Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-101/2022 04.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ona məxsus 7.40 ha torpaq (AR ƏMDK yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarış) sahəsinə münasibətdə ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməyə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının mövqeyi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus əmlak-Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 7.40 ha torpaq sahəsi ipoteka predmeti olmuşdur. Ona məxsus həmin torpaq sahəsi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tələbi ilə ona məxsus torpaq sahəsinə dair notariusda İcra qeydi çıxarılmışdır. İpoteka müqaviləsi tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də iddiası təmin edilməmiş, iş üzrə qarşı tərəfin xeyrinə çıxarılmış məhkəmə qətnamələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, ipoteka predmeti olan torpaq sahəsi qətnamələrin icrası məqsədilə hərraca çıxarılmışdır. Lakin dəfələrlə hərracın keçirilməsinə dair hərracı keçirən "X1 mərkəzi" MMC tərəfindən ipoteka saxlayana, yəni Cavabdeh1 rəsmi iştirak təklifi göndərilsə də, nə üçüncü şəxslər, nə də Cavabdeh1 tərəfindən torpaq sahəsi alınmamışdır. Bununla da hərrac baş tutmamış sayılmışdır. Hazırda ona məxsus torpaq sahəsi yüklüdür, hərrac baş tutmamışdır. Hesab edir ki, ipotekaya xitam verilməlidir. Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən İcra sənədi üzrə tələbkar Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus-ipoteka predmeti olan Zaqatala rayonu Bəhmətli kəndi ünvanında yerləşən ümumi sahəsi 7.4 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. İpoteka predmeti olan əmlakın açıq hərrac vasitəsi ilə satışının həyata keçirilməsi məqsədilə müvafiq sənədlər xx.xx.2021-ci il tarixdə "X1 Mərkəzi” MMC-nə göndərilmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərraclar alıcı olmadığından baş tutmamış və müvafiq sənədlər "X1 Mərkəzi" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə geri qaytarılmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində mülki iş üzrə tərəflər məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Aərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmmədov İsmayılov 28 yanvar 2022-ci il tarixli məktubla müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** nömrəli qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində 7,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 3216 kv.m olan qeyri yaşayış binası (mal damı) tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilərək reyestrdə 3M-1353 nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı 25000 (iyirmi beş min) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pul borc verilmişdir. Müqavilənin icrasının təminatı kimi X4 məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən xüsusi mülkiyyətində olan 7,40 ha torpaq sahəsi çıxış edir. İş materiallarında olan Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X6 tərəfindən təsdiq edilərək reyestrdə 3M-157 nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, eyni tərəflər arasında bağlanmış 25 avqust 2016-cı il tarixli kredit müqavilənin təminat üsulu kimi çıxış edir və ipoteka qoyan X12 özünün mülkiyyətində olan reyestr nömrəsi **********40-06301 olan xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,40 ha bağ sahəsini ipoteka saxlayan Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 125000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ yüklü edilən şəxs İddiaçı məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası Cavabdeh1 xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan Zaqatala rayonu Bəhmətli kəndi ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. İş materiallarında olan "xxxx" X5 019/20 nömrəli ekspert rəyindən görünür ki, X2 xüsusi mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndi ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və həmin torpaq shəsinin üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 (iki yüz on min) manat təşkil edir. İş materiallarında Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(033)- 701/2018 nömrəli qətnaməsindən görünür ki, həm İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon 2 saylı Notariat Kontoruna qarşı aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi, həm də Cavabdeh1 İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borca hesablanmış pulun və birdəfəlik faiz borcunun alınıb ona verilməsi, borc üzrə tutmanın xüsusi mülkiyyətdə olan ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə (bağa) yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılaraq, əldə ediləcək pul hesabına borcun ödənilməsi və torpaq sahəsinin hərrac yolu ilə satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2(107)-206/2019 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin bu iş üzrə 28 iyun 2018-ci il tarixli 2(033)-701/2018 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3501/2019 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1140 nömrəli 22 noyabr 2019-cu il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra və Pobasiya Şöbəsi tərəfindən 70180/3 saylı xx.xx.2019-cu il tarixli məktubla Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsinin üzərində yerləşən 3216 kv.m. qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 125000 manat təşkil edir. Açıq hərracın 18 dekabr 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, ünvan 1 ünvanında keçirilməsi sifarişçiyə tələbkar Cavabdeh1 və borclu İddiaçı bildirilmişdir. İş materiallarında olan 463 nömrəli 05 iyun 2020-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra və Pobasiya Şöbəsi tərəfindən 70180/3 saylı xx.xx.2020-ci il tarixli məktubla Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsinin üzərində yerləşən 3216 kv.m. qeyri-yaşayış binasının açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 125000 manat təşkil edir. Açıq hərracın 01 iyul 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, ünvan 1 ünvanında keçirilməsi sifarişçiyə tələbkar Cavabdeh1 və borclu İddiaçı bildirilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 12 yanvar 2021ci il tarixli 70180/3 nömrəli “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Zaqatala rayon 2 saylı Notariat Kontorunun 28 mart 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı xüsusi mülkiyyətində olan, 210 000 (iki yüz on min) manat məbləğində qiymətləndirilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7.4 ha torpaq sahəsinin (bağ sahəsi) açıq hərrac vasitəsilə satışının təşkil edilməsi xahiş edilmişdir. İş materiallarında olan 350 nömrəli 15 yanvar 2021-ci il tarixli “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra və Pobasiya Şöbəsi tərəfindən 70180/3 saylı xx.xx.2021-ci il tarixli məktubla Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən fermanın açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 210000 manat təşkil edir. Açıq hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçirilməsi sifarişçiyə tələbkar Cavabdeh1 və borclu İddiaçı bildirilmişdir. İş materiallarında olan 463 nömrəli 19 mart 2021-ci il tarixli “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsi barədə bildirişindən görünür ki, Zaqatala rayon İcra və Pobasiya Şöbəsi tərəfindən 70180/3 saylı xx.xx.2021-ci il tarixli məktubla Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən fermanın açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 147000 manat təşkil edir. Açıq hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçirilməsi sifarişçiyə tələbkar Cavabdeh1 və borclu İddiaçı bildirilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 027 nömrəli 21 may 2021-ci il tarixli Zaqatala rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində olan ferma Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 25000 (iyirmi beş min) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pul borc verilmişdir. Müqavilənin icrasının təminatı kimi iddiaçı X4 məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən xüsusi mülkiyyətində olan 7,40 ha torpaq sahəsinin çıxış etməsi kredit müqaviləsində qeyd edilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi eyni tərəflər arasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçı X3 mülkiyyəti kimi qeydiyyata alınmış Zaqatala rayonu Bəhmətli kəndində 7,40 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3216 kv.m olan qeyri yaşayış binası (mal damı) Cavabdeh1 xeyrinə yüklü edilməsinə dair Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X6 tərəfindən təsdiq edilərək reyestrdə 3M-157 nömrə ilə qeyd edilmiş 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,40 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binasının Cavabdeh1 xeyrinə yüklü edilməsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən icra edilmədiyindən Cavabdeh1 tələbi ilə Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4362 nömrə ilə qeyd edilmiş icra qeydi tərtib edilərək icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon 2 saylı Notariat Kontoruna qarşı aralarında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Cavabdeh1 İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borca hesablanmış pulun və birdəfəlik faiz borcunun alınıb ona verilməsi, borc üzrə tutmanın xüsusi mülkiyyətdə olan ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə (bağa) yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılaraq, əldə ediləcək pul hesabına borcun ödənilməsi və torpaq sahəsinin hərrac yolu ilə satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər və iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(033)-701/2018 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan Zaqatala rayonu Bəhmətli kəndi ünvanında yerləşən ümumi sahəsi 7,4 ha olan torpaq sahəsi və həmin torpaq shəsinin üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) bazar qiyməti müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəmiyyətinin 019/20 nömrəli ekspert rəyinə əsasən ipoteka predmetinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 (iki yüz on min) manat xx.xx.2020-ci il tarixə bazar qiyməti 210000 (iki yüz on min) manat olması müəyyən edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsi 12 yanvar 2021-ci il tarixli 70180/3 nömrəli məktubla “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Kontorunun 28 mart 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı xüsusi mülkiyyətində olan, 210 000 (iki yüz on min) manat məbləğində qiymətləndirilmiş, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7.4 ha torpaq sahəsinin (bağ sahəsi) açıq hərrac vasitəsilə satışının təşkil edilməsini Hərrac Mərkəzinə sifariş etmişdir. X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:00-da və xx.xx.2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması məqsədi ilə ilkin satış qiymətləri müəyyən edilməklə hərrac təşkil edilmiş və hərracın keçirilməsinin vaxtı və yerinə dair 15 yanvar 2021-ci tarixli və 19 mart 2021-ci il tarixli bildirişlər sifarişçi olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərilmişdir. “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi hər iki hərracda alıcı olmadığı üçün Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində olan ferma satılmamış və Hərrac Mərkəzi bu barədə 21 may 2021-ci il tarixli məktubla Zaqatala rayon İcra və Probasiya Şöbəsinə məlumat vermişdir. Hazırda iddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ona məxsus 7.40 ha torpaq sahəsinə münasibətdə ipotekaya xitam verilməsi və yüklülükdən azad edilməyə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanun) 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Plenum Qərarından görünür ki, İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyinə görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Həmin Qərarda əks olunmuş Konstitusiya Məhkəməsinin mövqeyinə görə, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ipoteka predmeti olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının (mal damı) açıq hərrac vasitəsi ilə satışı xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinə uyğun təşkil edilmiş, lakin ipoteka predmeti ilkin hərracda satılmadığından və ilkin hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan Cavabdeh1 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə əldə etmədiyindən xx.xx.2021-ci il tarixdə təkrar hərrac qanunvericiliklə müəyyəm edilmiş qaydalara uyğun təşkil edilmiş və keçirilmişdir. İpoteka predmeti təkrar hərrac vasitəsi ilə də satılmamış və ipoteka saxlayan cavabdeh tərəfindən ipoteka predmeti olan İddiaçı məxsus 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binaları (mal damı) təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarının açıq hərraclar vasitəsi ilə ilkin və təkrar təşkil edilmiş hərraclar vasitəsi ilə satılmadığından və ipoteka saxlayan Cavabdeh1 tərəfindən ilkin hərracdan sonra 10 təqvim günü müddətində ilkin satış qiyməti ilə, təkrar hərrac keçirildikdən sonra 30 gün müddətində ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətə alınmadığından iddiaçı ipoteka qoyan İddiaçı xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin predmeti olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən özünün mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binalarına (mal damı) münasibətdə ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. “İpoteka Haqıında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin qanunun 16.4-cü maddəsinə əsasən ipotekaya xitam verilməsi hallarında, daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün ləğv edilməsinə görə rüsum ipoteka qoyan tərəfindən ödənilir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin ipoteka ilə yüklülüyündəndən azad edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verildiyindən həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 7,4 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış binası yüklülükdən azad edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. 25 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdeh X14 ilə İddiaçı arasında bağlanmış Zaqatala rayonu Bəhmətli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 7,4 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə birlikdə ipoteka qoyulmasına dair 26 avqust 2016-cı il tarixli ipoteka müqaviləsinə xitam verilsin və bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 xeyrinə aparılmış həmin ipoteka predmeti yüklülükdən azad edilsin. İddiçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-101/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-101/2022
04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver