Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-287/2023 24.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə və Maraqlı şəxs1 rəisi X6 iştirakları ilə Ərizəçi Maraqlı şəxs1nə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Zaqatala ravonu, Mosul kəndində anadan olmuş X7 23 avqust 1999-cu il tarixdə Zaqatala rayonu, Mosul kəndində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1965-ci il tarixdə Zaqatala rayonu, Mosul kəndində anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə anadan olmuş X11 adlı övladı olmuşdur. İddiaçının övladı X11 23 avqust 1999-cu il tarixdə vəfat etmiş və Zaqatala rayonu, Mosul kənd qəbirstanlığında dəfn edilmişdir. İddiaçı övladına ölüm haqqında şəhadətnamə götürməmiş, ölümü qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. İddiaçı övladının vəfatı ilə əlaqədar ölüm şəhadətnaməsi alınması məqsədi ilə Maraqlı şəxs1nə müraciət etmiş, 14 yanvar 2023-cü il tarixli məktub ilə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Zaqatala RİHB-nın Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci ii tarixli arayışdan məlum olur ki, X11 23 avqust 1999-cu il tarixdə vəfat etmiş, Zaqatala rayonu Mosul kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun ölüm faktını təsdiq edəcək şahidlər məhkəmə iclasına gətiriləcəkdir. X2 ölüm haqqında şəhadətnaməsinin olmaması torpaq sənədləşmələrində problemlər yaradır. Bunun üçün hazırki ərizə ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, xx.xx.1993-cü il tarixdə X11 adlı övladı anadan olmuşdur. Onun övladı vaxtsız ağır xəstəlikdən 23 avqust 1999-cu il tarixdə vəfat etmiş və Zaqatala rayonu, Mosul kənd qəbirstanlığında dəfn edilmişdir. Övladı vəfat edən zaman uşağın 6 yaşı olmuşdur. Həmin vaxt övladının ölümü ilə bağlı hər hansı xəstəxanaya müraciət etməmiş, ölüm haqqında şəhadətnamə götürməmiş, ölümü qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Ona köməklik olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs1 rəisi X12 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirdi ki, o, Zaqatala rayonu Mosul kəndində yaşayır, Ərizəçi onun qonşusu və sinif yoldaşı olub. Onun oğlu Ramin xəstəlikdən 1999-cu ildə vəfat edib. Onun dəfnində iştirak edib və X1 qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirdi ki, Zaqatala rayonu Mosul kəndində yaşayır. Ərizəçinin oğlu Ramin Mustafayevi tanıyıb və onun xəstəlikdən əziyyət çəkdiyini bilib. 1999-cu ildə o vəfat edib və onun dəfnində şəxsən iştirak edib. Ramin Mustafayevin qəbri Mosul kənd qəbiristanlığında yerləşir. İşin halları Zaqatala rayonu Mosul kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 653 nömrəli arayışdan görünür ki, Mosul kənd sakini X11 23 avqust 1999-cu il tarixdə vəfat etmiş və Mosul kənd qəbiristanlığında dəfn edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd üzrə Nümayəndəliyi tərəfindən 10 fevral 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş X7 atası Ərizəçi, anası X4r. Maraqlı şəxs1 tərəfindən 14 yanvar 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 05/q- 28/15 nömrəli məktubdan görünür ki, 1996-2002-ci illərə aid akt qeydləri yoxlanılmış, eləcə də, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmışdır və X9 məxsus ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi oğlu-02 fevral 1993-cü il təvəllüdlü Zaqatala rayonu Mosul kəndində doğulmuş X11 23 avqust 1999-cu il tarixdə Zaqatala rayonu Mosul kəndində vəfat etmişdir. Bu fakt ərizəyə əlavə edilmiş arayışlarla və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, X7 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi oğlu-X7 23 avqust 1999-cu il tarixdə Zaqatala rayonu Mosul kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi oğlu-02 fevral 1993-cü il təvəllüdlü Zaqatala rayonu Mosul kəndində doğulmuş X7 23 avqust 1999-cu il tarixdə Zaqatala rayonu Mosul kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-287/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-287/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver