Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-472/2023 22.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə edilmiş əmlaka pay hüququnun tanınması tələbinə dair” ilk iddia tələbinə; Cavabdeh İddiaçı qarşı “borcun bərabər bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “birgə nikah müddətində əldə edilmiş əmlaka pay hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2015-ci il tarixli lizinq müqaviləsiəsasında birgə nikah dövründə əldə edilmiş traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikaları bərabər paylara bölünməklə, həmin texnikaların hər ikisinin ½ (ikidə bir) hissəsinə mənim və digər ½ hissəsinə Cavabdeh paylarının, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən cavabdehin ümümbirgə mülkiyyətdə olan 0,1346 ha torpaq sahəsindən cavabdehin payına düşən 3,365 sot hissəsinin yarısına ( ½ ), yəni 0,1346 ha torpaq sahəsinin ⅛ hissəsinə mənim pay hüququmun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 14 noyabr 2005-ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ötən müddət ərzində cavabdehlə ümumi təsərrüfat aparmaqla birgə yaşamış, lakin son illər aralarında yaşanmış ailədaxili narazılıq və münaqişələr əsasında dözülməz bir vəziyyət yarandığından ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən də, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-836/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh, birgə nikah müddətində "xxxx" ASC (hazırda AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə bağlanmış 13 oktyabr 2015-ci il tarixli“ 2336-CL/15 nömrəli lizinq müqaviləsi əsasında traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikası almış və həmin texnikalara birgə gəlirləri hesabına ilkin və aylıq lizinq ödənişləri ödənilmişdir. Eləcə də, birgə nikah müddətində Cavabdeh adına ümümbirgə mülkiyyət hüququ əsasında JN-565A saylı xx.xx.2006-cı il tarixli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeydiyyatdan keçmiş 0,1346 ha həyətyani torpaq mövcuddur və bu sözügedən əmlaka ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Qeyd edilənlərə və aşağıda göstərilən hüquqi əsaslara görə hesab edir ki, 13 oktyabr 2015-ci il tarixli lizinq müqaviləsi əsasında birgə nikah dövründə əldə edilmiş traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikaları bərabər paylara bölünməklə həmin texnikaların hər ikisinin ½ (ikidə bir) hissəsinə onun və digər ½ hissəsinə Cavabdeh payları, yuxarıda göstərilən hüquqmüəyyənedici sənədə əsasən isə ümümbirgə mülkiyyət hüququ əsasında verilmiş 0,1346 ha torpaq sahəsindən cavabdehin payına düşən 3,365 sot hissəsinin yarısına ( ½ ) onun pay hüququm müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul olunmalıdır. Belə ki, qeyd olunan torpaq sahəsinin 4 nəfərin ümümbirgə mülkiyyətində olduğunu nəzərə alınsa, onda cavabdehə aid hissədən onun payına düşən ½ hissə aşağıdaki qaydada hesablanmalıdır: Ümümi sahə-0,1346 ha=13,46sot; 13,46sot : 4 = 3,365 sot; 3,365 : 2 = 1,6825≈1,7 sot, yəni 0,1346 ha torpaq sahəsinin ⅛ hissəsinə onun pay hüququ müəyyən edilməlidir. İddiaçı nümayəndəsi Vəkil 18 aprel 2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin azaldılması və iddianın dəyişdirilməsi” barədə ərizə verərək, 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/l 5 №-li lizinq müqaviləsinə əsasən istifadə və sahiblik hüququ əsasında əldə edilmiş traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarına tərəflərin birgə nikah müddətində birgə gəlirləri hesabına ödənilmiş 11470 manat lizinq ödənişlərinin yarısını təşkil edən 5435 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə qoyulmuş tələblər, yani lizinq müqaviləsinə əsasən əldə edilmiş traktor və kotana 1/2 pay hüququnun müəyyən edilməsi, həmin texnikalara mülkiyyət hüququnun cavabdehə keçib-keçmədiyinə dair verilmiş vəkil sorğusuna cavab verilmədiyindən iddiaçının təxmini ehtimalına uyğun olaraq qoyulmuş, eləcə də, birgə nikah müddətində Cavabdeh adına ümümbirgə mülkiyyət hüququ əsasında JN-565A saylı xx.xx.2006-cı il tarixli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeydiyyatdan keçmiş 0,1346 ha həyətyani torpaq sahəsinin Cavabdeh əvəzsiz keçməsinə dair məlumatlar sözügedən Şəhadətnamə və Çıxarışdan görünmədiyindən həmin sahənin 1/8 hissəsinə İddiaçınm mülkiyyət hüququnun tanınması barədə digər bir tələb də qoyulmuşdur. Mübahisənin hazırki vəziyyətində hesab edir ki, iddia tələbi Cavabdeh ümümbirgə mülkiyyəti hüququ ilə məxsus olan həyətyanı torpaq sahəsinin 1/8nə mülkiyyət hüququnun tanınması hissəsində azaldılmalı, lizinq müqaviləsinə əsasən cavabdehə məxsus traktor və kotana 1/2 pay hüququnun müəyyən edilməsi hissəsində isə, iddia tələbi dəyişdirilərək, Cavabdeh lizinq müqaviləsi əsasında əldə etdiyi traktor və kotanın istifadəsi üçün birgə nikah müddətində ödənilmiş lizinq ödənişlərinin yarısının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə yeni tələb qoyulmalıdır. Belə ki, cavabdeh, birgə nikah müddətində "xxxx" ASC (hazırda AR Kənd Təsənüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə bağlanmış 13 oktyabr 2015-ci il tarixli “ 2336- CL/15 nömrəli lizinq müqaviləsi əsasında traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikası almış və həmin texnikalara birgə gəlirləri hesabına ilkin və aylıq lizinq ödənişləri ödənilmişdir. Cavabdeh birgə nikah müddətində və həmçinin lizinq müqaviləsi üzrə texnikalar əldə edilən müddətdən aralarında olan nikah pozulanadək onun hər hansı sabit qazancı olmamış və aparılmış lizinq ödənişləri onun aldığı əmək haqqı və kredit vəsaitləri hesabına ödənilmiş, eləcə də, bu dövrə ödənilmiş lizinq ödənişlərinə dair qəbzlərin əsilləri onda saxlanılır. AR Mülki Məcəlləsinin 748-2.2 maddəsinə uyğun olaraq lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcimdə keçir. Eləcə də işdə olan 13 oktyabr 2015-ci il tarixli lizinq müqaviləsini 1.1 bəndinə əsasən əldə edilmiş Kənd Təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə keçir. AR Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən, əmlakdan istifadə hüquqları əmlak hüququ sayılır, həmin məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bu baxımdan hesab edirlər ki, cavabdehin lizinq müqaviləsi əsasındə əldə etdiyi texnikalar onların birgə nikah müddətində əldə etdikləri əmlak kimi dəyərləndirilməlidir, digər tərəfdən cavabdeh nikahın pozulmasından sonra lizinq ödənişləri başa çatdıracağı tədqirdə ona mülkiyyət hüququ əldə edəcək, beləliklə həmin əmlakdan birtərəfli qaydada bəhərlənəcək. Birgə nikah müddətində cavabdehlə birgə qazancları hesabına sözügedən texnikalara lizinq ödənişləri olaraq ümumilikdə 11470 manat pul vəsaiti ödənilmişdir. Odur ki, bu ödənişlər birgə nikah müddətində, birgə qazancları hesabına aparıldığından lizinq ödənişi kimi ödənilmiş 11470 manat pulun yarısını təşkil edən 5735 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Cavabdeh İddiaçı qarşı “borcun bərabər bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 9000 (doqquz min) manat borcun ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı arasında bərabər, yəni, hər bir tərəfə 4500 (dörd min beş yüz) manat olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikah müddətində lizinq müqavilələrinə əsasən əldə etdiyi borcun qalıq hissəsi olan 9000 (doqquz min) manat borcun bölünməsi ilə bağlıdır. Belə ki, qarşlılıqdi iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsi ilə lizinq müqavilələrinə əsasən istifadələrində olan Traktor Belarus- 892 və Kotan 4 gövdəli AG-14-4 texnikalarına payının müəyyən edilməsini istəyir. Hesab edir ki, buna görə də həmin texnikaların əldə olunması üçün ödəməli olduğu yerdə qalan 9000 (doqquz min) manat qarşlılıqdi iddia üzrə cavabdeh Gözəl Məmmədovla aralarında bərabər bölünməlidir. İlk iddia tələbinə qarşı etirazın dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 11 aprel 2023-cü il tarixdə məhkəməyə etiraz ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ona qarşı birgə nikah müddətində əldə edilmiş əmlaka payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia əsassızdır: İ. Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 texnikalar onun mülkiyyətində deyil ki, iddiaçının həmin əmlaka payı müəyyən edilsin. İşdə olan lizinq müqaviləsindən və qeydiyyat şəhadətnamələrindən müəyyən etmək mümkündür ki, həmin əmlakların mülkiyyətçisi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. İİ. İddia olunan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsini o, və ailə üzvləri nikahdan əvvəl, o cümlədən, əvəzsiz olaraq Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən əldə etmişlər. Bu səbəbdən də həmin əmlak onların birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia üzrə İddiaçı 18 aprel 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli lizinq müqavləsinə əsasən yaranmış 9000 manat borcun onunla Cavabdeh arasında bərabər yəni hər bir tərəfə 4500 manat olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Aşağıdaki əsaslara görə hesab edir ki, göstərilən tələb qanunsuz və əsassız olmaqla məhkəmə tərəfindən rədd olunmalıdır. Belə ki, AR Mülki Məcəlləsnin 747.1 -ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bu maddənin məzmunundan göründüyü kimi lizinq müqaviləsi şərtləşdirilmiş müəyyən haqla lizinq predmetinin lizinq alanın istifadəsinə verilməsini nəzərdə tutur. Eləcə də, lizinq müqaviləsinin mahiyyətinə görə cavabdeh nikahın pozulmasından sonra lizinq ödənişlərin başa çatdıracağı tədqirdə ona tam mülkiyyət hüququ əldə edəcək, lizinq ödənişləri aparılmadığı halda isə heç bir əlavə şərt qoyulmadan lizinq predmetini lizinq verənə qaytarmalı olacaq. Göründüyü kimi, qanunun və müqavilənin mahiyyətinə görə o, lizinq müqaviləsinə görə yaranmış borc üzrə hər hansı öhdəlik daşımır. Əksinə, hazırki vəziyyətdə lizinq müqaviləsi üzrə ödənişlərin ödənilməməsindən irəli gələn nəticələr üçün risk Cavabdeh üzərinə düşür. İlk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil 13 iyun 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, E-2(033)-472/2023 saylı mülki iş üzrə Cavabdeh qarşılıqlı iddiasına dair verilmiş xx.xx.2023-cü il tarixli etiraza əlavə olaraq bildirir ki, Cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2015ci il tarixli lizinq müqaviləsinə əsasən yaranmış 9000 manat borcun İddiaçı ilə aralarında bərabər, yəni hər bir tərəfə 4500 manat olmaqla bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, 9000 manat borcun yaranmasına dair, eləcə də, bu borcun hansı hissəsinin və ya bütövlükdə birgə nikah müddətində yaranmasına dair mötəbər sübutlarını bu günədək məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ötən 2 il ərzində qarşılıqlı iddiaçının tələb etdiyi borc məbləğinin yəni 9000 manatın bu günədək ödənilməməsi ağlabatan olmamaqla, işin qeyri-müəyyən halıdır. Belə ki, iş materiallarında mövcud olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2.17 bəndinə əsasən müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən, qrafik üzrə ödəniş ardıcıl olaraq 1 dəfədən artıq yerinə yetirilmədikdə, lizinq verənin tələbi ilə texnikanın istismarı dayandırılıb lizinq saxlayana təhvil verilməli və bu müqavilənin 5.2 bəndində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürməlidir. Buna baxmayaraq, sözügedən kənd təsərrüfatı texnikaları bu gündə ilk iddia üzrə Cavabdeh istifadəsindədir və o həmin texnikaların istismarını həyata keçirir. Göründüyü kimi işin hazırki vəziyyətində qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qalıq borc məbləği və bu borcun məhz birgə nikah müddətində yaranmasına dair iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən borc məbləğinin müəyyən edilməsi məqsədilə verilmiş vəkil sorğusu təmin olunmamış, eləcə də, məhkəmə tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli sorğuya da "xxxx" ASC tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavab verilməmişdir. AR MPM-nın 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin halları: İş materiallarına əlavə edilmiş «Аqrоlizinq» АSC ilə Cavabdeh аrаsındа bаğlаnmış 13 oktyabr 2015-ci il tarixli 2336-GL/15 nömrəli müqаvilədən görünür ki, lizinq verən məbləği 12640 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqaviləyə əsаsən Cavabdeh müqаvilənin tərkib hissəsi оlаn ödəniş qrаfikinə uyğun şəkildə ödəmək şərti ilə Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 texnikaları lizinqə götürmüşdür. İş materiallarına əlavə edilmiş «Аqrоlizinq» АSC-in 13 noyabr 2015-ci il tarixli 5311 saylı əmrindən görünür ki, Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 texnikaları güzəşt edildikdən sonra Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Azərbaşdövləttexnəzarət” müfəttişlyinin TH 026170 saylı 31 mart 2015-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Traktor Belarus MTZ 892 texnikası «Аqrоlizinq» АSC-in mülkiyyətindədir və 16 yanvar 2015-ci il tarixli 156-2/15 saylı müqaviləyə əsasən Cavabdeh lizinqə verildiyindən həmin texnika satıla bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Azərbaşdövləttexnəzarət” müfəttişlyinin 1724 saylı 31 mart 2015-ci il tarixli qeydiyyat talonunun surətindən görünür ki, Kotan AG-14-4 texnikası «Аqrоlizinq» АSC-in mülkiyyətindədir və 16 yanvar 2015-ci il tarixli 156-2/15 saylı müqaviləyə əsasən Cavabdeh lizinqə verildiyindən həmin texnika satıla bilməz. İş materiallarına əlavə edilmiş 15 yanvar, 30 sentyabr 2015-ci il tarixli, 18 avqust 2016-cı il tarixli kassa məxaric orderlərindən görünür ki, «Аqrоlizinq» АSC-ə Cavabdeh tərəfindən 3370, 3160 və 900 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2016, 18 dekabr 2017, 11 sentyabr 2018, 01 fevral 2019 və 13 dekabr 2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən «Аqrоlizinq» АSC-ə ümumilikdə 4100 manat pul köçürülmüşdür. İş materialların əlavə edilmiş 28 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilməməsi barədə qərar qəbul etmişlər. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Tala kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 72-ci səhifəsinə əsasən Cavabdeh təsərrüfatında 0,12 ha həyətyanı torpaq sahəsi v ə bir ədəd traktor vardır. İddiaçı 2005-ci ilin noyabr ayından hal-hazıradək qayınatası X2 evində övladları ilə birgə yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Tala kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi qızı X3 və oğlu X1 ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 748-8.1-ci maddəsinə əsasən lizinq alanın öhdəliklərinə görə üçüncü şəxslərin iddiası lizinqin predmetinə yönəldilə bilməz. 748-7.1-i maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ərarvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ərarvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, ilk iddiaya görə iddiaçı 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/l 5 №-li lizinq müqaviləsinə əsasən istifadə və sahiblik hüququ əsasında əldə edilmiş Traktor Belarus- 892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarına tərəflərin birgə nikah müddətində birgə gəlirləri hesabına ödənilmiş 11470 manat lizinq ödənişlərinin yarısını təşkil edən 5435 manat pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Hesab edir ki, Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarına ödənilmiş lizinq ödənişləri onların arasında bölüşdürülməlidir. Cavabdeh isə lizinq müqaviləsinə əsasən mübahisəli Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarının hazırda lizinq verən "xxxx" ASC-ə 9000 manat lizinq borcunun İddiaçı ilə aralarında bərabər bölünməsi tələbini irəli sürmüşdür. İş materiallarından görünür ki, mübahisəli Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikaları ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində deyil, həmin texnikalar "xxxx" ASC-in mülkiyyətində olmaqla 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/l 5 №-li lizinq müqaviləsinə əsasən lizinq ödənişləri əsasında Cavabdeh istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, yalnız nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, bu səbəbdən iş materiallarından göründüyü kimi, Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarına dair lizinq müqaviləsində nəzərdə tutulmuş ödənişlər tərəflərin birgə nikah dövrü ərzində tam icra olunmadığından və lizinq obyektləri bu gün də lizinq verənini tam mülkiyyətində olduğundan həmin əmlak tərəflərin birgə nikah dövrü əldə edilmiş əmlak kimi qirmətləndirilə bilməz. Bundan başqa məhkəmə, ilk iddia ərizəsi üzrə lizinq ödənişi kimi ödənilmiş vəsaitin yarısının ilk iddia üzrə cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair hissəsini də əsassız hesab edir. Belə ki, həmin ödənişlər tərəflərin birgə nikahda olduqları müddət ərzində aparılmış olsa da, aparılmış ödənişlər nəticəsində tərəflər texnikanın istifadəsi nəticəsində əldə olunmuş qazancı birgə nikah dövrü öz istəklərinə uyğun xərcləmişlər. Bundan başqa məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə qeyd etmək istəyir ki, Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikaları hazırda ilk iddia ərizəsi üzrə cavabdehin istifadəsindədir, və gələcəkdə onun tərəfindən lizinq ödənişlərinin aparılıb-aparılmaması heç kimə məlum deyil. Ödənilməmiş lizinq haqqının yarısının ilk iddia ərizəsi üzrə iddiaçıdan tələb etmək yuxarıda qeyd olunan hüquq normaları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə qeyd etmək istəyir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/l 5 №-li lizinq müqaviləsi üzrə götürülmüş öhdəlik tərəflərin birgə nikah dövrü götürülmüş öhdəlik olsa da, bir birlərinə münasibətdə tərəflərin bərabər payda ümumi borcları hesab edilsə də, bu borc məbləğinin tərəflər arasında riyazi olaraq bərabər bölünməsi və tərəflərdən hər birinin məhz borcun həmin hissəsinin ödənilməsinə cəlb edilməli olduğu mənasına gəlmir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, lizinq təşkilatı qarşısındakı ödənilmiş lizinq haqqı və lizinq borcu məbləğinin tərəflər arasında iddia ərizələrində göstərilən qaydada bölünməsi mülki qanunvericiliyin yuxarıda istinad edilən normaları ilə uzlaşmamaqla yanaşı, həmçinin bu cür mövqenin seçilməsi tərəflərin hüquqlarının da pozulmasına gətirib çıxarardı. Məhkəmə eyni zamanda bildirmək istəyir ki, İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-yə ödəmiş olduğu bütün lizinq ödənişlərinə dair qəbzləri məhkəməyə təqdim edildiyindən eyni məzmunlu məhkəmənin sorğusuna cavabı "xxxx" ASC-dən gözlənilməsinin anlamı qalmır, işin bu səbəblə dəfələrlə təxirə salınması işin əsassız yerə uzadılmasına səbəb olacaqdır. Həmçinin qeyd olunmalıdır ki, hər iki iddia tələbləri təmin edilmədiyindən, həmçinin tərəflər ödədikləri dövlət rüsumlarını tələb etmədiklərindən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərci tələb edilmədiyindən, həmin xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İlk iddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/l 5 №-li lizinq müqaviləsinə əsasən istifadə və sahiblik hüququ əsasında əldə edilmiş Traktor Belarus- 892 və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarına birgə nikah müddətində birgə gəlirləri hesabına ödənilmiş 11470 (on bir min dörd yüz yetmiş) manat lizinq ödənişlərinin yarısını təşkil edən 5435 (beş min dörd yüz otuz beş) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli, 2336-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 9000 (doqquz min) manat borcun İddiaçı arasında bərabər, yəni, hər bir tərəfə 4500 (dörd min beş yüz) manat olmaqla bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərc onun özünə aid edilsin. Hər iki tələb üzrə ödənilmiş dövlət rüsumları hər bir tərəfin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-472/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-472/2023
22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver