Məhkəmə qərarları › İş №e-2(033)-458/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-458/2025

30.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-458/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X2 üçün ata- Maraqlı şəxs tərəfindən bir uşaq üçün hər ay 180 (bir yüz səksən) manat alimentin ödənilməsi barədə 17 oktyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə 04 noyabr 2016-cı il tarixdə Qax Rayon Tasmalı kənd İnzibati ərazi Dairəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə “Aylin” adlı qızları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-82/2023 iş nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Qax rayonu Tasmalı kənd İƏD üzrə nümayəndəliyində 04 noyabr 2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş nikah pozularaq, tərəflərin birgə nikahından 25 mart 2018-ci ildə doğulmuş X8 iddiaçı Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Belə ki, tərəflər 17 oktyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən ata - Maraqlı şəxs tərəfindən bir uşaq üçün hər ay 180 (bir yüz səksən) manat aliment ödəməsi barədə razılığa gəlinmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini və xx.xx.2023-cü il tarixli “Barışıq sazişi” nin məcburi icrası üçün sazişin ərizədə qeyd edilən və icra edilməyən hissəsinin təsdiq edilməsini xahiş etdi.. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə maraqlı şəxsin məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişindən görünür ki, 1. Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqlar, xx.xx.2018ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi , hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X7 tərəfindən Ərizəçi bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəldilər. 2. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqla ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqları, xx.xx.2018-cı ıl təvəllüdlü X8 ilə, atası Maraqlı şəxs, ata babası X5 və ata nənəsi X3 hər ayın axırıncı həftəsinin bazar günü saat 14:00-dan 17:00-a kimi, anası X4 iştirakı ilə, bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmamalı, barışıq sazişinin təsdiq edilməlidir. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olmuş və birgə nikahlarından 25 mart 2018-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə Ərizəçi aralarında olan nikahı pozulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və onlar arasında xx.xx.2023-cü il tarixdə aliment və uşaqla ünsiyyətə dair mediasiya prosesi keçirilmiş nəticədə “Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqlar, xx.xx.2018-ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi, hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X7 tərəfindən Ərizəçi bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəldilər.” məzmunda 3-cü bəndində yer aldığı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 1-ci hissəsinin şərtlərinə Maraqlı şəxs tərəfindən reayət olunmadığından Ərizəçi barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqlar, xx.xx.2018-ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi , hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X7 tərəfindən Ərizəçi bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəldilər.”hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 1-ci bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 1-ci bəndinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nigahdan doğulmuş uşaqlar, xx.xx.2018-ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi , hər ay, 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X7 tərəfindən Ərizəçi bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilməlidir. 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya zaman, tərəflər, mediasiyaya edilən 300 manat aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqlar, xx.xx.2018-ci il təvəllüdlü X1, üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin, X7 tərəfindən Ərizəçi bankda açılan carı hesabına ödəyəcəyinə razılığa gəlmələrinə” dair hissəsi təsdiq edilsin. 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi özənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar