Məhkəmə qərarları › İş №e-2(033)-492/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-492/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-492/2025 03.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi2 tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Ərizənin dəlilləri Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 23 dekabr 1974-cü ildə Zaqatala rayonunda anadan olmuş X6 30 dekabr 1974-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Aslanova X3 rayonu Əliabad qəsəbəsində yaşayır. X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Adı çəkilən X7 ərizəçinin xalasıdır. Xalası sağlığında bütün daşınan və daşınmaz əmlaklarını ona vəsiyyət etmişdir. Xalasının vəfatından sonra miras qalmış əmlaklar ilə bağlı notariat ofisinə müraciətdə müəyyən edilmişdir ki, xx.xx.1974-cü il tarixdə X5 X13 adlı övladı dünyaya gəlmişdir lakin 1 həftə yaşamış xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Miras qalmış əmlak üçün xx.xx.1974-cü il tarixdə X6 ölüm faktının müəyyən olunması zərurəti yaranmışdır. Hazırda Zaqatala rayonu Əliabad kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi oğlu ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X12, X6 xəstə doğulduğunu 1 həftə sonra Bakıda vəfat etdiyini və kəndə gətirilərək dəfn edildiyini bildirmiş X5 başqa uşağının olmadığını əlavə etmişdir. Şahid qismində dindirilmiş X1 Fidan Telman qızının qonşusu olduğunu o vəfat etdiyi dövrdə çox gənc olduğunu lakin ölüm xəbərini eşitdiyini bildirmişdir. Dəfn mərasimində atasının iştirak etdiyini də əlavə etmişdir. İşin halları Zaqtala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1974-cü il tarixdə anadan olmuş X2 qəsəbəsinin 10-cu briqada ərazisinin qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş aktdan görünür ki, Zaqatala rayon Əliabad qəsəbəsində sakini, xx.xx.1974-cü il təvəllüdlü, mərhum X8 aid olan ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2004-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 nikahı ləğv edilmişdir. Zaqatala rayonu Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsinin sakini xx.xx.1974-cü il təvəllüdlü mərhum X6 xx.xx.1974-cü il tarixində vəfat etməsi ilə bağlı Zaqatala RMX PHŞ-nın Arxiv bölməsində hər-hansı bir məlumat aşkarlanmamışdır. Bakı şəhərinin 29 saylı notariat tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş N 631 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsəsi olan Ərizəçi notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi xalası qızı-xx.xx.1974-cü il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X13 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Bu fakt ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillərlə və məhkəmə tərəfindən tələb edilmiş digər sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Göründüyü kimi, X6 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi xalası qızı-X6 23 dekabr 1974-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi oğlu dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi xalası qızı -23 dekabr 1974-cü il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X6 30 dekabr 1974-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi oğlunun dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar