Məhkəmə qərarları › İş №e-2(033)-1276/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1276/2025

12.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1276/2025 12.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment ödəməsi üçün xx.xx.2024-cü il tarixdə Zaqatala rayon Mediasiya Şurasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin e-2(033)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 nömrə ilə bağlanmış nikah pozulmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişinin mövcudluğu uşağın anasının himayəsinə verilməsi hissəsində nəzərə alınmış, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması, ilkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, qarşılıqlı iddia tələbini isə qismən təmin edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə, bazar günləri saat 10-00-dan 13-00-dək, 2 gündən artıq davam edən bayram günləri isə növbəlilik əsasında saat 10-00-dan 13-00-dək ananın iştirakı ilə tərəflərin razılaşdığı ərazidə (razılaşma olmadığı təqdirdə Zaqatala şəhəri ərazisində) ünsiyyətdə olması hüququnun təmin edilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun və 150 manat mediasiyaya dair xərcin iddiaçı Ərizəçi aid edilməsi qət edilmişdir. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin e-2(033)-555/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişinin mövcudluğu uşağın anasının himayəsinə verilməsi hissəsində nəzərə alınmış, lakin aliment hissədində nəzərə alınmamış, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ərizəçi isə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsini edilməsini xahiş etmişdir ki, bu hala artıq Zaqatala Rayon Məhkəməsinin e-2(033)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş, yəni tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli barışıq sazişi alimentə dair hissədə nəzərə alınmamış, tutulacaq alimentin miqdarı məhkəmə qətnaməsi ilə müəyən edilmişdir. Odur ki məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Zaqatala Rayon Məhkəməsinin e-2(033)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi olduğundan Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmçinin ərizəçiyə izah edilir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-555/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğindən narazı olduğu halda həmin qətnamədən apellyasiya şikayəti vermək və ya Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş hallar olduqda, təyin edilmiş alimentin miqdarının artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA A L D İ M: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar