Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1386/2025 16.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 Əli qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbi və dəlilləri Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixində anadan olmuş X1 üçün xx.xx.2024-cü il tarixində hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin ödənilməsi üçün Maraqlı şəxs ilə aralarında mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X9 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onlar xx.xx.2024-cü il tarixində Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1108/2024 nömrəli qərarı ilə rəsmi qaydada ayrılmışdırlar. Azyaşlı övladları onun himayəsindədir. Cavabdeh ilə aralarında mediasiya prossesi keçirilmiş, uşağın saxlanması üçün alimentin məbləğinin təyin edilməsinə dair barışıq sazişi də olunmuşdur. Məlumat üçün bildirir ki, Mediasiya Şurası tərəfindən azyaşlı övladı xx.xx.2011-ci il tarixdə X1 üçün xx.xx.2024-cü il tarixindən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair qarşılıqlı anlaşma yolu ilə razılıq əldə olunmuşdur. Lakin hazırda cavabdeh Maraqlı şəxs alimenti ödəməkdən yayınır, belə başa düşür ki, alimenti bilərəkdən ödəmir. O, tək ana kimi övladının ehtiyaclarını təkbaşına ödəyə bilmir. Bu da onun uşağına vacib olan ehtiyaclarını ödəyə bilməyinə maneçilik törədir. Mediasiya sessiyasına İMS-50 (əlli) AZN, TMS-150 (bir yüzəlli) manat məbləğ ikitərəfli qaydada ödənilmişdir. Mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlandığı və 200 (iki yüz) manat məbləğində mediasiya xərclərinin ödənildiyindən dövlət rüsumu ödəməkdən azaddır. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi İddiaçı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs arasında 01 sentyabr 2007-ci il tarixdə Zaqatala Rayon VVADQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və mediasiyaya dair xərcin iddiaçı X3 aid edilməsi, tərəflərin mediasiya şurasında 24 aprel 2024-cü il tarixdə uşağın ananın himayəsində saxlanılması, alimentin müəyyən edilməsi, uşaqla ünsiyyət hüququnun tanınması və uşağın ölkə xaricinə çıxarılması tələbləri ilə bağlı imzaladıqları barışıq sazişi nəzərə alınması qət edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında nikah xx.xx.2025-ci il tarixdə pozulmuşdur. Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış 18 noyabr 2011-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-cu il tarixdə doğulmuş X6 atası Maraqlı şəxs, anası X4r. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilməmişdirlər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəlmişdirlər. Mediasiya zamanı tərəflər, uşağın ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci iİ təvəllüdlü X6, anası X2 himayəsinə verilməsinə razılığa gəlmişdirlər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X2 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər, mediasiya zamanı tərəflər, mediasiyaya edilən, uşaqla ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 ilə atası Maraqlı şəxs, gecələmək olmamaq şərti ilə, istədiyi vaxt, maneəsiz olaraq ünsiyyətdə olmalarına razılığa gəlmişdirlər. mediasiya zamanı tərəflər, uşağın ölkədən çıxarılması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 ölkədən çıxarılması məqsədi ilə, atası Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla 7 (yeddi) iş günü müddətində, notarial qaydada təsdiqlənmiş razılıq ərizəsini verəcəyinə razılığa gəlmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs mediasiyada edilən alimentin tutulması tələbi ilə əlaqədar birgə nikahda olarkən xx.xx.2011-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X2 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi İddiaçı Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək birgə nikahlarından xx.xx.2011-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair xx.xx.2024-cü il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X2 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X2 bankda açılan cari hesabına ödəyəcəyinə” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1386/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1386/2025
16.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver