Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-647/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 (bir min beş yüz) manat pulun və iş üzrə ödənilmiş 35 manat 40 qəpik dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə X2 idarə etdiyi “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Cavabdeh sağlamlığına az ağır dərəcəli xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından göründüyü kimi hadisə zamanı “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı İddiaçı Sığorta Şirkəti ASC-də olmuşdur. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Cavabdeh az ağır dərəcəli xəsarətin yetirilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi 11221 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh bank hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin 1(032)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkəmə baxışında zərərçəkmiş şəxs Cavabdeh öz ifadəsində X3 qarşı heç bir tələbi olmadığını və ona dəymiş maddi ziyanın tam ödədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh həm X1, həm də icbari sığortası olan ”Atəşgah” Sığorta Şirkəti ASC-dən ödəniş almışdır. Cavabdeh O-AS-2024-0432 saylı, xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq tələb olunan 1500 manat məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. Qanunvericiliyin tələblərinə əsasən Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 1500 manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas zalında Cavabdeh izahat verərək bildirdi ki, iddianın təmin edilməsinə etirazı yoxdur. Maddi imkanı olmadığından birdəfəlik ödəniş edə bilmir. Məhkəmə cavabdehin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatı barədə arayışdan görünür ki, Şirvan şəhəri H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülkiyyətçisi X6 olan X2 idarə etdiyi “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada hərəkət edən Cavabdeh vurmuş və ona az ağır zərər dəymişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli 123263 saylı sığorta aktından və 14 aprel 2023-cü il tarixli 11221 saylı ödəniş tapşırığından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində Cavabdeh dəymiş maddi ziyanın məbləği 1500 manat hesablanmış və 1500 manat məbləğində pul Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 1500 manat məbləğində sığorta ödənişini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş 01 fevral 2023-cü il tarixli 1(032)- 37/2023 saylı Şirvan şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, 21 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində atasına məxsus və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz-2106 minik» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin Heydər Əliyev prospekti ilə Şirvan şəhərinin «köhnə şəhər» adlı ərazi istiqamətində hərəkət edib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında, piyada keçidi qarşısında, digər yolayrıcında isə svetofor qarşısında dayanmalı olduğu halda, buna riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Şirvan şəhəri, Heydər Əliyev prospektində svetoforun qadağanedici siqnalında svetofora çatmadan idarə etdiyi avtomobili dayandırmayıb, hərəkətini davam etdirərək, hərəkət üçün təhlükə yaratmaqla həmin vaxt svetoforun qırmızı işığının yanması ilə bağlı piyada keçidi ilə avtomobil yolunu yolun sol hissəsindən sağ hissəsinə keçən piyada Cavabdeh avtomobilin sağ hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Cavabdeh sol qamış sümüyünün aşağı 1/3-nin, incik sümüyünün yuxarı-orta 1/3-nin qapalı qəlpəli yerdəyişmiş sınığı, sol dizaltı çuxurda əzilmiş-cırılmış yara kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya xarakterik xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən qaçdığına görə X5 CM-in 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, zərərçəkmiş şəxs Cavabdeh məhkəməyə verdiyi ərizədə ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana,habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Şirvan şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs Cavabdeh sağlamlığına dəymiş zərərin əvəzi olaraq zərərvuran şəxs X5 tərəfindən ödənilməsi müəyyən edildiyindən, Cavabdeh pozulmuş hüququ bərpa edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh sağlamlığına dəymiş zərərin əvəzi zərərvuran şəxs tərəfindən pulun verilməsi ilə ödənildiyindən, həmin zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 35 manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-647/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-647/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver