Məhkəmə qərarları › İş №e-2(033)-469/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-469/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-469/2025 09.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 09 aprel 2025-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə müraciət edərək, 09 iyun 1958-ci il tarixdə doğulmuş X3 07 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun atası olmuşdur. X4 xx.xx.1958-ci ildə doğulmuş, Zaqatala rayonu Muxax kəndində yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat edərək Zaqatala rayonu Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. X3 xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində vəfat edərək kənd qəbiristanlığında dəfn olunması barədə Zaqatala RİHB-nın Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı vardır. O, xx.xx.2025-ci ildə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun vəfatını başqa qaydada qeyd etdirə bilmədiyinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı etiraz daxil olmamışdır. Ərizəçinin izahatı Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, X4 07 aprel 2022-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. Həmin vaxtı o rayonda olmamışdır. O, həmin vaxtı Mahaçqala şəhərində olmuşdur. Atasının dəfnində də iştirak etməmişdir. Atası Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. Atası vəfat edərkən evdə olan şəxslər onun ölümünü qeyd etdirməmişlər. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, ərizəçi onun qonşusudur. Onun atası Şıxməmməd 2022-ci ilin aprel ayında vəfat etmişdir. Ərizəçinin atası Muxax kənd qəbirstanlığında dəfn edilmiş və onun dəfnində özü də iştirak etmişdir. Həmin vaxtı ərizəçi rayonda olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası vəfat edərkən oğlu Mahaçqala şəhərində olmuşdur. Ərizəçinin atası xəstəlikdən vəfat etmişdir və onun yas mərasimində özü də iştirak etmişdir. Mərhum Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş sənədlər Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən 07 sentyabr 1985-ci ildə verilmiş Xİ-JQ 365475 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1980-cı ildə doğulmuşdur. X1 və X9r. Zaqatala RİHB-ın Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli arayışın surətindən görünür ki, 09 iyun 1985-ci il təvəllüdlü X8 07 aprel 2022-ci ildə vəfat etmişdir və o Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. AA ******* nömrəli şəхsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 09 iyun 1958-ci ildə doğulmuşdur. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi X3 07 aprel 2022-ci ildə ölüm faktını qeydə aldırmaq üçün müraciəti araşdırılmış, lakin həmin zaman sənədləşmə prosesi həyata keçirilmədiyindən ölüm faktının qeydə alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X12, X10 və X11 tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş X2 rayonunun Muxax kəndində yaşamış, xx.xx.2022-ci il tarixdə ölmüş və o Zaqatala rayonu Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. 24 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin (307.2.1.); şəxsin öhdədə olması faktının (307.2.2.); doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının (307.2.3.); ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının (307.2.4.); şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının (307.2.5.); mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının (307.2.6.); bədbəxt hadisə faktının (307.2.7.); müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının (307.2.8.); mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin (307.2.9.); atalığın etiraf olunması faktının (307.2.10.); “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının (307.2.10-1.); qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların (307.2.11.) müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından və ifadəsi alınmış şahid ifadələrindən aydın oldu ki, X8 07 aprel 2022-ci ildə vəfat etmiş və o, Zaqatala rayonu Muxax kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında tibbi şəhadətnaməsi yoxdur. Ərizəçi ölüm şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X5 07 aprel 2022-ci il tarixdə Zaqatala rayonunun Muxax kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 iyun 1958-ci ildə doğulmuş X5 07 aprel 2022-ci ildə Zaqatala rayonunun Muxax kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə 09 iyun 1958-ci il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar