Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-613/2022 04.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Maraqlı şəxs rəisi X4 iştirakları ilə İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia ərizəsinin dəlilləri İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X8 14 fevral 2022-ci il tarixdə ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X13 onun atasıdır. X2 xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuşdur və 14 fevral 2022-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat edərək Əliabad qəsəbəsinin qəbiristanlığında dəfn edilmişdir. Onun xx.xx.2022-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat edərək Əliabad qəsəbəsinin qəbiristanlığında dəfn olunması barədə Əliabad qəsəbə icra nümayəndəliyinin arayışı və kənd sakinlərinin tərtib etdiyi akt vardır. O, xx.xx.2022-ci ildə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında qeydiyyat aparılması üçün ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi vacib olduğu üçün Maraqlı şəxs imtina etmişdir. Hesab edir ki, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. Mərhumun ölümünü başqa qaydada qeyd etdirə bilmədiyinə görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktları ərizəyə əlavə etdiyi sənədlər və şahidlər təsdiq edə bilərlər. Dövlət tərəfindən verilmiş torpaq paylarının DƏDRX-də qeydiyyata almaq üçün və ondan miras qalmış əmlaklar üzərində vərəsəlik hüquqlarının əldə olunması üçün ölümün qeyd edilməsi zərurəti yarandığından məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Maraqlı şəxs rəisi X11 iddia ərizəsinin təmin edilməsinə etirazı olmadığını bildirdi. İşin halları Maraqlı şəxs tərəfindən 02 sentyabr 1991-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 424386 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 09 oktyabr 1957-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş X13 ilə X5 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 52 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əhmədov”, arvad isə “Əhmədova” soyadını qəbul etmişlər. Zaqatala rayonu Əliabad qəsəbəsi icra hakimiyyəti nümayəndəliyi tərəfindən 01 oktyabr 1996-cı il tarixdə verilmiş XİX-ЖГ seriyalı 468467 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş X6 anası X7, X2dur. Maraqlı şəxs tərəfindən 05 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 376917 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 05 dekabr 2019-cu il tarixdə X1 ilə nikah bağlamış və nikah bağladıqdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1150 nömrəli arayışdan görünür ki, X13 xx.xx.2022-ci ildə vəfat edib və Əliabad qəsəbəsində dəfn edilmişdir. Zaqatala Rayon İcra hakimiyyəti Başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1204 nömrəli arayışdan görünür ki, X13 vəfat etdikdən sonra arvadı-X7, qızı-Ərizəçi adında vərəsələri qalmışdır. Maraqlı şəxs tərəfindən 19 aprel 2022-ci il tarixdə Ərizəçi ünvanlanmış 05/q- 296/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları 8.5-ci bəndində göstərilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarından aydın oldu ki, iddiaçı Ərizəçinun atası-X13 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümü haqqında həkim şəhadətnaməsi yoxdur. İddiaçı həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Həmçinin iddia ərizəsində şəxsin vəfat etməsi faktının nə məqsəd üçün lazım olduğu, iddiaçının həmin sənədi ala bilməməsini təsdiq edən sübutlar göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilərək, iddiaçı Ərizəçi atası-xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X8 14 fevral 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. İddiaçı Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia ərizəsi təmin edilsin. İddiaçı Ərizəçi atası-xx.xx.1957-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X8 14 fevral 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İddiaçı Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-613/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-613/2022
04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver