Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-203/2025 04.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə işə 04 mart 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-də könüllü sığortalanmış “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3149 manat (üç min bir yüz qırx doqquz manat) pulun ödənilmiş 51.50 manat dövlət rüsumu və 0.40 manat bank xidmətini İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Mitsubishi Pajero” markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC-də könüllü sığortalanmış “Skoda Fabia” markalı H 027 652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəlsi ilə toqquşaraq iş materialına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Forma-4 arayışına əsasən yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Skoda Fabia” markalı H 027 652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi hesaba əsasən 2179 manat (iki min yüz yetmiş doqquz manat), xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi əlavə hesaba əsasən 970 manat (doqquz yüz yetmiş manat), ümumilikdə 3149 manat (üç min yüz qırx doqquz manat) maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, **********5 saylı avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Skoda Fabia” markalı H 027 652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2018-ci il tarixli 054163 saylı sığorta aktına uyğun olaraq xx.xx.2018ci il tarixli 9838 saylı ödəniş tapşırığına əsasən 2179 manat (iki min yüz yetmiş doqquz manat) sığorta ödənişini, xx.xx.2018-ci il tarixli 057363 saylı sığorta aktına uyğun olaraq xx.xx.2018-ci il tarixli 12604 saylı ödəniş tapşırığına əsasən 970 manat (doqquz yüz yetmiş manat) sığorta ödənişini könüllü sığortalı "xxxx" MMC-yə məxsus həmin nəqliyyat vasitəsini təmirini həyata keçirən "xxxx" MMC-yə ödəmişdir. Bu səbəbdən həyata keçirən ümumi sığorta ödənişi 3149 manat (üç min yüz qırx doqquz manat) təşkil etməkdədir. Bildirmək istəyirlər ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində AC 413301 saylı sürücülük vəsiqəsi ilə AC 563655 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə idarə edən Cavabdeh iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli AP ******* saylı protokol və həmin qərardan elektron çıxarışa əsasən təqsirli olmuşdur. Bu səbəbdən ona qarşı subroqasiya hüquqları yaranıb. Hesab edirlər ki, 3149 manat (üç min bir yüz qırx doqquz manat) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbinə dair iddiasının, iddia qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o ikinci qrup əlildir və pensiyası ilə dolanır, həmçinin müalicəsi üçün bankdan kreditlər almışdır. Qeyd edilən kreditlər də pensiyasından tutulur. Hesablanmış sığorta ödənişi ilə bağlı bildirir ki, qeyd edilən məbləğ şişirdilmişdir, 2018-ci il üçün isə ağlasığmazdır. Həmin məbləğlə razı deyildir, qiymətləndirmə aktında qeyd edilən şəkildə maşına zərər dəyməmişdir. Həmçinin bildirir ki, 2018-ci ildə sığorta şirkətinin əməkdaşları ona zəng etmiş və özünü təqsirkar bilib-bilmədiyini soruşmuşdurlar. O isə özünü təqsirkar bildiyini bildirmiş, lakin sığorta ödənişinin məbləği ilə razı olmadığını da qeyd etmişdir. Onlar isə onunla əlaqə saxlayacaqlarını demiş, hadisədən 6 il keçdikdən sonra iddia ilə müraciət etmişdirlər. Əgər o, həmin borcu boyun olsa belə onlar indiyədək ona demiş olsaydılar, o hər ay az-az ödənişlər edərdi, indi isə bütün borcu tələb edirlər. Qiymətləndirmə aktında isə məbləğlər elə göstərilmişdir ki, sanki o maşının yararsız hala salmışdır. Yekun olaraq bildirir ki, qeyd edilən iddia əsassızdır, hadisənin üzərindən 6 il keçməsinə baxmayaraq ondan sığorta ödənişi tələb edirlər. İş materiallarına əlavə edilmiş sənədlər **********5 nömrəli avtonəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin və həmin şəhadətnaməyə əlavə olunan onun ayrılmaz hissəsi sayılan **********5/09 saylı əlavənin surətindən görünür ki, “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin BDAM-ın poli kapitanı X1 tərəfindən tərtib edilmiş 06 iyun 2018-ci il tarixli AP ******* saylı protokoldan görünü ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, xx.xx.2018-ci il tarixli TP ******* saylı qərar ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 03 avqust 2018-ci il tarixli, 170 saylı hesabatdan görünür ki, “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 2179 manat həcmində olması müəyyən edilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 25 oktyabr 2018-ci il tarixli, 220 saylı hesabatdan görünür ki, “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 970 manat həcmində olması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, 054163 saylı sığorta aktından görünür ki, “Mitsubishi Pajero” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 170 saylı hesaba uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləğin 2179 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixli, 057363 saylı sığorta aktından görünür ki, “Mitsubishi Pajero” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 220 saylı hesaba uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləğin 970 manat təşkil etmişdir. 20 sentyabr 2018-ci il tarixli, 9838 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənişin təyinatı “xx.xx.2018-ci il tarixli 054136 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 2179 manat məbləğində vəsait köçürülmüşdür. 12 noyabr 2018-ci il tarixli, 12604 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənişin təyinatı “xx.xx.2018-ci il tarixli 057363 saylı sığorta aktına əsasən sığorta ödənişi” göstərilməklə 970 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanan 24 sentyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, zərər məbləğinin 10 gün ərzində ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraiət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 51.91 (əlli bir manat doxsan bir qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, sığоrtalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC tərəfindən sığоrtalanmışdır. Zaqatala Rayon Polis Şöbəsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli TP ******* saylı qərarı ilə cavabdеhin Zaqatala şəhəri, F.Əmirov küçəsində hərəkət sürətini və normal ara məsafəsini düzgün seçməməsi nəticəsində qarşıdan gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltması halında onunla toqquşmuş, həmin avtomaşın da öz növbəsində qarşıdan gedən nəqliyyat vasitəsinə toqquşmuş, bununla da tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən еdilmiş оlmuşdur. İşin müəyyən еdilmiş halları həmçinin оndan ibarətdir ki, iddiaçı baş vеrmiş sığоrta hadisəsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Skoda Fabia” markalı H-027- 652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2179 manat və 970 manat оlmaqla, cəmi 3149 manat sığоrta ödənişi vеrmiş, hazırkı iddia üzrə 51.50 manat dövlət rüsumu və 0.40 xidmət haqqı ödəmişdir. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim edərək hazırki mübahisəyə 3 illik iddia müddətinin tətbiqi edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik hüquq münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki mübahisəyə 3 illik iddia müddətinin tətbiqi yolverilməz hesab edilir. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, sığorta hadisəsi xx.xx.2018-ci il tarixdə baş vermiş, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2179 manat və 970 manat оlmaqla, cəmi 3149 manat sığоrta ödənişi vеrmiş iddiaçının “Mitsubishi Pajero” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini ara məsafə saxlamadan idarə etmiş nəticədə zərər vurmuş, cavabdеhə qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığоrta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdеhdən iddiaçının хеyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Skoda Fabia” markalı H-027-652 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2179 (iki min bir yüz yetmiş doqquz) manat və 970 (doqquz yüz yetmiş) manat olmaqla, cəmi 3149 (üç min bir yüz qırx doqquz) manat məbləğində sığorta ödənişi, 51.50 (əlli bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-203/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-203/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver