Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1216/2023 02.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-01834 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Bu nikah dövründə anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsindədir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında barışıq sazişi bağlanmışdır. Mediasiyada bağlanmış “barışıq sazişinin” şərtlərinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 140 manat, cəmi 420 manat məbləğində aliment Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Tərəflər arasında barışıq sazişi bağlanmasına baxmayaraq, Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmiş, 3 ay ərzində aliment ödənişi etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarına əlavə olunmuş 29 iyul 2023-cü il tarixli mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin 1-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Cavabdeh və İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Həmin sazişin 2-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Cavabdeh və İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə, mediasiyaya edilən aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, 23 oktyabr 2017-ci il təvəllüdlü X7, 22 dekabr 2009-cü il təvəllüdlü X4, 14 avqust 2008-ci il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşaq üçün cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəyəcəyinə dair razılığa gəldilər. Həmin sazişin 3-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Cavabdeh və İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə, mediasiyaya edilən uşaqların saxlanılması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olarkən anadan olmuş uşaqları, 23 oktyabr 2017-ci il təvəllüdlü X7, 22 dekabt 2009-cü il təvəllüdlü X4, 14 avqust 2008-ci il təvəllüdlü X2 üçün anası İddiaçı himayəsinə verilməsinə razılığa gəldilər. Həmin sazişin 4-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, Cavabdeh və İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə, mediasiya edilən uşaqlarla ünsiyyət hüququ tələbi ailə mübahisəsi ilə əlaqədar, razılığa gələ bilmədilər və bu səbəbdən məhkəməyə müraciət etməyə razılığa gəldilər. İş materiallarına əlavə olunmuş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 23 oktyabr 2017-ci ildə, X6 22 dekabt 2009-cu ildə, X8 14 avqust 2008-ci ildə doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh mediasiyada edilən nikahın pozulması tələbi ilə əlaqədar nikahın davam etdirilməsində razılığa gələ bilməmişlər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərin birgə nikahlarından 23 oktyabr 2017ci ildə X9, 22 dekabr 2009-cü ildə X6 və 14 avqust 2008-ci ildə X8 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər birgə nikahda olarkən anadan olmuş uşaqları 23 oktyabr 2017-ci il təvəllüdlü X7, 22 dekabr 2009-cü il təvəllüdlü X4, 14 avqust 2008-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsinə verilməsinə, həmçinin birgə nikahda olarkən anadan olmuş uşaqları 23 oktyabr 2017-ci il təvəllüdlü X7, 22 dekabr 2009-cü il təvəllüdlü X4, 14 avqust 2008-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, üç uşaq üçün cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəyəcəyinə dair razılığa gəlmiş və 29 iyul 2023-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək onun Cavabdeh ilə birgə nikahlarından 23 oktyabr 2017-ci ildə doğulmuş X7, 22 dekabr 2009-cü ildə doğulmuş X4, 14 avqust 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 420 manat sabit pul məbləğində alimentin ödəməsinə dair 29 iyul 2023-cü il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 29 iyul 2023-cü il tarixli barışıq sazişinin “birgə nikahda olarkən anadan olmuş uşaqları 23 oktyabr 2017-ci il təvəllüdlü X7, 22 dekabr 2009-cü il təvəllüdlü X4, 14 avqust 2008-ci il təvəllüdlü X2 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəməsi” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, maraqlı şəxs Cavabdeh 29 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 2.3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 2.3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin həmin bəndinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış “onlar birgə nikahda olarkən anadan olmuş uşaqları 14 avqust 2008-ci il təvəllüdlü X5, 22 dekabr 2009-cü il təvəllüdlü X4 və 23 oktyabr 2017-ci il təvəllüdlü X3 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəyəcəyinə” dair 29 iyul 2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında 29 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin “onlar birgə nikahda olarkən anadan olmuş uşaqları 14 avqust 2008-ci il təvəllüdlü X5, 22 dekabr 2009-cü il təvəllüdlü X4 və 23 oktyabr 2017-ci il təvəllüdlü X3 üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 140 (bir yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı bankda açılan cari hesabına ödənilməsi”nə dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №e-2(033)-1216/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1216/2023
02.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver