Məhkəmə qərarları › İş №e-2(033)-485/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-485/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-485/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə Rusiya Federasiyasında (keçmiş RSFSR-də) doğulmuş X4 xx.xx.2018-ci il tarixdə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X8 xx.xx.1972-ci ildə Rusiya Federasiyasında (keçmiş RSFSR-də) doğulmuş, ünvan 1 ünvanında yaşamış və xx.xx.2018-ci il tarixdə yaşadığı ünvanda vəfat edərək Zaqatala şəhər (Car küçəsi) qəbiristanlığında dəfn edilmişdir. Qızı X4 vəfatından əvvəl ünvan 1 ünvanında yaşaması və xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə Zaqatala Rayon Mənzil İstismar İdarəsi tərəfindən arayış verilmişdir. Bundan başqa qızı X4 Zaqatala şəhər (Car küçəsi) qəbiristanlığında dəfn olunmasını onun qəbrinin foto şəkili və dəfnində iştirak etmiş şahidlər təsdiq edə bilərlər. O, xx.xx.2023-cü ildə qızının ölümü haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, qızı X4 ölüm faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Qeyd etdiyi kimi, qızının xx.xx.2018-ci il tarixdə Zaqatala rayonunda vəfat etməsini və Zaqatala şəhər qəbiristanlığında dəfn edilməsini ərizəyə əlavə etdiyi sənədlər, qəbrinin foto şəkili və şahidlər təsdiq edə bilərlər. Şahidlərlə bağlı məlumatı məhkəmədə işə baxılarkən təqdim edəcək. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Maraqlı şəxs rəisi X6 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirdi ki, o, Zaqatala şəhəri Sülh küçəsi ünvanında yaşayır, Ərizəçi onun qonşusudur. X8 ərizəçisinin qızıdır və o, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O Zaqatala şəhərində Qaladüzü adlanan ərazidə yerləşən qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin qızının dəfnində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, Ərizəçi ilə dostluq münasibətləri var və onun qızı X8 xx.xx.2018-ci il tarixdə yaşadığı Zaqatala şəhəri Sülh küçəsində yerləşən mənzildə vəfat etmişdir. O vəfat etdikdə o da həmin mənzildə olmuşdur. Ərizəçinin qızının dəfnində və yas mərasimində şəxsən iştirak etmişdir. İşin halları İ-PЛ seriyalı 261275 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 22 may 1972-ci il tarixdə anadan olmuş X4 atası X10, anası Ərizəçi Maqamed qızıdır. Zaqatala Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri Sülh küçəsi ev 7, mənzil 14 ünvanında yaşamış və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən 11 mart 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-16-5/8-13- 188 nömrəli məktubdan görünür ki, X4 ölüm faktının qeydə alınmasından imtina edilmiş və faktın təsdiq edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən Ərizəçi ünvanlanmış 19 may 2023-cü il tarixli PHŞ-6-78/2-İ-xx-xx/2023 nömrəli məktubundan görünür ki, müraciəti əsasında Zaqatala RMX PHŞ-nin Arxiv bölməsində “Təcili Yardım" şöbəsinin 2018-ci ilə aid “Çağırış jurnalı”na baxış keçirilmiş, orada qızınız xx.xx.1972-ci il təvəllüdlü X4 qeydiyyatı barədə məlumata rast gəlinməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi qızı-22 may 1972-ci il təvəllüdlü Rusiya Federasiyasında doğulmuş X8 25 dekabr 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etmişdir. Bu fakt ərizəyə əlavə edilmiş arayışlarla, fotoşəkillə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, X4 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmiş, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qızı- X4 25 dekabr 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi qızı-22 may 1972-ci il təvəllüdlü Rusiya Federasiyası, Komsomolsk rayonunda doğulmuş X4 25 dekabr 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar