Məhkəmə qərarları › İş №e-2(033)-444/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-444/2025

30.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-444/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024 tarixli, MŞŞ/MT018/2024-00679 nömrəli Barışıq Sazişinin bir hissəsinin, yəni “birgə nikahdan doğulmuş xx.xx.2012 təvəllüdlü X3 18 yaşı tamam olana kimi saxlanılması üçün xx.xx.2024 tarixdən hesablanmaqla, hər ay 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə dair razılığa gəldilər” məzmununda olan 3-cü bəndinin təsdiq edilməsi və ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği Maraqlı şəxs alınaraq (tutularaq) dövlət büdcəsinə ödənilməsi haqqında Qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Maraqlı şəxs ilə olan rəsmi nikah Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-646/2024 nömrəli, xx.xx.2024 tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024 tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsində xitam verilmiş və akt qeydləri kitabında xx.xx.2024 tarixdə 140 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxslə birgə nikahdan bir uşaq, xx.xx.2012 tarixdə X4 doğulmuşdur. Hazırda uşaqla birlikdə yaşayır və uşaq tamamilə onun himayəsindir. Maraqlı şəxs uşağın maddi vəziyyəti ilə maraqlanmır, uşağın saxlanmasına maddi dəstək və ya başqa şəkildə hər hansı kömək göstərmir. Özü isə uşağı təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Bundan başqa, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024 tarixli, MŞŞ/MT018/2024-00679 nömrəli Barışıq Sazişi vardır. Həmin Sazişin 3-cü bəndinə əsasən, birgə nigahdan doğulmuş uşaq, xx.xx.2012 təvəllüdlü X3 18 yaşı tamam olana kimi saxlanılması üçün xx.xx.2024 tarixdən hesablanmaqla, hər ay 150 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən onun bankda açılan cari hesabına ödəyəcəyi ilə bağlı razılıq əldə olunmuşdur. Ancaq, bu günə kimi mediasiya prosesi nəticəsində bağlanılmış həmin barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Hesab edir ki, maraqlı şəxs uşağın saxlanmasına maddi dəstək və ya başqa şəkildə hər hansı kömək göstərmədiyindən, həmçinin, onunla maraqlı şəxsin arasında mediasiya prosesi nəticəsində bağlanılmış həmin barışıq sazişi onun tərəfindən könüllü qaydada icra edilmədiyindən, barışıq sazişinin bir hissəsinin, yəni, alimentin ödənilməsinə dair bəndinin məcburi icrası üçün həmin hissə (bənd) təsdiq edilməli və bu barədə qətnamə çıxarılmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və xx.xx.2024-cü il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə maraqlı şəxsin məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Zaqatala RİHB-nın Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 yanvar 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə doğulmuş X3 atası Maraqlı şəxs, anası X2r. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00679 saylı barışıq sazişindən görünür ki, 1. mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilməmişdirlər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəlmişdirlər. 2. Mediasiya zamanı tərəflər, uşağın ananın himayəsinə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, anası X1 himayəsinə verilməsinə razılığa gəlmişdirlər. 3. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından 17 dekabr 2012-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə Ərizəçi aralarında olan nikahı pozulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2024-cü il tarixdə nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın himayədə saxlanması və alimentə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.” məzmunda 3-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 3-cü hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən reayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, MŞŞ/MT018/2024-00679 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər.”hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞŞ/MT018/2024-00679 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilməlidir. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞŞ/MT018/2024-00679 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin məbləğinin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2012-ci il təvəllüdlü X3, 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli) manat, sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilsin. 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar