Məhkəmə qərarları › İş №e-2(033)-357/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-357/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-357/2023 31.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 31 may 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi X4 Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2017-ci ildə vəfat etmiş mərhum X8 ölməsi faktının müəyyən olunması və sonuncunun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X17 1961-ci ilin yanvar ayının 6-da Gürcüstan Respublikasının, Dmanisi rayonunda anadan olmuş və 2017-ci ilin dekabrın 3-ü vəfat etmişdir. Birgə ailə münasibətlərindən 12 noyabr 1992-ci il tarixdə X10 və 18 iyul 1994-cü il tarixdə X12 adlı övladlarımız doğulmuşdur. xx.xx.2017-ci il tarixdə təxminən saat 16 radələrində əri X3 rayonu, Qazangül qəsəbəsində yerləşən yaşadıqları ünvanda yerləşən evdə olarkən ona bildirmişdir ki, çölə çıxır. Bundan sonra X17 oturduğu yerdən ayağa qalxdıqdan sonra qəflətən yerə yıxılaraq dünyasını dəyişmişdir. Həmin vaxt o, şok keçirdiyindən və sonrakı vaxtlarda çox pis olduğundan qeydiyyat şöbəsinə və rayon xəstəxanasına ölüm şəhadətnaməsinin alınması üçün müraciət etmək imkanında olmamışdır. X8 doğumu ilə əlaqədar №6 nömrəli şəhadətnamə verilmişdir. Mərhum həyat yoldaşı X8 ölüm şəhadətnaməsinin tərəfindən alınmasına görə də o, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 24 yanvar 2023-cü il tarixli 05/Q-36/13 nömrəli məktubundan görünür ki, Maraqlı şəxsnə tərəfindən olunan xx.xx.2023-cü il tarixli müraciətə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X8 ölümünün qeydə alınmasının və ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması əsas gətirilərək ölüm şəhadətnaməsinin ona verilməsindən imtina etmişdir. Bundan əlavə həmin qurum tərəfindən ölüm faktının təsdiq edilməsi üçün Zaqatala rayon Məhkəməsinə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mərhum həyat yoldaşı X8 ölməsi faktının müəyyən edilməsi üçün 2 nəfər könüllü olaraq qonşuları, Zaqatala rayonu, Qazangül qəsəbəsi sakinləri X6 və X7 şahiddir. Odur ki, mərhum X8 ölümünün Maraqlı şəxsndə qeydə alınaraq ölüm şəhadətnaməsinin verilməsi üçün ölümün qeydə alınması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 12 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət edərək mülki iş üzrə oğlu X5 əsl ərizəçi kimi tanınmasını xahiş etmişdir. Eyni zamanda X10 ərizə ilə məhkəməyə müraciət edərək onun əsl ərizəçi kimi tanınmasını xahiş etmiş və ərizələr məhkəmənin icraatına qəbul edilərək X10 əsl ərizəçi kimi tanınmışdır. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi X10 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq mülki iş üzrə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında göstərmişdir ki, mərhum onun əmisi idi. Həqiqətən də Zal Bayramov 03 dekabr 2017-ci ildə vəfat etmiş və o, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Onun dəfnində özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 mərhumun qonşusu olduğunu bildirərərk şahid Vidadi Bayramovun ifadəsinə oxşar məzmunda izahat verərək onun göstərdiklərini təsdiq etdi. İşin halları Mülki işin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və AZE seriyalı 02455873 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 06 yanvar 1961-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 noyabr 1992-ci ildə doğulmuşdur. X2 və Ərizəçidır. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 şəhəri Qazangül ərazisində yerləşən şəhər qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Müşkünaz X1 03 dekabr 2017ci il tarixdə ölüm faktını qeydə aldırmaq üçün müraciəti araşdırılmış, lakin ölüm faktının qeydə alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, X17 03 dekabr 2017-ci il tarixdə vəfat etmiş və o Zaqatala şəhəri Qazangül qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X8 03 dekabr 2017-ci il tarixdə Zaqatala şəhəri Qazangül qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş X8 03 dekabr 2017-cı ildə Zaqatala rayonunun Qazangül qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1961-ci il təvəllüdlü X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar