Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-580/2023 02.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 qızının katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması və çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı xxxx cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan X9 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində Banka mülkiyyət hüququ əsasında məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən çıxarılmalarını və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC "xxxx" Bankına təhvil verilməsini, iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı, Borc alan X2 xx.xx.2015-ci il tarixli **********57715 №-li kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə xx.xx.2015-ci il tarixli **********57715/İM №-li İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli 2(033)-1662/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olmuş Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzilə (bundan sonra “Mənzil” adlandırılacaq) tutma yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan bank apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-2798/2018 №-li qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli 2(033)-1662/2017 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X3 Mərkəzi” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış, hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da YP-116 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə hərrac təşkilatçısı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mənzilə iddiaçı ASC "xxxx" Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddiaçının tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, 2015-ci ildə "xxxx" Bankının “Zaqatala” filialından 18500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüş və bugünə kimi iddiaçı xxxxna bir müddət pul ödəmişlər. Hazırda iddiaçıya olan əsas borc məbləği ilə razı olduğunu, lakin faiz borcunun həddən artıq çox olduğunu və pensiyaçı olduğundan həmin məbləği bir dəfəyə ödəmək imkanının olmadığını bildirdi. Borcu yalnız noyabr ayınadək ödəyə biləcəyini və bu barədə bankın baş ofisi ilə razılığa gəldiklərini göstərdi. O, ipoteka predmeti və iddia tələbinin predmeti olan evdə ailəsi ilə birlikdə yaşayır, ailə üzvləri arasında azyaşlılar da var. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin izahatına uyğun izahat verərək hazırda xxxx ilə razılaşdıqlarını, yenidən evlərinin dəyəri olan pul məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı bankla razılığa gəldiklərini bildirdi. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-1662/2017 nömrəli 08 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, üçüncü şəxs X1 xx.xx.2015-ci il tarixli **********57715 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 17035,17 (on yeddi min otuz beş ABŞ dolları on yeddi sent) ABŞ dolları əsas kredit borcu, 3688,87 (üç min altı yüz səksən səkkiz ABŞ dolları səksən yeddi sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və xx.xx.2017-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 20924,04 (iyirmi min doqquz yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları kredit borcunun, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17,40 (on yeddi manat qırx qəpik) manatın, həmçinin ödənimiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə tutulması, cəmi 20924,04 (iyirmi min doqquz yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları kredit borcun, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17,40 (on yeddi manat qırx qəpik) manat, həmçinin ödənimiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutmanın xx.xx.2015-ci il tarixli **********57715/İM nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat təyin olunmaqla, açıq hərracda satılması və onun satışından əldə edilmiş maliyyə vəsaiti hesabına üçüncü şəxs X2 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına olan borcunun ödənilməsi qət edilmişdir. “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 may 2021-ci il tarixli 116 nömrəli hərracın nəticələri haqqında protokoldan görünür ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 129669 saylı sifarişi əsasında keçirilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satışı üzrə qalib Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank”, əmlakın ipoteka saxlayan tərəfindən alış qiyməti isə 17850 manat olmuşdur. “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank” arasında bağlanmış 21 may 2021-ci il tarixli İpoteka predmetinin alqı-satqısı barədə müqavilədən görünür ki, “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş hərracın nəticələri haqqında YP 116 nömrəli, xx.xx.2021-ci il tarixli protokoluna əsasən keçirilmiş hərracın qalibi kimi Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank” ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili 17850 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı ASC "Xalq” Bankının adına qeydiyyata alınmışdır. Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank” tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili 1 (bir) ay müddətindən gec olmayaraq tərk etməsi tələb olunmuş və əks halda Bank tərəfindən məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəyi bildirilmişdir. Zaqatala Rayon Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 316 nömrəli arayışından görünür ki, ünvan 2-də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Rusiya Federasiyasında yaşayan- Cavabdeh4, Cavabdeh5 və X9 qeydiyyatdadır. Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş və Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X6 tərəfindən imzasının həqiqiliyi təsdiq edilərək reyestrə 7E-7027 nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili Açıq Səhmdar Cəmiyyəti və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və ya satıldıqda mənzili qeyri-şərtsiz tərk etmələrinə dair öhdəlik götümüşdür. Cavabdeh3 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş və Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən imzasının həqiqiliyi təsdiq edilərək reyestrə 7E-6984 nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili Açıq Səhmdar Cəmiyyəti və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və ya satıldıqda mənzili qeyri-şərtsiz tərk etmələrinə dair öhdəlik götümşdür. X10 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş və Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən imzasının həqiqiliyi təsdiq edilərək reyestrə 7E-7028 nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili Açıq Səhmdar Cəmiyyəti və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və ya satıldıqda mənzili qeyri-şərtsiz tərk etmələrinə dair öhdəlik götümşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli 2 (033)-1662/2017 nömrəli qətnaməsi ilə cəmi 20924,04 (iyirmi min doqquz yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları kredit borcun, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17,40 (on yeddi manat qırx qəpik) manat, həmçinin ödənimiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutmanın xx.xx.2015-ci il tarixli **********57715/İM nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat təyin olunmaqla, açıq hərracda satılması və onun satışından əldə edilmiş maliyyə vəsaiti hesabına üçüncü şəxs X2 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına olan borcunun ödənilməsi qət edilmişdir. Həmin əmlak Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 129669 saylı sifarişi əsasında “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təşkil edilmiş açıq hərracda 17850 manata Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank”-a satılmış və hərracın nəticələri haqqında 21 may 2021-ci il tarixli 116 nömrəli protokol tərtib edilmişdir. Həmin tarixdə “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank” arasında bağlanmış 21 may 2021-ci il tarixli İpoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq Bankı”ın adına qeydiyyata alınmışdır. İpotekaya qoyulmuş Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və X9 hazırda qeydiyyatdadırlar və mənzilin sabiq mülkiyyətçisi olan Cavabdeh1 və onun ailə üzvləri yeni mülkiyyətçi olan Açıq Səhmdar Cəmiyyəti "Xalq Bankı” qarşısında mənzili tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtina etmişlər. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan X9 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində çıxarılmalarını və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC "xxxx" Bankına təhvil verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olmuş ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzilə tutma yönəlmiş və həmin ipoteka predmeti olan həmin mənzil satılmışdır. Hal hazırda iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı həmin evin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Əmlakın mülkiyyətçisinin eyni zamanda həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək hüququ da vardır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzil üzərində qanunla qorunan hər hansı hüquqları yoxdur. Cavabdehlər hər hansı hüquqları olmadığı halda iddianın predmeti olan mənzildən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onlarla birlikdə yaşayan X9 iddiaçıya məxsus mənzildən çıxarılmalı və həmin mənzil mülkiyyətçisi olan iddiaçı xxxxna təhvil verilməlidir. İş materiallarından da görünür ki, cavabdehlərin çıxarılmaları tələb olunan mənzil Cavabdeh1 mülkiyyəti olaraq ipotekaya qoyulmuş və ipoteka müqaviləsinin predmeti olaraq həmin mənzilə tutma yönəldilməklə satılmışdır. İpoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qanunvericilikdə eyni zamanda ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayıldığı da göstərilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ipoteka müqaviləsi bağlandığı xx.xx.2015-ci il tarixdə onunla birgə yaşayan yetkinlik yaşın çatmış ailə üzvləri olan cavabdehlər Cavabdeh2 xx.xx.2015-ci il tarixdə, Cavabdeh3 xx.xx.2015-ci il tarixdə, Cavabdeh6 xx.xx.2015-ci il tarixdə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,05 kv.m olan mənzili Açıq Səhmdar Cəmiyyəti və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişlər və ipoteka qoyulmuş evə tutma yönəldikdə və ya satıldıqda mənzili qeyri-şərtsiz tərk etmələrinə dair öhdəlik götümüşlər. Həmin ərizələr Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X4 iştirakı ilə ərizəçilər tərəfindən imzalanraq imzaların həqiqiliyi notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh4 Rusiya Federasiyasında yaşadığı və Cavabdeh5 isə ipoteka müqaviləsi bağlandığı tarixdə yetkinlik yaşına çatmaması müəyyən edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan X9 da daxil olmaqla iddiaçı ASC "xxxx" Bankına mülkiyyət hüququ əsasında məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən çıxarılmalı və mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-580/2023 nömrəli 02 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı verdiyi iddia tələbinin “ailə üzvlərinin və digər şəxslərin Banka mülkiyyət hüququ əsasında məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən çıxarılmaları və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına təhvil verilməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı xxxxnın xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, onlarla birlikdə yaşayan X9 da daxil olmaqla iddiaçı ASC "xxxx" Bankına mülkiyyət hüququ əsasında məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən çıxarılsınlar və mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-580/2023 nömrəli 02 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı verdiyi iddia tələbinin “ailə üzvlərinin və digər şəxslərin Banka mülkiyyət hüququ əsasında məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsində 1 nömrəli, 5 mərtəbəli binanın, 1-ci mərtəbəsində yerləşən 67.05 kv.m. ümumi, 42.45 kv.m. yaşayış, 24.60 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 11 nömrəli mənzildən çıxarılmaları və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına təhvil verilməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı xxxxnın xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-580/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-580/2023
02.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver