Məhkəmə qərarları › İş №e-2(033)-1059/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1059/2025

04.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1059/2025 04.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında maraqlı şəxs X1 ilə birgə nikahdan olan övladı xx.xx.2014-cü il təvəllüdlü X2 atasının himayəsinə verilməsinə, uşağın 18 yaşı tamam olana kimi Maraqlı şəxs ondan aliment tələb etməyəcəyinə və uşağın 18 yaşı olana kimi aliment tələbi ilə heç bir məhkəmə orqanına iddia ərizəsi ilə müraciət etməyəcəyi və övladı Lado Ramazanov ilə anası Ərizəçi maneəsiz bir yerdə olaraq ünsiyyətdə olmağınıza maraqlı şəxsin heç bir narazılıq və iradının olmayacağına dair bağlanmış barışıq sazişinin təsdiqinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi ərizə ilə müraciət edərək iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin mahiyyəti üzrə baxılmasını istəmədiyindən və iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etdiyindən cavabdehin də işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçinun cavabdeh Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Ərizəçi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar