Məhkəmə qərarları › İş №e-2(033)-1205/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1205/2023

01.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1205/2023 01.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat aliment ödəməsi üçün xx.xx.2023-cü il tarixində Zaqatala Rayon Mediyasiya Şurasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə aralarında olan nikahı məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2023-cü il tarixində onlar Zaqatala rayon Mediyasiya Şurasında razılığa gələrək Barışıq sazişi bağlamışdırdar. Həmin Barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla, hər ay 300 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs Barışıq sazişinə əməl etməyərək, razılığı pozaraq alimenti ödəmir. Könüllü olaraq ödəmə müddətindən çox vaxt keçmişdir. O məcbur qalaraq barışıq sazişinin məcburi icraya yönəldilməsi üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, Ərizəçi ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmamasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları 31 may 2023-cü il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Həmin sazişin 2-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, mediasiyaya edilən uşağın ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olarkən anadan olmuş uşaqları, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il tarixindən, anası Ərizəçi himayəsinə verilməsinə razılığa gəldilər. Həmin sazişin 3-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Həmin sazişin 4-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, mediasiyaya edilən uşaqla ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olarkən anadan olmuş uşaqları, xx.xx.2018-ci il təvəllüdlü X3 ilə, atası Maraqlı şəxs, manesiz olaraq, istədiyi vaxt bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-876/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Zaqatala Rayon Qeydiyyat Şöbəsində bağlanmış 26 noyabr 2016-cı il tarixli, 348 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan 05 avqust 2018-ci il tarixində anadan olmuş X3 anası Ərizəçi yanında saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiya edilən nikahın pozulması tələbi ilə əlaqədar nikahın davam etdirilməsində razılığa gələ bilməmişlər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərin birgə nikahlarından 05 avqust 2018-ci il tarixdə X3 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər birgə nikahda olarkən anadan olmuş uşaqları 05 avqust 2018-ci il təvəllüdlü X2, xx.xx.2023-cü il tarixindən anası Ərizəçi himayəsinə verilməsinə, birgə nikahda olarkən anadan olmuş uşaqları 05 avqust 2018-ci il təvəllüdlü X3 ilə, atası Maraqlı şəxs, manesiz olaraq, istədiyi vaxt bir yerdə olmaqla ünsiyyətdə olmalarına, həmçinin birgə nikahda olarkən anadan olmuş uşaqları 05 avqust 2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 300 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəməsinə dair razılığa gəlmiş və 31 may 2023-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “onun Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat aliment ödəməsinə dair xx.xx.2023-cü il tarixində Zaqatala Rayon Mediyasiya Şurasında bağlanmış Barışıq sazişinin məcburi icrası üçün Barışıq sazişinin təsdiq edilməsi” barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 31 may 2023-cü il tarixli barışıq sazişinin “birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəməsi” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 31 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 2.1.3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 2.1.3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin həmin bəndinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “onlar birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə” dair 31 may 2023-cü il tarixli barışıq sazişinin 2.1.3-cü bəndi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 31 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin “onlar birgə nikahda olarkən anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödənilməsi”nə dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar