Məhkəmə qərarları › İş №e-2(033)-594/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-594/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-594/2024 20.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “20000 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dəmir alıb satmaqla məşğul olur. İşlə əlaqədar cavabdehlə tanışlığı olmuşdur. Onunla dəmir tədarükü ilə əlaqədar iş birlikləri olub. O ona mütəmadi olaraq pul vermiş, o da dəmir tədarük edərək qazanclarını bölüşmüdürlər. Bir müddət keçdikdən sonra cavabdeh onunla əlaqəni kəsmiş, telefon zənglərinə cavab verməmişdir. Dəmir tədarükü üçün ona verdiyi 20000 (iyirmi min) manat pulu ondan tələb etdiyində ödəməkdən imtina etmiş. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmadığına və telefon zənglərinə cavab vermədiyinə görə onun dəmirləri yığdığı əraziyə getmiş, cavabdeh borcunu qaytaranadək 10000 (on min) manat dəyərində olan 5 ədəd kömür sobasını götürməyini təklif etmişdir. Cavabdehlə, 20000 (iyirmi min) manat borcunu qaytardıqda sobaları geri götürəcəyinə dair şifahi razılığa gəlmişdirlər. 15 gün sonra cavabdeh onun iş yerinə gələrək, sobaları geri istədiyini və borcunu qaytarmayacağını bildirmişdir. O da borcunu qaytarmadığı təqdirdə sobaları verməyəcəyini demişdir. Bundan sonra cavabdeh özünə məxsus sobaların icazəsiz götürüb qaytarmadığına dair şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Zaqatala rayon Polis Şöbəsi şikayət ərizəsini araşdırdıqdan sonra xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh ona 20000 (iyirmi min) manat məbləğində borcu olduğu müəyyən edilmişdir, qərarda bu öz əksini tapmışdır. Cavabdeh “pozulmuş hüquqlarının bərpası və əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır, (e-2(033)-392/2024). Qeyd edir ki, həmin sobaları cavabdeh öz razılığı ilə ona vermişdir. Cavavbdehlə aralarında olan razılığa əsasən ona olan 20000 (iyirmi min) manat məbləğində borcunu qaytardıqda sobaları cavabdehə geri qaytaracaqdır. Cavabdeh razılığa gəlmədiyi üçün qərara gəlmişdir ki, məhkəməyə müraciət etsin. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmənin icraatında olan hazırkı işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pozulmuş mülkiyyət hüququnun müdafiə edilərək bərpa edilməsi, əmlak və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onun mülkiyyətini təşkil edən 5 ədəd kömür sobasının və həmin sobalar qanunsuz aparılmasaydı, quracağı istehsal nəticəsində hazırki müddətə kimi ən azı əldə edə biləcəyi 30.000 manat məbləğinə gəlirin (mənfəətin), eləcə də iddia ərizəsinin verilməsi üçün ödədiyi 271 manat, müvəqqəti təminat tədbirinin seçilməsi üçün ödədiyi 19 manat və qərardaddan verdiyi şikayətlə bağlı ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə iddiaçı Cavabdeh hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, o biznes quraraq kömür istehsalını təşkil etmək üçün 2021-ci ilin may ayında 5 ədəd kömür sobasını 30.000 manata Zaqatala rayon sakini Ceyhun adlı şəxsdən almışdır və sobaları Zaqatala rayonu Murax kəndində yaşayan tanışı Baba adlı şəxsin torpaq sahəsində qoymuşdur. O oğlunun müalicəsi ilə bağlı bir müddət Bakı şəhərində qalmalı olduğu üçün həmin sobalara nəzarət etməyi tanışı Toğrul adlı şəxsə tapşırmışdır. Cavabdeh İddiaçı onun oğlunun müalicəsi ilə bağlı 2021-ci ilin sentyabr ayında Bakı şəhərində olmağından sui-istifadə edərək onun kömür istehalını qurmaq üçün aldığı və mülkiyyətini təşkil edən 5 ədəd kömür sobasını həmin sobalara nəzarət etməyi tapşırdığı tanışı Toğrul adlı şəxsdən tələb etmişdir. Toğrul və qardaşı Dinarın ona məxsus olan sobalar barəsində sərəncam vermək səlahiyyəti olmasa da, lakin İddiaçı Toğrula qarşı hadisə törətməsindən çəkindikləri üçün onun sobaları aparmasına razılıq verməyə məcbur olmuşlar və İddiaçı ona məxsus olan 5 ədəd kömür sobasını qanunsuz olaraq aparmışdır. Bununla da cavabdehin qanunsuz əməli nəticəsində onun mülkiyyətini təşkil edən 5 ədəd kömür sobasından və həmin sobalar qanunsuz aparılmasaydı quracağı istehsal nəticəsində hazırki müddətə kimi ən azı əldə edə biləcəyi 30.000 manat məbləğinə gəlirdən (mənfəətdən) məhrum olmuşdur. Bildirir ki, cavabdehin bu qanunsuz əməli barəsində Zaqatala PŞ-nə müraciət etmişdir, lakin bu işin mülki iş olduğu və məhkəmə qaydasında baxılmalı olduğu göstərilərək 26 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 hazırki işə Zaqatala Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pozulmuş mülkiyyət hüququnun müdafiə edilərək bərpa edilməsi, əmlak və zərərin ödənilməsi” tələbinə dair mülki işlə birlikdə baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 hazırki işə Zaqatala Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pozulmuş mülkiyyət hüququnun müdafiə edilərək bərpa edilməsi, əmlak və zərərin ödənilməsi” tələbinə dair mülki işlə birlikdə baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “20000 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “pozulmuş mülkiyyət hüququnun müdafiə edilərək bərpa edilməsi, əmlak və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hər iki mülki iş eyni tərəflər arasında olan eyni növlü iş olduğundan bu işlərin birləşdirilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, e-2(033)-594/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş, ilk iddia ərizəsi qismində e-2(033)-392/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, e-2(033)-392/2024 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Zaqatala Rayon Məhkəməsində e-2(033)-594/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı Cavabdeh qarşı “20000 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, ilk iddia ərizəsi qismində e-2(033)-392/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pozulmuş mülkiyyət hüququnun müdafiə edilərək bərpa edilməsi, əmlak və zərərin ödənilməsi” tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi, yəni e-2(033)-392/2024 qeydiyyat nömrəsi verilsin. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar