Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-571/2025 07.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında pulun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququ əsasında pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1400 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişinin, 34.4 (otuz dörd manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 1434.4 (min dörd yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Vidadi küçəsində Cavabdeh1 mülkiyyətində olan, "xxxx" ASC-də (bundan sonra ASC) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Kia Rio minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı və “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Zaqatala RPŞ-nin polis leytenantı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”a əsasən Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyi üçün sonuncu barəsində AR İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat, “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 1100 (min yüz)manat məbləğində zərər dəymiş və cəmin 1400 (min dörd yüz) manat məbləğində sığorta ödənişi həmin avtomobillərə dəymiş zərərə görə ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Kia Rio minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Kia Rio minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh2 avtomobili idarə etmək hüququ olmamışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”a əsasən Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyi üçün sonuncu barəsində AR İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ” dan, “elektron notariat” informasiya sistemindən çıxarışdan və “Kia Rio minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. "xxxx" ASC-nin zərərin hesablanması aktlarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 (üç yüz) manat, “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 1100 (min yüz)manat məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli sığorta aktı və həmin tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 300 (üç yüz) manat, “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 1100 (min yüz) manat məbləğində sığorta ödənişləri edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, BS-S-25/0033 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş1400 (min dörd yüz) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları PBA********** Nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən görünür ki, «X1 məxsus 77KD682 dövlət nömrə nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1100 manat "xxxx" ASC tərəfindən X7 ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 300 manat "xxxx" ASC tərəfindən X3 ödənmişdir. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 1400 manat sığorta ödənişi məbləğində pul vəsaitini cavabdehlərdən 05 (beş gün) müddətində iddiaçı "xxxx" ASC-nə ödəməsi tələb olunmuşdur. Avto Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, zərər vuran cavabdehlər Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Kia Rio” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkən şəxs X2 etibarnamə əsasında idarə etdiyi “Vaz2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili və X4 məxsus “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması nəticəsində həmin avtomobillərə maddi ziyan dəymişdir. Zaqatala Rayon Polis X15 X6 rayonu DAM polis leytenantı X8 tərəfindən xx.xx.2024cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “Kia Rio” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi və yol hərəkəti qaydalarını pozduğu üçün sonuncu barəsində AR İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Kia Rio” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur və həmin avtomobildən istifadə hüququ X5 tərəfindən xx.xx.2025-ci il tarixədək Cavabdeh2 etibar edilmişdir. "xxxx" ASC-in zərərin hesablanması aktlarından görünür ki, Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 300 manat, “Vaz2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərər 1100 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “Kia Rio minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Həmin avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və bu zaman avtomobil Cavabdeh2 tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticədə “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı və “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər dəymişdir. Nəqliyyat vasitələrinə dəymiş maddi zərər müvafiq olaraq 300 manat və 1100 manat hesablanaraq həmin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə "xxxx" ASC tərəfindən ödənmişdir. Məhkəmə araşdırılmasında həm də müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə yuxarıda şərh edilən Mülki Məcəllənin şərh edilən normalarına əsaslanaraq, hesab edir ki, vurulan maddi zərərin əvəzi olan 1400 manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçı "xxxx" ASC-in xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilərək, sığortalı Cavabdeh1 ilə bağlanmış "xxxx" ASC ilə sığortalı Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi”nə əsasən sığortalının “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı və “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillərə vurduğu maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 1400 manat sığorta ödənişi alınıb iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İşdən görünür ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 34,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tərəfindən ödənilmiş 34,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284,284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Sığortalı Cavabdeh1 ilə bağlanmış xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi”nə əsasən sığortalının “Ford Transit yük” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı və “VAZ 2105 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillərə vurduğu maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 1400 (bir min dörd yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,40 (otuz dörd manat qırx qəpik) manat olmaqla, cəmi 1434,4 (bir min dörd yüz otuz dörd manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-571/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-571/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver