Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-546/2023 11.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 11 avqust 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 22 aprel 1997-ci ildə Zaqatala rayonunun Danaçı kəndində doğulmuş X3 29 iyul 2017-ci ildə Türkiyə Respublikasında keçirdiyi yol qəzasında ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1997-ci ildə Zaqatala rayonu Danaçı kəndində doğulmuş, Zaqatala rayonu Danaçı kəndində yaşamış və xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasında yol qəzasında vəfat edərək Zaqatala rayonu Danaçı kəndinin Mehdioba qəbiristanlığında dəfn edilmişdir. Oğlunun vəfatından əvvəl Zaqatala rayonu Danaçı kəndində yaşaması və xx.xx.2017-ci il tarixdə vəfat etməsi və onun Zaqatala rayonu Danaçı kəndinin Mehdioba qəbiristanlığında dəfn edilməsi barədə Zaqatala RİHB-nın Danaçı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayış verilmişdir. Bundan başqa oğlu Ərizəçi Zaqatala rayonu Danaçı kəndinin Mehdioba qəbiristanlığında dəfn olunmasını onun qəbrinin foto şəkili və dəfnində iştirak etmiş şahidlər təsdiq edə bilərlər. O, xx.xx.2023-cü ildə oğlunun ölümü haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hazırda oğlu Türkiyə Respublikasında vəfat etdiyinə görə və ölümündən uzun müddət keçdiyinə görə ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün deyildir. Hesab edir ki, oğlu Ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında göstərmişdir ki, mərhum onun qonşusunun oğludur. Həqiqətən də Səid Mehdiyev xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasında vəfat etmiş və o, Zaqatala rayonuna gətirilərək Danaçı kəndinin Mehdioba qəbiristanlığında dəfn olunmuşdur. Onun dəfnində özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 məhkəmə iclasında göstərmişdir ki, mərhum onun əmisi oğlu olmuşdur. Həqiqətən də Səid Mehdiyev xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasında avtoqəza nəticəsində vəfat etmiş və onun cənazəsi Zaqatala rayonuna gətirilərək Danaçı kəndinin Mehdioba qəbiristanlığında dəfn olunmuşdur. Onun dəfnində özü də iştirak etmişdir. İşin halları Mülki işin materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X6 həqiqətən 2017-ci ilin iyul ayında vəfat etmiş və Danaçı kəndinin Mehdioba qəbirstanlığında dəfn edilmişdir. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli məktubdan görünür ki, X3 29 iyul 2017-ci ildə ölüm faktını qeydə aldırmaq üçün müraciəti araşdırılmış, lakin ölüm faktının qeydə alınmasının mümkün olmadığı müəyyən edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinin tələbinə əsasən ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacibdir. Həmin maddəyə əsasən “ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Ərizəçiyə ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş AZE seriyalı 00315367 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 aprel 1997-ci ildə Zaqatala rayonunun Danaçı kəndində doğulmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 aprel 1997-ci ildə doğulmuşdur. Valideynləri Ərizəçi və X2r. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzaərtinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997ci il təvəllüdlü X3 cənazəsinin 01 avqust 2017-ci il tarixdə ölkə ərazisinə gətirilməsi barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, X6 29 iyul 2017-ci il tarixdə Türkiyə Respublikasında vəfat etmiş və o Zaqatala rayonunun Danaçı kəndinin Mehdioba qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 29 iyul 2017-ci il tarixdə Türkiyə Respublikasında vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 aprel 1997-ci ildə Zaqatala rayonunun Danaçı kəndində doğulmuş X3 29 iyul 2017-ci ildə Türkiyə Respublikasında keçirdiyi yol qəzasında ölməsi faktı müəyyən edilsin. Qətnamə 22 aprel 1997-ci il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-546/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-546/2023
11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver