliyində, Sabirabad rayonu Ətcələr kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibamaməsi olmadan yaşayış məntəqəsində “Ford Transit” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobili saatda 70 km/sürətlə Qaragünə istiqamətinə hərəkət etdirərkən avtomobilin idarə olunma prosesinə daimi nəzarət etməli, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən idarə etmə hərəkətlərinə yol, verməməli və təhlükəsiz hərəkəti təmin etməli, yolun sağ hərəkət hissəsi ilə nəqliyyat” vasitəsinin dayanıqlı hərəkətini təmin etməli, avtomobilin yoldan kənara çıxmamasını, hərəkəti ediyi şəraiti nəzərə almaqla sürət rejiminə düzgün riayət etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət təhlükəsizliyini təmin etməyən idarə etmə hərəkətlərinə yol verərək ehtiyatsızlıqdan avtomobili yolun soluna çıxarıb yoldan sol kənarda yerləşən su kollektorunun yanında dayanmış piyada X4 vurmuş, R.S.Əliyev ənsə sümüyünün açıq basılmış sınığı, sınıq proyeksiyasında baş beynin sərt və yumşaq qişasında cırılma, qansızma, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasında qansızma, yumşaq toxumalarda qansızma, ənsə nahiyəsində yara, sağ budun orta 1/3-də qapalı yerini dəyişən sınıq, sınıq proyeksiyasında yumşaq toxumada qansızma, sağ və sol ön qoltuqaltı xətlər üzrə sağ və sol 4-5-6-7-8-9-cu qabırğaların qapaqalt az yerini dəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada qansızmalar, alın nahiyəsində, burnun belində, sol gözaltı nahiyədə sıyrıqlar, kəllənin açıq küt iravması nəticəsində baş beyin toxumasının əzilməsi ilə nəficələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq xəstəxanaya aparılarkən yolda ölmüşdür. Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 saylı hökmündə göstərilmişdir ki, təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh1 ifadəsində bildirmişdir ki, 03 noyabr 2012-ci il tarixdə, qardaşı İntiqam öz ailəsi ilə birlikdə “Ford Transit” markalı avtomobili ilə onlara qonaq gələrək gecəni də onların evində qalmışlar. 04 noyabr 2012-ci il tarixdə, saat 08 radələrində İntiqam onların evindən Şirvan şəhərinə gedərkən o, İntiqama atasının qəbiri üstünə gedəcəyini, ona görǝ da avtomobilini ona verməsini demişdir. Ona görə də İntiqam avtomobilinin açarını ona verərək özü isə Şirvan şəhərinə getmişdir. Saat 10:30 radələrində o, atasının qəbri üstünə getmələrini İntiqamın azyaşlı oğlu İlhama demiş, sonra İntiqama məxsus olan “Ford Transit” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobili həyətlərindən işə salaraq İlhamı da avtomobilə götürüb atasının qəbri üstünə getmişlər. Onlar atasının qəbirini ziyarət edəndən sonra qəbirstanlıqdan çıxaraq Sabirabad rayonunun Həşimxanlı kəndinə mağazadan çörək almağa gəlmiş, mağazadan çörək alandan sonra Ətçələr kəndi ərazisi ilə Sabirabad şəhəri istiqamətinə bir qədər gələndən sonra avtomobili döndərib Axtaçı-Muğan kəndi istiqamətinə hərəkət etməyə başlamış, Ətçələr kəndi ərazisində saatda təxminən 70 km/sürətlə öz hərəkət yolu ilə yaşadığı Axtaçı-Muğan kəndi istiqamətinə hərəkətdə olarkən asfalt yol qabarıq olduğu üçün avtomobil asfalt yolda sola-sağa hərəkət edərək yolun soluna istiqamətlənmiş, o, avtomobili saxlaya bilməyərək asfalt yoldan çıxaraq yolun kənarındakı su kollektoru istiqamətinə getməyə başlamış, həmin vaxt kollektora balıq tutmaq üçün qarmaq atan tanımadığı şəxs avtomobilin kollektora tərəf getdiyini görüb qaçmağa başlamış, İlhama bir şey olmasın deyə bir əli ilə sükanı, bir əli ilə də İlhamı tutmuş, avtomobil gedib kollektorun içərisinə düşərək kollektorun digər tərəfinin torpaq divarına dǝyǝrǝk kollektorun mərkəzində dayanmış, aytomobilin qapısını açıb çıxaraq oradan çölə çıxmış, həmin vaxt qarmaq alan şəxsin bir nəfər şəxsi kollektorun kənarında yerə uzatdığını və yerə uzanan şəxsin də xəsarət aldığını görmüşdür. O, həmin şəxsin niyə xəsarət aldığını soruşarkən onun yanında olan şəxs ona avtomobil kollektora düşərkən avtomobillə onu vurub xəsarət yetirdiyini demiş, artıq həmin vaxt ətrafda olanlar hadisə baş verdiyini görüb ora topalanmış, bundan sonra o, İlhamı da avtomobildən çıxartmaq istəyərkən ora topalananlar İlhamı avtomobildən çıxartdıqlarını va İlhamın yaxınlıqdakı çayxananın qarşısında dayanaraq ağladığını görmüşdür. O, zəng edib hadisə barədə qardaşı İntiqama məlumat vermiş, hadisə zamanı başından xəsarət aldığı üçün özünü pis hiss etmiş, hadisə yerinə topalanan şəxslər onun özünü piss hiss etdiyini görüb həmin şəxslər onu avtomobillə vurduğu şəxsi kənd sakinləri xəstəxanaya gətirmiş, xəstəxananın həyətində həmin şəxs aldığı bədən xəsarətlərindən ölmüşdür. Sonra avtomobillə vurduğu şəxsin Sabirabad rayonunun Ətçələr kənd sakini Ramik Əliyev olduğunu bilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan görünür ki, Sabirabad rayon Polis şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə saat 11:30 dəqiqədə Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölümünə səbəb olmuşdur. İş materiallarında olan PAT********** nömrəli sığorta müqaviləsinin 122974 nömrəli aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh1 idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Həmin müqavilədən görünür ki, etibarnamə əsasında nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh2 isə sığorta müqaviləsi üzrə sığortalı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PRP**********160 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş X2 ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziyaların surətindən görünür ki, onlara 5000 manat məbləğində pulun 10 iş gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölmünə səbəb olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli PRP**********160 nömrəli ödəniş tapşırığı ilə İddiaçı Sığorta Şirkəti vəfat etmiş X2 ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Eyni zamanda Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazrıda İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 ölümünə görə ödənilmiş 5000 manat (beş min manat) pulun subroqasiya qaydasında tutulmalı olduğunu iddia edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə subroqasiya qaydasında pulun Cavabdeh1 və Cavabdeh2 tutulmasına hüquqi qiymət verilməlidir. Məhkəmə ilkin olaraq hazırkı tələblə iddiaçının müraciətinə münasibətdə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 23.1-23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə qeyd edi ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin faktiki hallarından da göründüyü kimi sığorta şirkəti baş vermiş hadisə nəticəsində sığorta ödənişi ödəmiş və hazırda subroqasiya hüququndan istifadə edərək, ödənilmiş olan vəsaitin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı tələblə İddiaçı Sığorta şirkətinin məhkəməyə müraciət etməyə hüquqi əsası mövcuddur. Mülki işin materiallarından göründüyü kimi iddiaçı subroqasiya qaydasında pul tələbi ilə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, hər iki şəxsə qarşı qaldırılmış olan iddia üzrə tərəflərin mülki məsuliyyətinin möcvudluğuna hüquqi qiymət verilməlidir. İddia tələbinin subroqasiya qaydasında pulun Cavabdeh1 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin fakitiki hallarından göründüyü kimi Sabirabad rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 1(056)-16/2013 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “X8” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə piyada X3 vuraraq onun ölmünə səbəb olmuşdur. Hadisənin nəticəsi olaraq İddiaçı Sığorta Şirkəti ödəniş tapşırığı ilə vəfat etmiş X2 ölümünə görə etibarnamə əsasında X1 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş olan zərərin Cavabdeh1 tutulmasının tələb edilməsində iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin subroqasiya qaydasında pulun Cavabdeh2 tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci (1108.1 və 1108.2) maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən görünüdüyü kimi yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətdən azad edilməsi üçün əsas şərtlərdən biri yüksək təhlükə mənbəyinin sahibinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirməsidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Sabirabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(056)-16/2013 saylı hökmündən görünür ki, ifadəsi alınmış Cavabdeh2 bildirmişdir ki, “o, xx.xx.2012-ci il tarixdə arvadını və azyaşlı uşağıqlarını “Ford Transit” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qardaşı Nəhmədgilin Axtaçı-Muğan kəndindəki evinə qonaq gətirərək gecəni də onların evində qalmış, xx.xx.2012-ci il tarixdə Nəhmədgilin evindən Şirvan şəhərinə gedərkən Nəhməd atasının qəbri üstünə getməsi üçün avtomobilini ondan istəmiş, ona görə də o, avtomobilinin açarı Nəhmədə verərək özü isə çıxıb Şirvan şəhərinə getmişdir.” Göründüyü kimi Cavabdeh2 sahibliyində olan “Ford Transit” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobil onun iradəsinə zidd olaraq sahibliyindən alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Mülki Məcəllənin 1108-ci maddəsinin tələblərinə əsasən mülki məsuliyyəti yaranmış olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 ölümünə görə ödənilmiş 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar