Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-558/2023 18.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X4 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 mart 1964-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı X6 xx.xx.2018-ci il tarixdə Zaqatala rayonunda ölməsinin qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 27 mart 1964-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. O, xx.xx.1986-cı il tarixdə X10 ilə rəsmi qaydada evlənmişdir. Həyat yoldaşı X10 xx.xx.2018-ci il tarixdə Zaqatala rayonunda vəfat etmişdir. Mərhum həyat yoldaşını xx.xx.2018-ci il tarixdə Zaqatala rayonu Çökək qəbiristanlığında dəfn etmişlər. O, savadsızlığından həyat yoldaşının ölümünü qeydiyyat şöbəsində qeyd etdirməməklə, ölüm haqqında şəhadətnaməni almamışdır. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar həyat yoldaşı X6 ölümünün qeyd edilməsi barədə ölüm haqqında şəhadətnamə lazımdır. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, lakin orada həyat yoldaşının ölümünün qeydə alınmasından imtina edilmiş, bu barədə məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X7 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. O, əlavə olaraq Ərizəçi mərhum əri X6 ölümünün qeydə alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etdiyini, lakin vaxtında müraciət etmədiyindən və ölümünə dair hər hansı sənəd təqdim edə bilmədiyindən ölüm akt qeydinin tərtib edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, X10 onun həyat yoldaşının qardaşıdır. İçki düşkünü olub. İstirahət üçün dostları ilə çay kənarına gedib və orada yeyib-içdikdən sonra dostları evə qayıtmış, lakin Eyvaz qayıtmamışdır. Səhər xəbər gəlmişdir ki, Eyvaz Osmanovun nəşi çaydan çıxıb. Daha sonra onlara təhvil verilmişdir. X5 xx.xx.2018-ci il tarixdə Zaqatala rayonunda vəfat etmişdir. Mərhumu xx.xx.2018-ci il tarixdə Zaqatala rayonu Çökək qəbiristanlığında dəfn etmişlər. İşin halları AZE seriyalı 03441602 nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu Y.Tala kəndində anadan olmuşdur. İV-ЖГ seriyalı 310464 nömrəli Nikah bağlanılması haqqında şəhadətnamədən görünür ki, 27 mart 1964-cü il tarixdə anadan olmuş X10 01 noyabr 1986-cı il tarixdə Səringül İbad qızı ilə nikah bağlamış və onların nikahları həmin gün nikah haqında akt qeydləri kitabında 151 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Zaqatala Rayon İcra Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X1 şəhəri N.Hikmət küçəsi ev 19 ünvanında yaşamış və 24 mart 2018-ci il tarixdə vəfat etmişdir. X2 Çökək qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən 04 aprel 2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-16-5/8- 233/23 nömrəli məktubdan görünür ki, X6 ölüm faktının qeydə alınmasından imtina edilmiş və faktın təsdiq edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Zaqatala Rayon Prokurorluğunun 26 may 2023-cü il tarixli məktubundan görünür ki, 2018-ci ildən bu günədək Zaqatala rayon prokurorluğunda X6 ölüm hadisəsi ilə bağlı material olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, Ərizəçi əri-27 mart 1964-cü il təvəllüdlü Zaqatala rayonu Y.Tala kəndində doğulmuş X10 24 mart 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etmiş, Çökək qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt ərizəyə əlavə edilmiş arayışla, fotoşəkillərlə və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə də öz təsdiqini tapır. Göründüyü kimi, X6 ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. Ərizəçi həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin ərizədə şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, ərizəçinin həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi əri-X6 24 mart 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Ərizəçi əri-27 mart 1964-ci il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X6 24 mart 2018-ci il tarixdə Zaqatala şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-558/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-558/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver