Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-409/2025 22.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi X2 və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli MŞŞ/MTO018/2023-01099 nömrəli Barışıq Sazişinin uşaqla ünsiyyət hüququnun tanınması ailə mübahisəsi ilə bağlı 4-cü bəndində razılığa gəldikləri ”Birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin şənbə və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyətdə olmalarına razılığa gəldilər” hissəsinin məcburi icrası üçün həmin hissədə təsdiq edilməsinə və ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə iştirakları ilə nikahın pozulması, uşağa görə alimentin təyin edilməsi, uşağın himayədə saxlanılması və uşaqla ünsiyyət hüququnun tanınması məsələləri ilə bağlı 20 may 2023-cü il tarixdə mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesinin nəticəsində onların aralarında uşağa görə alimentin təyin edilməsi, uşağın himayədə saxlanılması, uşaqla ünsiyyət məsələləri ilə əlaqədar xx.xx.2023-cü il tarixdə MŞŞ/MTO018/2023-01099 nömrəli barışıq sazişi bağlandı, lakin nikahın davam etdirilməsi barədə razılıq əldə olunmadı. Buna görə də nikahın ləğv olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda Maraqlı şəxs ilə aralarında olan nikah aktı qeydi Zaqatala rayon Məhkəməsinin 2(033)- 582/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məhkəmə qaydasında ləğv olunmuşdur. xx.xx.2023-cü il tarixdə MŞŞ/MTO018/2023-01099 nömrəli barışıq sazişinə əsasən, mediasiya zamanı tərəflər, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5, anası Maraqlı şəxs himayəsinə verilməsinə, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşınadək saxlanılması üçün Maraqlı şəxs, Ərizəçi aliment tələb etməyəcəyinə və bu məqsədlə məhkəmədə iddia qaldırmayacağına, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin şənbə və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmasına razılığa gəlmişdirlər. Lakin Maraqlı şəxs barışıq sazişi bağlandığı gündən bu günədək Barışıq Sazişinin uşaqla ünsiyyət mübahisəsi üzrə qarşılıqlı razılığa gəldiyi 4-cü bəndin şərtlərinə əməl etmir. Buna görə də, xx.xx.2023-cü il tarixdə MŞŞ/MTO018/2023-01099 nömrəli barışıq sazişinin uşaqla ünsiyyət mübahisəsi üzrə qarşılıqlı razılığa gəldikləri 4-cü bəndinin təsdiq edilməsi və məcburi icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və xx.xx.2023-cü il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs nə onu, nə də valideynlərini uşaqla ünsiyyətdə olmağa qoymur. Uşağı onlara gəlməyə, ona yaxınlaşmağa qoymur. Maraqlı şəxsin nümayəndəsi X4 çıxış edərək uşağın ərizəçinin evinə getdiyini bildirdi. Babasının gəlib apardığını, atası ilə ünsiyyətdə olmadığını bildirir. Babası uşağı aparır yedirir, içirir gətirir. Atası yeni gəlib və uşaq onun yanına gedib. Uşaq qayıtdıqdan sonra atasının onu qucaqlamadığını bildirir. Uşaq özü atası ilə görüşmək istəmir. Uşaq su çiçəyi xəstəliyi keçirdi atası maraqlanmadı. Uşaq oktyabrın 1-i babasının yanında idi. Babasının ad günü idi, orda da problem olub. Ərizəçinin anası uşağa qarşı pis davranır, xətrinə dəyir. İşin halları X7 ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, 1. Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs Şahın qızı, mediasiyaya edilən nigahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar nigahın da etdirilməsində razılığa gələ bilmədilər və nigahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. 2. Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, mediasiyaya edilən uşağın ananın himayəsində qalması tələbi ailə mübahisəsi ilə əlaqədar birgə nigahda olarkən anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü Məmmədi. Elcan Rahim oğlunun 18 yaşı tamam olana kimi anası Maraqlı şəxs Şahın qızının himayəsində qalmasına razılığa gəldilər. 3. Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaş. tamam olana kimi, saxlanılması üçün, Maraqlı şəxs Ərizəçi aliment tələb etməyəcəyinə və bu məqsədlə məhkəmədə iddia qaldırmayacağına razılığa gəldilər. 4. Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, uşaqla ünsiyyət tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqlar xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin altıncı və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. AZE10867437 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş Elcan Məmmədlinin atası Ərizəçi, anası Maraqlı şəxsdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, ərizəçi X7 ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından 28 mart 2011-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə X7 aralarında olan nikahı pozulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2023-cü il tarixdə nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanması, aliment, uşaqla ünsiyyətə dair mediasiya prosesi keçirilmiş nəticədə mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, uşaqla ünsiyyət tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin altıncı və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər.” məzmunda 4-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 4-cü hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmadığından ərizəçi X7 barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, uşaqla ünsiyyət tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin altıncı və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər.” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 4-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 4-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X7 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, uşaqla ünsiyyət tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin altıncı və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər” hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi X7 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, Ərizəçi və Maraqlı şəxs, uşaqla ünsiyyət tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan anadan olmuş uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi, hər həftənin altıncı və bazar günləri, bayram və tətil günlərində atası Ərizəçi ilə bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər” hissəsi təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-409/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-409/2025
22.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver