Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1373/2025 17.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi. Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün xx.xx.2025-ci il tarixdən hər ay bir uşaq üçün 100 manat, iki uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq İddiaçı ödənilməsi üçün Maraqlı şəxs ilə aralarında mediasiyada bağlanmış barışıq sazişinin təsdiq olunması qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən xx.xx.2025-ci il tarixində Zaqatala rayon Məhkəməsinin e-2(033)-756/2025 nömrəli qərarı ilə rəsmi qaydada ayrılıblar. Azyaşlı övladları onun himayəsindədir. Cavabdeh ilə aralarında mediasiya prossesi keçirilmiş, uşaqların saxlanması üçün alimentin məbləğinin təyin edilməsinə dair barışıq sazişi əldə olunmuşdur. Məlumat üçün bildirim ki, Mediasiya Şurası tərəfindən azyaşlı övladları xx.xx.2015-ci il tarixli təvəllüdlü X5 və xx.xx.2018-ci il tarixli təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixindən hər ay bir uşaq üçün 100 (bir yüz) manat, iki uşaq üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qarşılıqlı anlaşma yolu ilə razılıq əldə olunmuşdur. Lakin hazırda cavabdeh Maraqlı şəxs alimenti rəsmi qaydada deyil kömək şəklində ödəyir, iddiaçı haqlı olaraq alimentin rəsmi şəkildə ödənilməsinə dair barışıq sazişinin imzalanması üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etməyi qərarlaşdırmışdır. Mediasiya sessiyasına TMS-120 (bir yüz iyirmi) manat məbləğ ikitərəfli qaydada ödənilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak etmədiyi üçün məhkəmə Maraqlı şəxs iştirakı olmadan işə baxmağı müəyyən etdi. İşin halları . Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-756/2025 saylı qətnaməsində iddia təmin Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatamadək saxlanması üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat, iki uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəyəcəyi barədə razılığa gəmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X4 anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat, iki uşaq üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən İddiaçı bankda açılan cari hesabına ödəyəcəyi barədə razılığa gəmişdirlər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin “Mediasıya zamanı tərəflər, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat, iki uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən İddiaçı ödəyəcəyinə razılığa gəlmişdirlər. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina etdiyi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat, iki uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən İddiaçı ödəyəcəyinə razılığa gəlmələrinə dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında “birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat, iki uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən İddiaçı ödəyəcəyinə razılığa gəlmələrinə dair bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Cavabdeh Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-1373/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1373/2025
17.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver